Türk dilinin dövlət dili elan olunması haqqında qərar — Rusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd.

Qərarın qəbul edilməsi
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi.
Bu qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir.
Həyata keçirilməsi
Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi.
1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəyin əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi.
Azərbaycan Parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Dövlətin bu ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili ümumi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqdə isə, bir qayda olaraq, sərbəstliyə imkan verilmişdir.
Dövlət dilini Azərbaycan (türk) dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. AXC hökuməti bu qərarın gerçəkləşdirilməsi üçün dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı. Bu qərardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə verdiyi müsahibədə dövlətin dil siyasətinin əsaslarını belə şərh etmişdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.
Azərbaycanda XIX əsrin sonlarında Mizə Fətəli Axundzadə ilə başlayan ərəb əlifbasının islah edilməsi, yeni əlifbanın (latın) qəbulu kimi məsələlər XX əsrin əvvəllərində də aktuallığını qoruyurdu. Ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri cümhuriyyət dövründə də tez-tez müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə Fərhad Ağazadə böyük fəallıq göstərmişdi.
Fərhad Ağazadə həmin dövr mətbuat səhifələrində tez-tez əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələrini təqdim edir, əlifba məsələsini mətbuatın diqqətdə saxlayırdı. Əlifba məsələsinin olduqca böyük müzakirə obyektinə çevrildiyini görən hökumət məsələyə müdaxilə edir və 21 mart 1919-cu ildə Xudadat bəy Məlik-Aslanovun məruzəsi dinlənilir. Nəticədə 427 saylı “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı qəbul edilir. Qərarda Xudadat bəy Məlik-Aslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması Xalq Maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq Xalq Maarifi naziri yanında xüsusi komissiya yaradılır.
Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt müəyyən səbəblərdən (böyük ehtimalla xəstəliyinə görə) komissiyanın iclaslarında iştirak edə bilməyib. Buna baxmayaraq, o öz fikirlərini “Azərbaycan” qəzetinin 276, 278, 281, 294, 296 və 302-ci nömrələrində çap etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində bildirib.
Həmçinin bax
Mənbə
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Türk dilinin dövlət dili elan olunması haqqında qərar maddəsi.
İstinadlar
- Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Законодательные акты (сборник документов), Б., 1998
- (az.). https://axc.preslib.az. Archived from the original on 2023-04-06. İstifadə tarixi: 24 yanvar 2024.
- Elçin İBRAHİMOV. (az.). http://www.anl.az. Archived from the original on 2024-01-24. İstifadə tarixi: 24 yanvar 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Turk dilinin dovlet dili elan olunmasi haqqinda qerar Rusiya isgalindan 1813 beri Simali Azerbaycanda turk dilinin dovlet dili kimi isledilmesi haqqinda ilk sened Azerbaycanda turk dilinin dovlet dili elan olunmasi haqqinda qerarQerarin qebul edilmesiAzerbaycan Xalq Cumhuriyyeti Hokumetinin 1918 ci il 27 iyun tarixli hemin qerarina esasen turk dili butun olke erazisinde dovlet dili elan edildi Bu qerar ana dilinin dovlet dili kimi isledilmesine aid ilk seneddir Heyata kecirilmesiButun mehkeme inzibati idarecilik ve diger vezifelerin basinda duranlar bu dili lazimi seviyyede oyrenenedek Hokumet idarelerinde rus dilinden de istifade olunmasina yol verilirdi Qeranin icrasi ile bagli milli kadrlar hazirlanmali bu sahede tedris isi yeniden qurulmali idi Tehsilin millilesdirilmesi bu sahede atilan ilk addimlardan oldu Azerbaycan Xalq Cumhuriyyetinin 1918 ci il 28 avqust