Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Touşan Esenova türkmən şairəsi yazıçı dramaturq tərcüməçi Türkmənistan SSR in əməkdar şairəsi 1939 Türkmənistan SSR in x

Touşan Esenova

Touşan Esenova
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Touşan Esenova — türkmən şairəsi, yazıçı, dramaturq, tərcüməçi, Türkmənistan SSR-in əməkdar şairəsi (1939), Türkmənistan SSR-in xalq yazıçısı (1974). 1949-cu ildən SSRİ Kommunist Partiyasının üzvü olub.

Touşan Esenova
Doğum tarixi 10 (23) noyabr 1915
Doğum yeri
  • Zakaspiysk vilayəti, Rusiya Türkistanı general-qubernatorluğu, Rusiya imperiyası
Vəfat tarixi 1988
Fəaliyyəti yazıçı, şair, dramaturq, tərcüməçi
Mükafatları

Bioqrafiyası

Touşan Esenova Zakaspi vilayətinin Yüzbaşı kəndində dəmir yolu işçisinin ailəsində anadan olub. Əvvəlcə Aşqabadda internat məktəbində, sonra isə pedaqoji texnikumda təhsil almışdır. 1939-cu ildə Aşqabad Pedaqoji İnstitutunda ikiillik təhsilini başa vurmuşdur.

1920-ci illərin sonlarında milli teatrla işləməyə başlayıb. 1930-cu illərdə “Sovet Türkmənistanı” qəzetində işləyib. 1931-ci ildə 15 yaşlı Esenova Proletar Yazıçılar Assosiasiyasının I qurultayında iştirak etmişdir. 1934-cü ildə SSRİ-nin gənc yazıçıları üçün Moskvada təşkil olunmuş kurslara göndərilmişdir. 1935-ci ildə Türkmənistan qızlarının respublika at yürüşündə iştirak etmişdir.

1936-cı ildə aeroklubu bitirdikdən sonra təyyarə uçuşu həyata keçirən Türkmənistanın ilk qadın pilotu olmuşdur.

1950-ci illərdə “Sowet Türkmenistany aýallary” (“Sovet Türkmənistanının qadınları”) jurnalının ilk redaktoru olmuş, “Sowet edebiýaty” (“Sovet ədəbiyyatı”) jurnalında dramatik sənət şöbəsinə rəhbərlik etmişdir. 1964–1966-cı illərdə T. Esenova Türkmənistan Yazıçılar İttifaqının ədəbi məsləhətçisi olmuşdur.

1988-ci ildə dünyasını dəyişib.

Yaradıcılığı

Touşan Esenova ilk türkmən qadın şairədir. Əsərlərini 1928-ci ildən etibarən dərc etdirməyə başlayıb. O, həmçinin Türkmənistan SSR himninin mətninin müəllifidir.

Əsərləri:

Şeir topluları:

  • “Lina Odena” (1938)
  • “Şərq qadınlarına” (1951)
  • “Qırmızı çiçəklər” (1962)
  • “Uzaqdan baxışlar” (1967)

Poema

  • “Lenin və çoban qızının əfsanəsi” (1958) və s.

Kitablar

  • “Ay doğacaq – bütün dünya görəcək” (1973)

Pyeslər

  • “Şemşat” (1938, rus dilində tərcüməsi “Milyonçunun qızı”, 1941)
  • “Sənin məhəbbətinlə” (1969-cu ildə Türkmən Dram Teatrında səhnəyə qoyulub)
  • “Lalə” (1968)
  • “Ali təhsilli arvad” (1974)

O, eyni zamanda publisistik məqalələr və oçerklər müəllifidir. Onun yazıları SSRİ və Türkmənistan jurnal və qəzetlərində dərc olunmuşdur. Xüsusilə XX əsrin 70-ci illərinin sonunda “Ədəbiyyat qəzeti”ndə “Bu lənətə gəlmiş kalım” adlı publisistik məqaləsi ilə keçmişin “feodal-bəy adətləri”nə qarşı çıxaraq ümumittifaq səviyyəsində müzakirələrə səbəb olmuşdur. Esenovanın əsərləri rus, özbək, qazax, qırğız, tacik, eston, balkar, kabardin, karel, mordva, tatar və digər dillərə tərcümə olunmuşdur. O, özü də ədəbi əsərləri türkmən dilinə tərcümə etmişdir (məsələn: Nekrasov, Yanko Kupala, Mayakovski və b.).

