Taleh Şahsuvarlı
Şahsuvarlı Taleh Novruz oğlu — yazıçı, jurnalist, seçki texnoloqu, QHT sədri.
TALEH ŞAHSUVARLI | |
---|---|
Taleh Novruz oğlu Şahsuvarlı | |
Doğum tarixi | |
Doğum yeri | Qazıqurdalı, Bərdə |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Həyatı
Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub.
Bakı Dövlət Universitetin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb.
1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycan mətbuatı tarixində ən gənc qəzet baş redaktoru olub.
"Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın, Qafqazda ilk tarixi metaroman olan "Canlanma" əsərinin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, prezident təqaüdçüsü olub. 2002-ci ildən "Pragma" İctimai Siyasət Mərkəzinin, 2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur. 1 mart 2012-ci ildən "Gündəlik Teleqraf" qəzetində redaktor çalışır. Hazırda qəzetin şef-redaktorudur.
2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd olmuşdur.
2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Taleh Şahsuvarlı “Gündəlik Teleqraf”dakı vəzifəsindən istefa verdi
Xarici keçidlər
- Açıqlama[ölü keçid]
- Müstəqil İnformasiya Agentliyi 2010-07-30 at the Wayback Machine