Taleh Yüzbəyov
Taleh Zeynəddin oğlu Yüzbəyov (6 dekabr 1986, Bakı) — azərbaycanlı aktyor və videobloqqer.
Taleh Yüzbəyov | |
---|---|
Taleh Zeynəddin oğlu Yüzbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Uşağı | 2 |
Atası | Zeynəddin Yüzbəyov |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 2008 — h. h. |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Boyu | 1.77 |
Mükafatları | Bomba Awards — 2016-cı ilin video bloggeri |
IMDb | ID 9788123 |
Həyatı
Taleh Yüzbəyov 1986-cı il 6 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur.
1994-ci ildə Binəqədi rayon 143 saylı orta məktəbində 1-ci sinifə getmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasını bitirmişdir. 2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomima Teatrında çalışmağa başlamış, "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşarda rol almışdır.
2009-cu ildə ali məktəbi bitirib, hərbi xidmətə yola düşmüş, Qazax rayonu N saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətdən sonra 2010-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında işləməyə davam etmiş, 2011-ci ildən isə teatrdan uzaqlaşaraq "Azerfon" şikətində işə başlamışdır. 2017-ci ildə "YÜZ production" şirkətini qurmuş, bir çox yerli və qlobal şirkətlərin sifarişi əsasında reklam filmləri çəkmiş və baş rolda oynamışdır.
2015-ci ildən kino karyerasına başlamışdır. "Oğlan evi: Azərbaycansayağı qarət", "21 sual", "Qız qaçırtma" və s. filmlərdə rol almışdır.
2016-cı ildən videoblogger kimi fəaliyyət göstərir. Facebook, Youtube, Instagram sosial şəbəkələrində paylaşdığı videoları ilə məşhurlaşıb.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Filmoqrafiya
İl | Film | Janr | Obraz |
---|---|---|---|
2015 | Oğlan evi: Azərbaycansayağı qarət | Komediya | İsmayıl |
2016 | 21 sual | Komediya | Eldar |
2017 | Qız qaçırtma | Komediya | Gündüz |
2017 | Tayson | Komediya | Həkim |
2017 | Kəklikotu | Komediya | Epizodik |
2018 | Son nəfəsədək | Dram | Səməd |
2018 | Fəlakət | Komediya | Bomj |
2018 | Oxşarabad | Komediya | Əziz |
2019 | Beşinci fəsil | Dram | |
2019 | Ağacdələn | Dram | Həkim |
2019 | Qış nağılı | Komediya | Elşən |
2019 | Daxildəki ada | Dram | Polis |
2019 | Oxşarabad 2: Korifeylər | Komediya | Əziz |
2020 | Sən demə | Komediya | Əziz |
Çəkdiyi qısa filmlər
İl | Filmin adı | Baxış sayı (avqust 2020) |
---|---|---|
2018 | Zəhər tuluğu Siqaret İş Kin Cəhd | 7.078.592 |
2019 | Ortastatistik Rasim Parklar və parkdakılar | 1.477.293 |
2020 | Karantinvari toy | 1.523.607 |
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Taleh Yüzbəyov yoldaşı və uşaqları ilə
- BOMBA Sosial Media Mükafatı – Kimlər Necə Seçildi?
- Tanınmış aktyor Taleh Yüzbəyov: "Tələbə vaxtı ərzaq mağazasında satıcı işləyəndə, dəftəri əlimə alırdım ki, dərsimi oxuyum birdən biri qışqırırdı-çörək ver ordan, şəkər çək bir kilo
- "Hər işimdən sonra düşünürəm ki, daha yaxşı alına bilərdi" - Taleh Yüzbəyov ilə müsahibə
- Ömür bitər, yol bitməz. Optimal Electronics üçün çəkilmiş reklam çarxı
- Bank Respublika- Təmassız ödəniş
- Ödəniş üçün telefon yetər! NFC ödənişlər Bank Respublikada!
- Nizam. Paşa Sığorta üçün reklam
- “CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurlarının görüşü
- Zəhər tuluğu
- Taleh Yüzbəyov yeni maraqlı filmini təqdim etdi
- Ortastatistik Rasim 1: Parklar və parkdakılar
- Karantinvari toy
Xarici keçidlər
- Facebook səhifəsi
- YouTube kanalı
- Instagram hesabı