Wikipedia
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axaltsixe) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006)
Sima Ağayeva | |
---|---|
Sima Abbas qızı Ağayeva | |
Doğum tarixi | |
Doğum yeri | Ahalsıx, Gürcüstan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Tbilisi Rəssamlıq Akademiyası |
Mükafatları |
Həyat və yaradıcılığı
Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir.
Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 29 dekabr 2006
İstinadlar
- Azərbaycan Dövlət Rəsm Qalereyası (2017). Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. səh. 102.
- "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2006. 20 fevral 2020 tarixində . İstifadə tarixi: 20 fevral 2020.