Wikipedia
Robert Merton
Robert Merton (ing. Robert Cox Merton) (d. 31 iyul 1944) — amerikalı iqtisadçı. 1997-ci ildə Mayron Skoulzla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Robert Merton | |
---|---|
ing. Robert Cox Merton | |
Doğum tarixi | |
Doğum yeri | Nyu York ABŞ |
Vətəndaşlığı | |
Milliyyəti | ABŞ |
Atası | Robert Kinq Merton |
Elm sahəsi | iqtisadiyyat, maliyyə |
İş yeri | Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu |
Təhsili | |
Elmi rəhbəri | Pol Samuelson |
Tanınır | Blek-Skoulz modeli, ICAPM, Merton portfel problemi, Merton modeli, Uzun müddətli kapital idarəsi |
Üzvlüyü | |
Mükafatları | 1997 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Merton 31 iyul 1944-cü ildə ABŞ-ın Nyu York şəhərində sosioloq Robert K. Merton və Suzana Kerhart cütlüyünün övladı olaraq anadan olub. Kolumbiya Universitetinin riyaziyyat mühəndisliyi bölməsindən məzun olub. Robert Merton Kaliforniya Texnologiya İnstitutunda magistr, Massaçusets Texnologiya İnstitutunda isə doktorluq dərəcəsinə yüksəlmişdir. Daha sonra isə Massaçusets Texnologiya İnstitutunun Sloan İdarə məktəbi fakültəsində işləməyə başlamışdı.
Həmçinin bax
Xarici keçidlər
- Robert Merton haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Robert Merton haqqında faktlar
- Robert Mertonun İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
- Robert Mertonun şəkilləri
- Robert Mertonun müsahibəsi
İstinadlar
- Faculty research Department. Biography - Robert C. Merton Harvard Business School, 2008. dor.hbs.edu