Samirə Əliyeva (aşıq)
Samirə Zimirxan qızı Əliyeva — Aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi"
SAMİRƏ ƏLİYEVA | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa və Aşıq |
Fəaliyyət illəri | 1991-indiyəqədər |
Həyatı
Samirə Zimirxan qızı Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olub. Əsli Tovuzdandır. ADMİU-da 1998-2002-ci illərdə rejissorluq üzrə bakalavr, 2002-2004-cü illərdə mədəniyyətşünaslıq üzrə magistratura təhsili almışdır.
2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur. Aşıq Samirə 2008-ci ildə YUNESKO-nun xətti ilə milli sənətin təbliği ili kimi qeyd olunan Fransa səhnəsində çıxış edən ilk xanım aşıqdır.
Aşıq Samirə Əliyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
"Sənətinə Aşiq Samirə" adlı diski buraxılıb.
Filmoqrafiya
- Hərənin öz payı+tayı (film, 2006)-Qəndab
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: özü)
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- . 2014-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
- Fəxri ad alan Aşıq Samirə 82 manat xərcə düşdü — news.lent.az saytı
- İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- President.Az (01.05.2017). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2017-05-02.