tarixli qerarina esasen butun ibtidai tedris muessiselerinde tehsil ana dilinde aparilmali ve dovlet dili olan turk dilinin tedrisi icbari suretde heyat kecirilmeli idi 1918 ci il dekabrin 27 de Azerbaycan Xalq Cumhuriyyetinin herbi naziri Semed beyin emri ile Azerbaycan turk dili orduda da dovlet dili qebul edilmisdi Hokumet 1919 cu il fevralin 11 de Azerbaycan milli ordusunda turk dilinde suvari qosunlari nizamnamesinin tesdiqi haqqinda qerar qebul etmisdi Azerbaycan Parlamentinin istifade etdiyi dil dovlet dili statusuna malik Azerbaycan turkcesi idi Diger milletlerin numayendelerinin rus dilinde cixis etmeleri meqbul hesab edilmisdi Dovletin bu ali orqaninda yazili dille sifahi nitq arasinda ciddi ferq olmusdur Bezi istisnalar nezere alinmazsa senedlerin tekliflerin dili umumi belke de mecburi bir prinsipe esaslanmis sifahi nitqde ise bir qayda olaraq serbestliye imkan verilmisdir Dovlet dilini Azerbaycan turk dili elan eden ilk resmi sened cox boyuk tarixi rol oynamaqla yanasi Azerbaycanda milli dil siyasetinin formalasmasinin milletin menafeyine uygun duzgun ideoloji movqeyin esasini qoydu AXC hokumeti bu qerarin gerceklesdirilmesi ucun dovlet budcesinden 351 min manat vesait de ayirmisdi Bu qerardan sonra Azerbaycan Xalq Cumhuriyyetinin Daxili Isler naziri Behbud xan Cavansir Azerbaycan qezetine verdiyi musahibede dovletin dil siyasetinin esaslarini bele serh etmisdi Azerbaycan muessiselerinde rus dilinin isledilmesi hazirki dovrun zeruretinden ireli gelir Elbette bu cox davam etmeyecekdir Yuksek vezifede isleyen ve turk dilini bilmeyen memurlar uzun muddet isleye bilmeyecekler Iki ilden sonra Azerbaycanin butun muessiseleri millilesdirilecekdir Turk dilini bilmeyen memurlar ise vezifelerini itirmemekden otru bizim dili oyrenmeli olacaqlar Azerbaycanda XIX esrin sonlarinda Mize Feteli Axundzade ile baslayan ereb elifbasinin islah edilmesi yeni elifbanin latin qebulu kimi meseleler XX esrin evvellerinde de aktualligini qoruyurdu Ereb elifbasinin islah edilmesi ve latin elifbasina kecid meseleleri cumhuriyyet dovrunde de tez tez muzakire olunurdu Bu dovrde Azerbaycanda ereb elifbasindan latin elifbasina kecilmesi prosesi cox genis vuset almaqda idi ve bu meselede Ferhad Agazade boyuk fealliq gostermisdi Ferhad Agazade hemin dovr metbuat sehifelerinde tez tez elifba ile bagli meqalelerle cixis edir muxtelif muellifler terefinden teklif olunan elifba layihelerini teqdim edir elifba meselesini metbuatin diqqetde saxlayirdi Elifba meselesinin olduqca boyuk muzakire obyektine cevrildiyini goren hokumet meseleye mudaxile edir ve 21 mart 1919 cu ilde Xudadat bey Melik Aslanovun meruzesi dinlenilir Neticede 427 sayli Ereb elifbasi islahati uzre komissiyanin yaradilmasi haqqinda Azerbaycan Xalq Cumhuriyyeti Nazirler Surasinin qerari qebul edilir Qerarda Xudadat bey Melik Aslanovla birlikde elifba islahati ile bagli xususi komissiyanin yaradilmasi Xalq Maarifi nazirine hevale edilir ve bu qerara uygun olaraq Xalq Maarifi naziri yaninda xususi komissiya yaradilir Ferhad Agazade bu komissiyanin uzvu olsa da o vaxt mueyyen sebeblerden boyuk ehtimalla xesteliyine gore komissiyanin iclaslarinda istirak ede bilmeyib Buna baxmayaraq o oz fikirlerini Azerbaycan qezetinin 276 278 281 294 296 ve 302 ci nomrelerinde cap etdirdiyi Elifba tarixinde turklerin veziyyeti ve Dilimizin turklesmeyine careler adli silsile meqalelerinde bildirib Hemcinin baxAzerbaycan Xalq CumhuriyyetiMenbeAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Turk dilinin dovlet dili elan olunmasi haqqinda qerar maddesi IstinadlarAzepbajdzhanskaya Demokratiskaya Pecnublika 1918 1920 Zakonodatelnye akty sbornik dokumentov B 1998 az https axc preslib az Archived from the original on 2023 04 06 Istifade tarixi 24 yanvar 2024 Elcin IBRAHIMOV az http www anl az Archived from the original on 2024 01 24 Istifade tarixi 24 yanvar 2024