Vüsal Hüseynov (polkovnik-leytenant)
Vüsal Yaqub oğlu Hüseynov (1978; Kürdəmir, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, "Azərbaycan Bayrağı" ordeni kovaleri.
Vüsal Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1995 – h. h. |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi |
Təltifləri |
Həyatı
Vüsal Hüseynov 1978-ci ildə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olub. Çərtəyəz kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olacağını qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli tol oynayıb.Bu məqsədlə sənədlərini 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin ildə qəbul olub və 1999-cu il də məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır.
Hərbi xidməti
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Hüseynov Vüsal 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hüseynov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Təltifləri
- — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı
- (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı
İstinadlar
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində . İstifadə tarixi: 05.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 24.12.2020. 2020-12-24 tarixində . İstifadə tarixi: 05.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində . İstifadə tarixi: 05.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". President.az ( (azərb.)). 25.12.2020. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2021.