Rəfiqə İsmayılova
Həyatı
İsmayilova Rəfiqə Soltan qızı 1947-ci il dekabrın 24-də Kürdəmir rayonunda anadan olmuşdur. 1966-cı ildə Kürdəmir şəhəri 1 nömrəli orta məktəbi, 1971-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) Texnologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə mühəndisliklə başlayan R.İsmayilova 1973-1977-ci illərdə illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində mühəndis işləmişdir. 1977-ci ildə Radiasiya Problemləri İnstitutunun "Yarımkeçiricilərin radiasiya fizikası" laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Alim 1993-cü ildən İnstitutun “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasında elmi fəaliyyətini davam etdirir.
Elmi fəaliyyəti
Rəfiqə İsmayilova 1979-cu ildə Radiasiya Problemləri İnstitutunun dissertanturasına daxil olmuş, 1989-ci ildə “Temperaturun və ifrat yüksək tezlikli sahənin fibroinin fiziki xassələrinə təsiri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Alimin sonrakı elmi fəaliyyəti fibroinin strukturuna müxtəlif antioksidantları daxil etməklə ipəyin xarici təsirlərə qarşı möhkəmliyi və davamlılığının artırılması, polimer və kompozitlərə müxtəlif doldurucular əlavə etməklə elektrik və dielektrik xassələrinə doldurucu və g-radiasiyanın təsirini öyrənmişdir.
Onun müəllifi olduğu radiasiya materialşünaslığına dair 120-dən artıq məqalə dünyanın aparıcı nəşrləri olan yüksək impakt faktorlu “Surface Engineering and Applied Electrochem”, “American Journal of Physics and Applications”, “Пластическая масса”, “Перспективные материалы” və digər jurnallarda dərc olunmuşdur. Bu məqalələrə yalnız son 3 ildə dünyanın məşhur elm mərkəzlərindən olan tədqiqatçılar istinad etmişlər.
R.İsmayilova 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
Əsas elmi nailiyyətləri
1. Fibroinin strukturuna müxtəlif antioksidantları daxil etməklə ipəyin xarici təsirlərə qarşı möhkəmliyi və davamlılığı artırılmış və bu fibroindən ilk dəfə hazırlanan datçikin modelini təklif etmişdir.
2. Polimer-metal oksidləri kompozit sistemində elektrofiziki xassələrin temperatur və tezlikdən (g-şüalanmadan əvvəl və sonra) asılılıqlarının mexanizmini aydınlaşdırmışdır.
3. Polimer-keçirici kompozit sistemində elektrofiziki xassələrin doldurucunun konsentrasiyasından asılılıqlarıının tədqiqi nəticəsində onların dəyişməsini perkolyasiya xarakterli olduğunu göstərmişdir.
Bu tədqiqatların nəticələri məqalə şəklində 33-ü beynəlxalq referə edilən (peer-reviewed scientific journals) jurnallarda və 14-ü isə Respublikadaxili nəşrlərdə çap edilmişdir. R.İsmayılova 5 müəlliflik şəhadətnaməsi və 1 patentin müəllifidir. Beynəlxalq və ölkə daxili konfranslarda 60 elmi məruzə ilə çıxış etmişdir.
Elmi əsərləri
1.Образование и накопление свободных радикалов в натуральном шелке под действием частичных разрядов . ДАН, Аз ССР, 1984, №8,т.40
2. Действие температуры и СВЧ поля на механические свойства натурального шелка . Шелк, 1989, №1, 16-22
3.Радиационные эффекты в гетеропреобраз. на основе GaAs-GaAlAs при сопряжен.дейст. рад. и внешних нагрузок. Гелиотехника, 1990,№6
4.Влияние антаксидантов на ИК-спектров фиброина натурального шелка. Шелк,1991,№1, 12-18
5.The influence of cocon treatment on the electric properties on the natural silk fibroin. J. “Fizika”. №4,2001, p.22-23
6.Influence antioxidants on thermal properties of fibroins of natural silk. J. “Fizika”.№2,2002, v.VIII,p.46-47
7. Об особенностях пьезоэлектричества в полимерных композициях с неоднородной поляризацией. Электронная oбрaботка материалов», 2004,№2, стр.55-58
8. Влияние гамма-излучение на деформацию шелковой нити после предварительной обработки различными методами. «Электронная обработ. мат.»2006, Молдова,№2, стр.44-46
9.Изучение влияние предварительного УФ-облучения на процессы электризации композиции эпоксидной смолы ЭД-20 с изометил тетрагидрофталевым ангидридом. «Пластические массы»,Москва, №2,2007, c.20-22
10. Особенности радиотермолюминесценции композиции полиэтилен- фиброин. «Электронная обработка материалов»б2007, №3,59-62
11.Модификация свойств полиэтилена фиброином, обогащенного антиоксидантом.Пластические массы, 2007,№11,10-13
12.Исследование полимерных композиций методами термоактивационной cпектроскопии.»Электронная обработка материалов», 2008,№6,с.52-55
13.Электрофизические свойства сополимера малеиновый ангидрид-стирол-a-октен. «Пластичес. массы», 2009, №5-6, 4-6
14. Влияние гамма-радиации на спектр термоститмулированного тока в полиэтилене высокой плотности.ЭОМ, 2010,№5,63-67
15. Дериватографические исследования полиэтилена, содержащего дисперсный полупроводник.ЭОМ, 2011, №3, c.66-69
16. Влияние неорганического наполнителя на свойства полиэтилена высокой плотности. «Пластические массы», 2012, №4, 10-13
17. The temperature-Frequency Dispersion Of the Dielectric Characteristics of Composite Materials Based on Polyethylene with TlInS2 inclusions. Sur.Eng.and Appl. Electrochemistry , 2013, v.49,No2, p.91-96
18. Электрофизические свойства композитной системы ПЭВП/α-Fe2 O3 Перспективные материалы, 2014, №4c.22-27
19. Electric conductivity and dielectric properties of HDPE-TlInSe2 composities.Surface Engineering and Applied Electrochem.,2014, vol.50, No6, pp.460-465
20. Features of electro conductivity of -irradiated composites in heating-cooling conditions .American Journal of Physics and Applications,2015,3(2),15-20
21. Нанокомпозитные короноэлектреты на основе полиэтилена высокой плотности и диоксида кремния.Перспективные материалы , 2015, №9,с.17-22
22. Effect of Barrier Dicharge on Stability of Electret State of high –Density Polyethylene.Surface Engineering and Applied Electrochemistry, 2016, 52(5) , 494-498
İstinadlar
- İsmayılova Rəfiqə Soltan qızı -