İstinadlar

  1. "Литературен свят » Т » Тоушан Есенова" (bolqar). İstifadə tarixi: 2025-08-05.
  2. "Эсенова Тоушан". Наталья Лайдинен (rus). İstifadə tarixi: 2025-08-05.
  3. "Эсенова Т. - Судьба туркменки - (вед.: автор)". staroeradio.ru. İstifadə tarixi: 2025-08-05.
  4. "Памяти писателя, поэта и драматурга Товшана Эссенована". turkmenstudy.com. 2022-04-16. İstifadə tarixi: 2025-08-05.
  5. "Touşan Esenova – ALİ TƏHSİLLİ HƏYAT YOLDAŞI | https://kultur.az" (türk). İstifadə tarixi: 2025-08-05.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Tousan Esenova turkmen sairesi yazici dramaturq tercumeci Turkmenistan SSR in emekdar sairesi 1939 Turkmenistan SSR in xalq yazicisi 1974 1949 cu ilden SSRI Kommunist Partiyasinin uzvu olub Tousan EsenovaDogum tarixi 10 23 noyabr 1915Dogum yeri Zakaspiysk vilayeti Rusiya Turkistani general qubernatorlugu Rusiya imperiyasiVefat tarixi 1988Fealiyyeti yazici sair dramaturq tercumeciMukafatlariBioqrafiyasiTousan Esenova Zakaspi vilayetinin Yuzbasi kendinde demir yolu iscisinin ailesinde anadan olub Evvelce Asqabadda internat mektebinde sonra ise pedaqoji texnikumda tehsil almisdir 1939 cu ilde Asqabad Pedaqoji Institutunda ikiillik tehsilini basa vurmusdur 1920 ci illerin sonlarinda milli teatrla islemeye baslayib 1930 cu illerde Sovet Turkmenistani qezetinde isleyib 1931 ci ilde 15 yasli Esenova Proletar Yazicilar Assosiasiyasinin I qurultayinda istirak etmisdir 1934 cu ilde SSRI nin genc yazicilari ucun Moskvada teskil olunmus kurslara gonderilmisdir 1935 ci ilde Turkmenistan qizlarinin respublika at yurusunde istirak etmisdir 1936 ci ilde aeroklubu bitirdikden sonra teyyare ucusu heyata keciren Turkmenistanin ilk qadin pilotu olmusdur 1950 ci illerde Sowet Turkmenistany ayallary Sovet Turkmenistaninin qadinlari jurnalinin ilk redaktoru olmus Sowet edebiyaty Sovet edebiyyati jurnalinda dramatik senet sobesine rehberlik etmisdir 1964 1966 ci illerde T Esenova Turkmenistan Yazicilar Ittifaqinin edebi meslehetcisi olmusdur 1988 ci ilde dunyasini deyisib YaradiciligiTousan Esenova ilk turkmen qadin sairedir Eserlerini 1928 ci ilden etibaren derc etdirmeye baslayib O hemcinin Turkmenistan SSR himninin metninin muellifidir Eserleri Seir toplulari Lina Odena 1938 Serq qadinlarina 1951 Qirmizi cicekler 1962 Uzaqdan baxislar 1967 Poema Lenin ve coban qizinin efsanesi 1958 ve s Kitablar Ay dogacaq butun dunya gorecek 1973 Pyesler Semsat 1938 rus dilinde tercumesi Milyoncunun qizi 1941 Senin mehebbetinle 1969 cu ilde Turkmen Dram Teatrinda sehneye qoyulub Lale 1968 Ali tehsilli arvad 1974 O eyni zamanda publisistik meqaleler ve ocerkler muellifidir Onun yazilari SSRI ve Turkmenistan jurnal ve qezetlerinde derc olunmusdur Xususile XX esrin 70 ci illerinin sonunda Edebiyyat qezeti nde Bu lenete gelmis kalim adli publisistik meqalesi ile kecmisin feodal bey adetleri ne qarsi cixaraq umumittifaq seviyyesinde muzakirelere sebeb olmusdur Esenovanin eserleri rus ozbek qazax qirgiz tacik eston balkar kabardin karel mordva tatar ve diger dillere tercume olunmusdur O ozu de edebi eserleri turkmen diline tercume etmisdir meselen Nekrasov Yanko Kupala Mayakovski ve b Istinadlar Literaturen svyat T Toushan Esenova bolqar Istifade tarixi 2025 08 05 Esenova Toushan Natalya Lajdinen rus Istifade tarixi 2025 08 05 Esenova T Sudba turkmenki ved avtor staroeradio ru Istifade tarixi 2025 08 05 Pamyati pisatelya poeta i dramaturga Tovshana Essenovana turkmenstudy com 2022 04 16 Istifade tarixi 2025 08 05 Tousan Esenova ALI TEHSILLI HEYAT YOLDASI https kultur az turk Istifade tarixi 2025 08 05

Nəşr tarixi: Avqust 05, 2025, 11:30 am
Ən çox oxunan
  • İyul 29, 2025

    Nasist Almaniyası–ərəb dünyası münasibətləri

  • Avqust 02, 2025

    Nadejda Tolokonnikova

  • İyul 19, 2025

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər (2025)

  • Avqust 05, 2025

    NGC

  • Avqust 04, 2025

    NATO medalı

Gündəlik
  • Olimpiya (Mane)

  • Eduard Mane

  • Paris Salonu

  • Olimpiya (Mane)

  • Tında yaxınlığında An-24 qəzası

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • 1914

  • Belçika

  • Meksika

  • Azərbaycan Respublikası

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı