Sərdarabad rayonu
Armavir rayonu[Mənbə göstərin], Sərdarabad rayonu[Mənbə göstərin], Qurduqulu — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Rayon mərkəzi Armavir şəhəri olmuşdur.
Rayon | |
Sərdarabad rayonu | |
---|---|
Ölkə | |
İnzibati mərkəz | Sərdarabad |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 84 314 (1989) nəfər |
Tarixi
1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il martın 2-nə qədər Sərdarabad rayonu, həmin tarixdən etibarən Oktemberyan (Oktyabr), 1992-ci ildən 1995-ə, yəni ləğv edilənə qədər isə Armavir rayonu adlandırılıb. Ərazisi 680 kv km-dir. Rayon mərkəzi respublika tabeli Armavir şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir.
Armavir rayonu Ağrı vadisində yerləşir. Rayonun Türkiyə ilə sərhəddi boyu Araz çayı axır.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Baxçalar və s.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Keçili (Sərdarabad) | Mraqaşat | 4. IV. 1946 |
Molla Bədəl | Bədəl | ... |
Bədəl | Yeğeknut | 04.04.1946 |
Hacı Bayram | Baxçalar | 03.01.1935 |
Baxçalar | Bağaran | 03.07.1968 |
Qurdqulu | Armavir | 03.01.1935 |
Kərimarx | Sovetakan | 03.01.1935 |
Sərdarabad | Hoktemberyan | 03.01.1935 |
Molla Bayazid | Bambaşakat | 03.01.1935 |
Ağcaarx | Arevik | 04.04.1946 |
Armudlu | Tandzut | 04.04.1946 |
Atsik | Voroşilov | 27.07.1940 |
Köçərli | Mrqaşat | 04.04.1946 |
Kələkarx | Şenavan | 04.04.1946 |
Cəfərabad | Getaşen | 04.04.1946 |
Təpədibi | Haykavan | 04.04.1946 |
Çubuxçu | Vardanaşen | 04.04.1946 |
İydəli | Pştavan | 10.04.1947 |
Uzunoba (Sərdarabad) | Arqavand | 10.04.1947 |
Quzugüdən(Quzugedən) | Haygeşad | 19.04.1950 |
Quru Araz | Yerasxaun | 19.04.1950 |
Böyük Şəhriyar | Nalbandyan | 19.04.1950 |
Evcilər | Arazap | 10.04.1947 |
Xeyirbəyli | Yervandaşat | 25.05.1967 |
ŞəvərutŞalıbulaq | Uşakert | 03.07.1968 |
Kiçik Şəhriyar | Nor Araqes | 03.07.1968 |
Goran | Nor Kesaria | 14.01.1969 |
Qamışlı | Zartonk | 25.01.1978 |
Xarici keçidlər
- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.[ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi[ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı[ölü keçid]
Həmçinin bax
İstinadlar
- . Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..