Bu səhifədə iş davam etməkdədir. |
Rusiyada OMON-çuların azərbaycanlılara hücumu — 2025-ci ildə OMON-çular tərəfindən Rusiyada yaşayan azərbaycanlılara qarşı keçirilmiş əməliyyatlar nəticəsində 2 nəfər öldürlüb, onlarla azərbaycanlı isə həbs olunub. 2 nəfərin tutulduqdan sonra işgəncələr və döyülmələr nəticəsində öldürülmələri həm Azərbaycan dövləti həm də Azərbaycan diasporası tərəfindən etirazla qarşılanıb.
Rusiyada OMON-çuların azərbaycanlılara hücumu | |
---|---|
Tarix | 2025-ci il iyun ayı |
Yeri | Yekaterinburq |
Tarixçə
2025-ci il fevralın 3-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya nota verib. Bildirilib ki, buna səbəb "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının olmaması və Azərbaycan qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır.
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru müəyyən edilib.
2025-ci ilin may ayında Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda ictimai müzakirə keçirib. Komissiyanın sədri Ramid Namazov 2025-ci il fevralın 20-də bir sıra media resurslarına qarşı olan kiber hücumların Rusiyaya bağlı kibercasus qrupu tərəfindən keçirildiyini qeyd edib və buna səbəb kimi Rus evinin bağlanmasını göstərib.
Baş verən hadisələr
2025-ci il iyunun 27-si Rusiyanın Yekatirinburq şəhərində yaşayan onlarla azərbaycanlının evinə Rusiya OMON-u tərəfindən hücum olunub. Onlarla azərbaycanlı saxlanılıb. Həbs olunan azərbaycanlıların əksəriyyəti Rusiya vətəndaşı olublar. Onlara saxlanıldıqları yerdə işgəncələr verilib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. Akif, Ayaz, Kamal və Məzahir Səfərovlar isə ağır vəziyyətdə xəstəxanaya aparılıblar. Digər saxlanılanlar buraxılsalar da 9 azərbaycanlı həbs olunub. Onların saxlanılma səbəbi kimi 2001-ci ildə Səfərov qardaşlarının işlətdikləri restoranın yanında baş vermiş bir qətl göstərilib. Silahlılar həmin restorana da hücum ediblər. Orada olan qonaqları eləcə də işçiləri döyüb axtarış aparıblar. Baş verən hadisəni gizlətmək məqsədilə restoranda olan kamera qeydləri də onlar tərəfindən götürülüb.
Saxlanıldıqdan sonra işgəncələrə məruz qalmış Vüqar Səfərov verdiyi müsahibədə işgəncə nəticəsində göyərmiş bədən hissələrini göstərib. Daha sonra qeyd edib ki, üzü maskalı şəxslər onların qapılarını qıraraq evlərinə giriblər. atasını və qardaşını döyməyə başlayıblar. Bir saat ərzində öz evlərində elektroşokla vurulub rezin dəyənəklərlə döyülüblər. Polis şöbəsinə aparıldıqdab sonra da işgəncə davam edib. Atası ürəyində stend olduğunu deməyinə baxmayaraq ona elektrik cərəyanı verilərək döyülüb. Bundan başqa qeyd edib ki, onlara Ukrayna ilə müharibəyə getmək üçün təzyiq edilib.
Azərbaycan tərəfinin reaksiyası
2025-ci il iyunun 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfinə 2025-ci il iyunun 27-də azərbaycanlıların yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib. Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması istənilib.
Daha sonra Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edilib.
Milli Məclisin deputatı Nigar Məmmədova verdiyi açıqlamada deyib ki, azərbaycanlılara qarşı "törədilən zorakılığa görə" Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iyun ayında Azərbaycana nəzərdə tutulan səfəri ləğv edilib. Onun sözlərinə görə, Azərbaycan hökuməti "yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin səfərində heç bir əhəmiyyət görmür".
29 iyunda Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib. İcma "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın rəsmi strukturlarından üzrxahlıq və aydın izahın verilməməyini qeyd edərək Yekaterinburqda baş verənlərin obyektiv və şəffaf araşdırılmasına çağırıb.
Rusiya tərəfinin reaksiyası
İyunun 28-də Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə məlumat yayıb. Bildirilib ki, İstintaq Komitəsinin əməkdaşları tərəfindən vilayətin DİN Baş İdarəsinin əməkdaşları ilə qarşılıqlı fəaliyyət çərçivəsində və Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Çevik Reaksiya Bölməsi qüvvələrinin güc dəstəyi ilə Yekaterinburq şəhəri ərazisində bir neçə il əvvəl baş vermiş bir sıra cinayətlərin istintaqı çərçivəsində kompleks tədbirlər həyata keçirilib. Əməliyyat nəticəsində bir neçə şəxs saxlanılıb, onların yaşayış yerlərində axtarışlar aparılıb.
İyunun 29-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verən insidentlə bağlı deyib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxslərin saxlanması və yaşayış yerlərində axtarışlar həyata keçirib. İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Volokovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub.
Sonrakı hadisələr
İstinadlar
- "Azərbaycanda "Rus Evi" bağlanır". BBC News Azərbaycanca (az.). 2025-02-06. 2025-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-30.
- "Русский дом в Баку приостанавливает свою деятельность". TACC (rus). 2025-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-30.
- "Азербайджан уведомил Русский дом в Баку о закрытии – DW – 06.02.2025". dw.com (rus). 2025-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-30.
- "Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub". azertag.az (az.). İstifadə tarixi: 2025-06-30.
- Aslan, Aysel. "Komissiya sədri: Azərbaycanın bir sıra media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb". Report İnformasiya Agentliyi (az.). 2025-05-02. İstifadə tarixi: 2025-06-30.
- "Azerbaijan blames Russian state hackers for cyberattacks on local media". therecord.media (ingilis). İstifadə tarixi: 2025-06-30.
- "Azerbaijani MP Claims Russia Behind February Cyberattack". Caucasus Watch (ingilis). 2025-05-02. İstifadə tarixi: 2025-06-30.
- "Baku urges Moscow to hold perpetrators accountable after fatal raid on Azerbaijani family | Caliber.Az". caliber.az (ingilis). 2025-06-30. İstifadə tarixi: 2025-06-30.
- "Azerbaijan to receive remains of citizens killed in Russia's Yekaterinburg soon | Caliber.Az". caliber.az (ingilis). 2025-06-30. İstifadə tarixi: 2025-06-30.
- КОЧНЕВА, Алина. "Задержания азербайджанцев в Екатеринбурге вызвали волну возмущений в Баку: делегация страны отказалась от мероприятий в Москве". kp.ru. 2025-06-30. İstifadə tarixi: 2025-06-30.
- Novruzov, Kənan. "Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb". Report İnformasiya Agentliyi (az.). 2025-06-27. İstifadə tarixi: 2025-06-30.
- "Baku Calls on Russia to Investigate Detention of Azerbaijanis in Yekaterinburg". Caucasian Knot. İstifadə tarixi: 2025-06-30.
- "Двое азербайджанцев умерли при рейдах на Урале. Баку требует от Москвы разобраться". Газета.Ru (rus). 2025-06-30. İstifadə tarixi: 2025-06-30.
- ГАЛИМОВ, Олег. "В Екатеринбурге силовики задержали посетителей кафе «Каспий»". kp.ru. 2025-06-27. İstifadə tarixi: 2025-06-30.
- "Rusiyada azərbaycanlılar öldürülüb". BBC News Azərbaycanca (az.). 2025-06-28. İstifadə tarixi: 2025-06-30.
- "Azerbaijani citizen describes beating by Russian law enforcement officers in Yekaterinburg | Caliber.Az". caliber.az (ingilis). 2025-06-30. İstifadə tarixi: 2025-06-30.
- "No:282/25, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılması barədə mətbuat məlumatı". www.mfa.gov.az (az.). 2025-06-28. İstifadə tarixi: 2025-06-30.
- "Azerbaijan cancels Russian events over the killings of 2 citizens in Yekaterinburg". AP News (ingilis). 2025-06-29. 2025-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-30.
- "Russia's harsh crackdown on Azerbaijanis sparks international scandal". Ukrainska Pravda (ingilis). İstifadə tarixi: 2025-06-30.
- "Баку отменил российские культурные мероприятия после задержания азербайджанцев в Екатеринбурге". BBC News Русская служба (rus). 2025-06-29. İstifadə tarixi: 2025-06-30.
- "Azerbaijan canceled all cultural events with the participation of the Russian Federation: what is the reason?". Ukrainian National News (UNN) (ingilis). 2025-06-29. İstifadə tarixi: 2025-06-30.
- "Russia's law enforcement cruelty against our compatriots cannot be justified under any circumstances – COMMENTARY". azertag.az (ingilis). 2025-06-29. İstifadə tarixi: 2025-06-30.
- "Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib". Report İnformasiya Agentliyi (az.). 2025-06-29. İstifadə tarixi: 2025-06-30.
- "Русская община Азербайджана осудила действия силовиков в Екатеринбурге". haqqin.az (rus). 2025-06-29. İstifadə tarixi: 2025-06-30.
- "Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA". Oxu.az (az.). İstifadə tarixi: 2025-06-30.
- Исайченко, Олег. "Азербайджан становится на сторону подозреваемых в заказных убийствах". ВЗГЛЯД.РУ (rus). 2025-06-29. İstifadə tarixi: 2025-06-30.
Xarici keçidlər
- FTX niyə azərbaycanlıların evinə basqın edib? - Rusiyada həmyerlilərimizin başına gətirilən oyun.../ AzTv
- "OMON"çulara azərbaycanlılara "HÜCUM" ƏMRİ PUTİNDƏN GƏLİB? / AzTv
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 0 saniye evvel Receb Yaxsi muzakire tohfeler terefinden redakte olunub Yenile Rusiyada OMON cularin azerbaycanlilara hucumu 2025 ci ilde OMON cular terefinden Rusiyada yasayan azerbaycanlilara qarsi kecirilmis emeliyyatlar neticesinde 2 nefer oldurlub onlarla azerbaycanli ise hebs olunub 2 neferin tutulduqdan sonra isgenceler ve doyulmeler neticesinde oldurulmeleri hem Azerbaycan dovleti hem de Azerbaycan diasporasi terefinden etirazla qarsilanib Rusiyada OMON cularin azerbaycanlilara hucumuTarix 2025 ci il iyun ayiYeri YekaterinburqTarixce2025 ci il fevralin 3 de Azerbaycan Xarici Isler Nazirliyi Bakidaki Rus Evi nin fealiyyetine xitam verilmesi ile bagli Rusiyaya nota verib Bildirilib ki buna sebeb Rus evi nin huquqi sexs qisminde qeydiyyatinin olmamasi ve Azerbaycan qanunvericiliyinin ciddi sekilde pozulmasidir 2025 ci ilin yanvar fevral aylarinda Azerbaycanda Xususi Rabite ve Informasiya Tehlukesizliyi Dovlet Xidmeti dovlet qurumlarina 262 kiberhucum indikatoru mueyyen edilib 2025 ci ilin may ayinda Azerbaycan Milli Meclisinin Xarici mudaxilelere ve hibrid tehdidlere qarsi komissiyasi Azerbaycanin media resurslarina kiberhucumlar movzusunda ictimai muzakire kecirib Komissiyanin sedri Ramid Namazov 2025 ci il fevralin 20 de bir sira media resurslarina qarsi olan kiber hucumlarin Rusiyaya bagli kibercasus qrupu terefinden kecirildiyini qeyd edib ve buna sebeb kimi Rus evinin baglanmasini gosterib Bas veren hadiseler2025 ci il iyunun 27 si Rusiyanin Yekatirinburq seherinde yasayan onlarla azerbaycanlinin evine Rusiya OMON u terefinden hucum olunub Onlarla azerbaycanli saxlanilib Hebs olunan azerbaycanlilarin ekseriyyeti Rusiya vetendasi olublar Onlara saxlanildiqlari yerde isgenceler verilib Neticede Ziyeddin ve Huseyn Seferov qardaslari dunyasini deyisib Akif Ayaz Kamal ve Mezahir Seferovlar ise agir veziyyetde xestexanaya apariliblar Diger saxlanilanlar buraxilsalar da 9 azerbaycanli hebs olunub Onlarin saxlanilma sebebi kimi 2001 ci ilde Seferov qardaslarinin isletdikleri restoranin yaninda bas vermis bir qetl gosterilib Silahlilar hemin restorana da hucum edibler Orada olan qonaqlari elece de iscileri doyub axtaris apariblar Bas veren hadiseni gizletmek meqsedile restoranda olan kamera qeydleri de onlar terefinden goturulub Saxlanildiqdan sonra isgencelere meruz qalmis Vuqar Seferov verdiyi musahibede isgence neticesinde goyermis beden hisselerini gosterib Daha sonra qeyd edib ki uzu maskali sexsler onlarin qapilarini qiraraq evlerine giribler atasini ve qardasini doymeye baslayiblar Bir saat erzinde oz evlerinde elektrosokla vurulub rezin deyeneklerle doyulubler Polis sobesine aparildiqdab sonra da isgence davam edib Atasi ureyinde stend oldugunu demeyine baxmayaraq ona elektrik cereyani verilerek doyulub Bundan basqa qeyd edib ki onlara Ukrayna ile muharibeye getmek ucun tezyiq edilib Azerbaycan terefinin reaksiyasi2025 ci il iyunun 28 de Rusiya Federasiyasinin Azerbaycan Respublikasindaki Sefirliyinin muveqqeti isler vekili Pyotr Volokovix Rusiyanin Yekaterinburq seherinde azerbaycanlilara qarsi hucumlarla elaqedar Azerbaycan Xarici Isler Nazirliyine cagirilib Rusiya terefine 2025 ci il iyunun 27 de azerbaycanlilarin yasadigi menzillerde Rusiyanin tehlukesizlik quvveleri terefinden iki azerbaycanlinin qeddarliqla qetle yetirildiyi bir nece neferin agir beden xesaretleri aldigi doqquz neferin hebs edildiyi reydleri ile bagli keskin etiraz bildirilib Meselenin arasdirilmasi zorakiliq toreden butun sexslerin tezlikle cinayet mesuliyyetine celb olunmasi istenilib Daha sonra Azerbaycan Medeniyyet Nazirliyi terefinden Rusiya ile dovlet ve ozel muessiselerin xetti ile Azerbaycanda kecirilmesi nezerde tutulan konsertler festivallar tamasalar sergiler legv edilib Milli Meclisin deputati Nigar Memmedova verdiyi aciqlamada deyib ki azerbaycanlilara qarsi toredilen zorakiliga gore Rusiya Bas nazirinin muavini Aleksey Overcukun iyun ayinda Azerbaycana nezerde tutulan seferi legv edilib Onun sozlerine gore Azerbaycan hokumeti yaranmis veziyyetde Overcukun ve ya diger resmi sexsin seferinde hec bir ehemiyyet gormur 29 iyunda Azerbaycanin Rus icmasi Yekaterinburqda guc strukturlarinin qeddarligini qetiyyetle pisleyib Icma Azerbaycan Hava Yollari aviasirketinin Embraer 190 sernisin teyyaresinin qezaya ugramasi ile bagli Rusiyanin resmi strukturlarindan uzrxahliq ve aydin izahin verilmemeyini qeyd ederek Yekaterinburqda bas verenlerin obyektiv ve seffaf arasdirilmasina cagirib Rusiya terefinin reaksiyasiIyunun 28 de Rusiyanin Sverdlovsk vilayetinin Istintaq Komitesi ve Daxili Isler Nazirliyinin Bas Idaresi Yekaterinburq seherinde azerbaycanlilara qarsi kecirilmis xususi emeliyyatla bagli birge melumat yayib Bildirilib ki Istintaq Komitesinin emekdaslari terefinden vilayetin DIN Bas Idaresinin emekdaslari ile qarsiliqli fealiyyet cercivesinde ve Rusiya Qvardiyasinin Xususi Teyinatli Cevik Reaksiya Bolmesi quvvelerinin guc desteyi ile Yekaterinburq seheri erazisinde bir nece il evvel bas vermis bir sira cinayetlerin istintaqi cercivesinde kompleks tedbirler heyata kecirilib Emeliyyat neticesinde bir nece sexs saxlanilib onlarin yasayis yerlerinde axtarislar aparilib Iyunun 29 da Rusiya Xarici Isler Nazirliyinin resmi numayendesi Mariya Zaxarova bas veren insidentle bagli deyib ki evvelki illerde toredilmis agir cinayetler fakti uzre cinayet islerinin istintaqi cercivesinde Rusiya huquq muhafize orqanlari eslen azerbaycanli Rusiya vetendasi olan subheli sexslerin saxlanmasi ve yasayis yerlerinde axtarislar heyata kecirib Iyunun 28 de Azerbaycan Respublikasinin Xarici Isler Nazirliyine devet olunan Rusiya Federasiyasinin muveqqeti isler vekili Volokovix terefinden Azerbaycan terefine lazimi izahat verilib veziyyetin huquq muhafize orqanlarinin nezaretinde olduguna eminlik ifade olunub Sonraki hadiselerIstinadlar Azerbaycanda Rus Evi baglanir BBC News Azerbaycanca az 2025 02 06 2025 02 11 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 06 30 Russkij dom v Baku priostanavlivaet svoyu deyatelnost TACC rus 2025 02 12 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 06 30 Azerbajdzhan uvedomil Russkij dom v Baku o zakrytii DW 06 02 2025 dw com rus 2025 02 07 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 06 30 Dovlet Xidmeti Oten ay dovlet qurumlarina 120 kiberhucum olub azertag az az Istifade tarixi 2025 06 30 Aslan Aysel Komissiya sedri Azerbaycanin bir sira media resurslarina kiberhucum Rusiyadan qaynaqlanib Report Informasiya Agentliyi az 2025 05 02 Istifade tarixi 2025 06 30 Azerbaijan blames Russian state hackers for cyberattacks on local media therecord media ingilis Istifade tarixi 2025 06 30 Azerbaijani MP Claims Russia Behind February Cyberattack Caucasus Watch ingilis 2025 05 02 Istifade tarixi 2025 06 30 Baku urges Moscow to hold perpetrators accountable after fatal raid on Azerbaijani family Caliber Az caliber az ingilis 2025 06 30 Istifade tarixi 2025 06 30 Azerbaijan to receive remains of citizens killed in Russia s Yekaterinburg soon Caliber Az caliber az ingilis 2025 06 30 Istifade tarixi 2025 06 30 KOChNEVA Alina Zaderzhaniya azerbajdzhancev v Ekaterinburge vyzvali volnu vozmushenij v Baku delegaciya strany otkazalas ot meropriyatij v Moskve kp ru 2025 06 30 Istifade tarixi 2025 06 30 Novruzov Kenan Azerbaycanli jurnalistin qardaslari Rusiyada oldurulub Report Informasiya Agentliyi az 2025 06 27 Istifade tarixi 2025 06 30 Baku Calls on Russia to Investigate Detention of Azerbaijanis in Yekaterinburg Caucasian Knot Istifade tarixi 2025 06 30 Dvoe azerbajdzhancev umerli pri rejdah na Urale Baku trebuet ot Moskvy razobratsya Gazeta Ru rus 2025 06 30 Istifade tarixi 2025 06 30 GALIMOV Oleg V Ekaterinburge siloviki zaderzhali posetitelej kafe Kaspij kp ru 2025 06 27 Istifade tarixi 2025 06 30 Rusiyada azerbaycanlilar oldurulub BBC News Azerbaycanca az 2025 06 28 Istifade tarixi 2025 06 30 Azerbaijani citizen describes beating by Russian law enforcement officers in Yekaterinburg Caliber Az caliber az ingilis 2025 06 30 Istifade tarixi 2025 06 30 No 282 25 Rusiya Federasiyasinin Azerbaycan Respublikasindaki Sefirliyinin muveqqeti isler vekilinin Xarici Isler Nazirliyine cagirilmasi barede metbuat melumati www mfa gov az az 2025 06 28 Istifade tarixi 2025 06 30 Azerbaijan cancels Russian events over the killings of 2 citizens in Yekaterinburg AP News ingilis 2025 06 29 2025 06 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 06 30 Russia s harsh crackdown on Azerbaijanis sparks international scandal Ukrainska Pravda ingilis Istifade tarixi 2025 06 30 Baku otmenil rossijskie kulturnye meropriyatiya posle zaderzhaniya azerbajdzhancev v Ekaterinburge BBC News Russkaya sluzhba rus 2025 06 29 Istifade tarixi 2025 06 30 Azerbaijan canceled all cultural events with the participation of the Russian Federation what is the reason Ukrainian National News UNN ingilis 2025 06 29 Istifade tarixi 2025 06 30 Russia s law enforcement cruelty against our compatriots cannot be justified under any circumstances COMMENTARY azertag az ingilis 2025 06 29 Istifade tarixi 2025 06 30 Azerbaycanin Rus icmasi Yekaterinburqda guc strukturlarinin qeddarligini qetiyyetle pisleyib Report Informasiya Agentliyi az 2025 06 29 Istifade tarixi 2025 06 30 Russkaya obshina Azerbajdzhana osudila dejstviya silovikov v Ekaterinburge haqqin az rus 2025 06 29 Istifade tarixi 2025 06 30 Rusiyada azerbaycanlilarin olumu ile neticelenen emeliyyatla bagli RESMI ACIQLAMA Oxu az az Istifade tarixi 2025 06 30 Isajchenko Oleg Azerbajdzhan stanovitsya na storonu podozrevaemyh v zakaznyh ubijstvah VZGLYaD RU rus 2025 06 29 Istifade tarixi 2025 06 30 Xarici kecidlerFTX niye azerbaycanlilarin evine basqin edib Rusiyada hemyerlilerimizin basina getirilen oyun AzTv OMON culara azerbaycanlilara HUCUM EMRI PUTINDEN GELIB AzTv