Səbuhi Əzizov
Səbuhi Rüstəm oğlu Əzizov (d. Azərbaycan - ö. 27 yanvar 2014; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2014-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Səbuhi Əzizov | |
---|---|
Səbuhi Rüstəm oğlu Əzizov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Rütbə | |
Təltifləri |
Hərbi xidməti
Leytenant Səbuhi Əzizov 2014-cü ildə, yanvarın 27-də saat 12.30 radələrində Azərbaycan-Ermənistan təmas xəttində istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Yanvarın 29-u isə Səbuhi Əzizov Qobustan rayonunun Təklə Mirzəbaba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Əzizov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Səbuhi Əzizov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.