Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Topbağ | |
---|---|
40°49′37″ şm. e. 47°50′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 382 m |
Saat qurşağı | |
Tarixi
24 iyun 2005-ci ildə Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. Topbağ. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. 3 ildir ki, yeni ərazi vahidi sayılır. 117 təsərrüfatdan və 532 nəfərdən ibarət olan kəndin 460 hektar yararlı torpağı var. Rayon mərkəzi ilə arası 30 kmdir. Əhalinin çoxusu mərkəzdəki yeni iş yerlərində çalışırlar. Çox yaxşı güzəran qurublar, camaat zəhmətkeş olduğundan heç bir narahatlıq hiss olunmur. Fındıq bağları, əkin sahələri, heyvandarlıq əsas məşğuliyyət sahələridir.Suvarmada ərazidən axan dağ çaylarından istifadə edilir. İki artezian quyusu sakinləri içməli su ilə təmin edir. Əhalinin yarıdan çoxu telefondan istifadə edir və müraciət edənlərə qısa zamanda rabitə xətti çəkilir. 110 şagirdin oxuduğu məktəb kolektivi var. Yeni mekteb tikilib. geniş futbol meydançası var. Yəqin ki, yaxin zamanlarda temir olunar.
Toponimikası
Topbağ oyk., mür. Qəbələ r-nunun Zalam i.ə.v.-də kənd. Vəndam və Dəmiraparan çaylarının suayncında Şəki, Qəbələ yaylasmdadır. Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, “sıx ağaclığı olan kənd” mənasındadır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə nəfər əhali yaşayır.
Həmçinin bax
Xarici keçidlər
- Qəbələ rayonu İnzibati Ərazi Vahidləri 2017-07-29 at the Wayback Machine
İstinadlar
- Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qanunu — e-qanun.az saytı[ölü keçid]
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |