Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni lazımdır. |
Qummiarabik
İki akasiya növünün şirəsindən alınan qummiarabik təbii polisaxaridlər sinfinin ən mühüm nümayəndələrindən biridir. Suda yaxşı həll olur. Kimyəvi formulları Molekulyar formul — C12H36 InChI — InChI=1S/6C2H6/c6*1–2/h6*1–2H3 InChI — GPOWYVZNNHYPBM-UHFFFAOYSA-N Canonical SMILES — CC. CC. CC. CC. CC. CC
Tarix
1445-ci ildə Şahzadə Henri dənizçi Arguin adasında (müasir Mavritaniya sahillərində) ticarət məntəqəsi quraraq, Portuqaliya üçün qummiarabik ticarətinə başlamışdır. 1580-ci ildə Portuqaliya və İspan krallıqları birləşdikdən sonra ispanlar bu ticarətə davam etmişdir. 1638-ci ildə isə bu ərazidə ticarət hollandlar tərəfindən idarə olunmağa başlamışdır. O dövrdə Trarza və Bracna akasiya ağaclarından istehsal edilən bu kitrə Ərəbistanda əldə edilən akasiyadan üstün hesab olunurdu. 1678-ci ildə ticarət yenə fransızlar tərəfindən idarə olunmağa başlamışdır. [1] 18-ci əsrdə qummiarabikin bir çox sahələrdə mümkün tətbiqi Fransa, Böyük Britaniya və digər Avropa ölkələrinin sənayedən əvvəlki iqtisadiyyatlarında mühüm rol oynamağa başlamışdı. 18-ci və 19-cu əsrlərdə qummiarabik müasir Seneqal və Mavritaniyadakı Fransız və Britaniya ticarət koloniyalarında əsas ixrac məhsullarından biri idi. Qərbi Afrikanın Sahel bölgəsi, Atlantik Okeanından Qırmızı dənizə qədər uzanan Sahara səhrasının cənub sahilləri 18-ci əsrdən bəri dünyanın ən böyük qummiarabik tədarükçüsü olmuşdur. [2,3] Hal-hazırkı dövrümüzdə də bu təbii polimer Mavritaniya, Niger, Çad və Sudan (80%) da daxil olmaqla bir sıra Afrika ölkələrindəki akasiya ağaclarından alınır.
Kimyəvi Tərkibi
Qummiarabikin kimyəvi tərkibi heterogendir. Onun yüksək funksionallığı da quruluşunun xüsusiyyətləri ilə əlaqədardır. Kimyəvi quruluş baxımından, molekulunda həm polisaxarid, həm də zülal molekulları saxlayan qlikoproteinlər sinfinə, yəni biopolimerlərə aiddir. Qummiarabik məhlulda zəif turşu və ya neytral bir mühit yaradır [4]. Qummiarabik bir-biri ilə müəyyən bir şəkildə əlaqədə olan pentozaların, metilpentozaların, heksozaların və poliuronik turşuların elementar vahidlərindən ibarətdir. Qummiarabik makromolekulunun əsas skeleti qalaktoza və mannozadan təşkil olmuşdur, yan qollarda isə pentoza və ksiloza vahidləri vardır. Mannoza qalıqları da əsas zəncir və ya budaq hissələrinin bir hissəsidir. Uronik turşulardan, əsasən qalaktoza və ya mannoza vahidlərinə qoşulmuş qlükuron turşusu vahidləri vardır [5]. Qummiarabik kalsium, maqnezium və kalium saxlayan, şaxəli zənciri olan neytral və ya zəif turşu kompleksinin arabinoqalaktan-zülalının təbii çox funksiyalı hidrokolloididir. Araşdırmalar qummiarabikin 45–46% qalaktoza, 23–24% arabinoza, 13–14% ramnoza və 14–16% qlükuron turşusu qalıqlarından ibarət olduğunu göstərmişdir. Polisaxarid turşuları kalsium, maqnezium və natrium duzlarının qarışığı şəklindədir. Qummiarabikin kimyəvi tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, onun tam hidrolizi nəticəsində qlyukuron turşusundan və qalaktoza qalıqlarından ibarət aldobin turşusu əmələ gəlir. Yumuşaq hidroliz zamanı arabinoza, ramnoza və 3-qalakto-1-arabinoza disaxarid qummiarabikin tərkibindən xaric olur. Qismən depolimerləşən qummiarabik qalaktoza və qlyukuron turşusunun elementar zvenolarından ibarətdir [5, 6].
Tətbiq sahələri
Qummiarabik hələ qədim dövrlərdən məlum olan və geniş tətbiq sahələri olan təbii polimerlərdən biridir. Belə ki, qummiarabik qədim Misirdə mumiyaların kəfənləməsində yapışqan, heroqliflərin hazırlanmasında boya kimi geniş istifadə edilmişdir. Bioloji aktivlik, bioloji parçalanma, biouyğunluq, kompleksləşdirmə və sorbsiya qabiliyyəti kimi xüsusiyyətlərinə görə hal-hazırkı dövrümüzdə də tibb, kosmetika, qida və əczaçılıq, çap, boya sənayelərində geniş istifadə olunur. Qida sənayesində və sərinləşdirici içki sənayesində əsasən stabilizator, qatılaşdırıcı, dadlandırıcı kimi istifadə olunur. Təbii bioloji tərkibi ilə əlaqədar olaraq qummiarabik, tibbi məqsədlər üçün yumşaq və sərt kapsul istehsalında jelatinin əvəz edicisi kimi xüsusi maraq doğurur. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bunun əsasında yüksək mexaniki davamlı və elastik plyonkalar əldə etmək mümkündür [7]. Bununla yanaşı suda asanlıqla həll olduğu üçün akvarel boyaların davamlılığını artırmaq məqsədilə istifadə olunur. Belə ki, akvarel boyalardan istifadə zamanı sudan incəldici vasitə kimi istifadə olunur. Kağızdaki su buxarlandıqdan sonra qummiarabik boyanın kağızın daxili təbəqələrində daha yaxşı hopmasına səbəb olur. Suyun miqdarı az olduqda isə qummiarabikin təsiri daha da yaxşılaşır. Bu zaman boyanın parlaqlığı artır və rənglərin solmasının da qarşısı alınır. Qummiarabikin keramika qarışıqlarına əlavə edilməsi də qədim dövrlərdən məlum olan olan tətbiq sahələrindən biridir. Belə ki təbii polimerin keramikaya əlavə edilməsi onun axıcılığını artırır və onunla işləməyi asanlaşdırır. Fotoqrafiyada ultrabənövşəyi işığa məruz qaldıqda suda həll olunmayan rəngli foto emulsiya yaratmaq üçün piqmentlə qarışdırılmış ammonium və ya kalium bixromat və qummiarabikdən istifadə edilir. Bu zaman qummiarabik piqmentlərin kağızda davamlılığını artırır. Həmçinin qummiarabik Seneqal və bir sıra digər Afrika ölkələrində yanacaq kömürü istehsalında bağlayıcı maddə kimi istifadə olunur. Burada taifa bitkisindən toz halında kömür hazırlanır və bu zaman kömür tortları yaratmaq üçün qummiarabik bu tozla qarışdırılır və qurudulur.
Sağlamlıq faydaları
Qummiarabik zəngin qida lifləri mənbəyi olduğu üçün qida və əczaçılıq sənayesində təhlükəsiz qatılaşdırıcı, emulqator və stabilizator kimi geniş istifadə olunmasından əlavə, həmçinin bir neçə in vitro və digər üsullarla sübut edilmiş geniş spektrli sağlamlıq faydalarına malikdir.[8] Qummiarabik mədədə parçalanmır, lakin yoğun bağırsaqda bir sıra qısa zəncirli yağ turşularına fermentasiya olunur. Faydalı bağırsaq mikroflorasının böyüməsinə və çoxalmasına yararlı bir prebiotik kimi qəbul edilir ki, bu cəhətdən onun qəbulu faydalıdır. Onun faydalarına aşağıdakıları misal göstərə bilərik:
- Mədə-bağırsaq traktından kalsiumun yaxşı udulmasını təmin edir;
- Anti-diabetik təsir göstərir;
- Piylənmə əleyhinə (qummiarabik bədən kütləsi indeksini və bədəndəki yağ faizini azaldır) təsir edir;
- Lipid azaltma potensialı vardır. Qummiarabik ümumi xolesterolu, aşağı sıxlıqlı lipoproteinlər və triqliseridləri azaldır;
- Antioksidant kimi fəaliyyət göstərir;
- Böyrək və qaraciyərə dəstək funksiyası vardır;
- Bəzi iltihab əleyhinə vasitələrin sərbəst buraxılmasını modulyasiya etməklə immun funksiyası vardır;
- Bağırsaq bariyer funksiyasını yaxşılaşdıran, yoğun bağırsaq xərçənginin qarşısını alan və nazik bağırsaq xəstəliklərinin simptomlarını yüngülləşdirən prebiyotik kimi təsir edir;
- Siçovullarda, meloksikam qeyri-steroid antiinflamatuar dərmanının mənfi təsirlərinə qarşı bağırsağa qoruyucu təsir göstərir.
- Chisholm, Hugh, ed. (1911). "Arguin" . Encyclopædia Britannica. Vol. (11th ed.). Cambridge University Press. p. 482.
- Chisholm, Hugh, ed. (1911). "Arguin" . Encyclopædia Britannica. Vol. 2 (11th ed.). Cambridge University Press. p. 482.
- Webb, J. L. (2009). "The Trade in Gum Arabic: Prelude to French Conquest in Senegal". The Journal of African History. 26 (2–3): 149–168. doi:10.1017/S0021853700036914. JSTOR 181721. S2CID 162162993.
- X3860E Сертификат Британской Фармакопеи на Гуммиарабик. Подготовлен в 51-ом разделе JECFA (1998) и издан в FNP 52 Дополнение 6 (1998); переиздан в FNP 52. Дополнение 7 (1999) (редакционные изменения) . Заменяет спецификации, подготовленные в 49-ом разделе JECFA (1997), изданном в FNP 52 Дополнение 5 (1997). ADI не указан, установлен в 35-ом разделе JECFA в 1989.
- K. A. Karamalla, N. E. Sidding, "Analytical data for Acacia senegal var. Semegal gum samples collected between 1993–1995 from Sudan", Food Hydrocolloids, 12 (1993).
- G. O. Phllips, S. Takigami, "Hydration characteristics of the gum exudate from Acacia senegal"; Food Hydrocolloids, Vol.10, № 1,1996.
- В. И. Кондратьев "Технология лекарственных форм", Т.1–2; М.: "Медхимия", 1991г.
- Ahmed AA (January 2018). "Health benefits of gum arabic and medical use.". Gum Arabic. Academic Press. pp. 183–210. doi:10.1016/b978-0-12-812002-6.00016–6. .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleye hansisa kateqoriya elave edilmemisdir Meqaleye kateqoriyalar elave ederek tohfe vere bilersiz Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Qummiarabik Iki akasiya novunun siresinden alinan qummiarabik tebii polisaxaridler sinfinin en muhum numayendelerinden biridir Suda yaxsi hell olur Kimyevi formullari Molekulyar formul C12H36 InChI InChI 1S 6C2H6 c6 1 2 h6 1 2H3 InChI GPOWYVZNNHYPBM UHFFFAOYSA N Canonical SMILES CC CC CC CC CC CCTarix1445 ci ilde Sahzade Henri denizci Arguin adasinda muasir Mavritaniya sahillerinde ticaret menteqesi quraraq Portuqaliya ucun qummiarabik ticaretine baslamisdir 1580 ci ilde Portuqaliya ve Ispan kralliqlari birlesdikden sonra ispanlar bu ticarete davam etmisdir 1638 ci ilde ise bu erazide ticaret hollandlar terefinden idare olunmaga baslamisdir O dovrde Trarza ve Bracna akasiya agaclarindan istehsal edilen bu kitre Erebistanda elde edilen akasiyadan ustun hesab olunurdu 1678 ci ilde ticaret yene fransizlar terefinden idare olunmaga baslamisdir 1 18 ci esrde qummiarabikin bir cox sahelerde mumkun tetbiqi Fransa Boyuk Britaniya ve diger Avropa olkelerinin senayeden evvelki iqtisadiyyatlarinda muhum rol oynamaga baslamisdi 18 ci ve 19 cu esrlerde qummiarabik muasir Seneqal ve Mavritaniyadaki Fransiz ve Britaniya ticaret koloniyalarinda esas ixrac mehsullarindan biri idi Qerbi Afrikanin Sahel bolgesi Atlantik Okeanindan Qirmizi denize qeder uzanan Sahara sehrasinin cenub sahilleri 18 ci esrden beri dunyanin en boyuk qummiarabik tedarukcusu olmusdur 2 3 Hal hazirki dovrumuzde de bu tebii polimer Mavritaniya Niger Cad ve Sudan 80 da daxil olmaqla bir sira Afrika olkelerindeki akasiya agaclarindan alinir Kimyevi TerkibiQummiarabikin kimyevi terkibi heterogendir Onun yuksek funksionalligi da qurulusunun xususiyyetleri ile elaqedardir Kimyevi qurulus baximindan molekulunda hem polisaxarid hem de zulal molekullari saxlayan qlikoproteinler sinfine yeni biopolimerlere aiddir Qummiarabik mehlulda zeif tursu ve ya neytral bir muhit yaradir 4 Qummiarabik bir biri ile mueyyen bir sekilde elaqede olan pentozalarin metilpentozalarin heksozalarin ve poliuronik tursularin elementar vahidlerinden ibaretdir Qummiarabik makromolekulunun esas skeleti qalaktoza ve mannozadan teskil olmusdur yan qollarda ise pentoza ve ksiloza vahidleri vardir Mannoza qaliqlari da esas zencir ve ya budaq hisselerinin bir hissesidir Uronik tursulardan esasen qalaktoza ve ya mannoza vahidlerine qosulmus qlukuron tursusu vahidleri vardir 5 Qummiarabik kalsium maqnezium ve kalium saxlayan saxeli zenciri olan neytral ve ya zeif tursu kompleksinin arabinoqalaktan zulalinin tebii cox funksiyali hidrokolloididir Arasdirmalar qummiarabikin 45 46 qalaktoza 23 24 arabinoza 13 14 ramnoza ve 14 16 qlukuron tursusu qaliqlarindan ibaret oldugunu gostermisdir Polisaxarid tursulari kalsium maqnezium ve natrium duzlarinin qarisigi seklindedir Qummiarabikin kimyevi tedqiqi neticesinde mueyyen olunmusdur ki onun tam hidrolizi neticesinde qlyukuron tursusundan ve qalaktoza qaliqlarindan ibaret aldobin tursusu emele gelir Yumusaq hidroliz zamani arabinoza ramnoza ve 3 qalakto 1 arabinoza disaxarid qummiarabikin terkibinden xaric olur Qismen depolimerlesen qummiarabik qalaktoza ve qlyukuron tursusunun elementar zvenolarindan ibaretdir 5 6 Tetbiq saheleriQummiarabik hele qedim dovrlerden melum olan ve genis tetbiq saheleri olan tebii polimerlerden biridir Bele ki qummiarabik qedim Misirde mumiyalarin kefenlemesinde yapisqan heroqliflerin hazirlanmasinda boya kimi genis istifade edilmisdir Bioloji aktivlik bioloji parcalanma biouygunluq komplekslesdirme ve sorbsiya qabiliyyeti kimi xususiyyetlerine gore hal hazirki dovrumuzde de tibb kosmetika qida ve eczaciliq cap boya senayelerinde genis istifade olunur Qida senayesinde ve serinlesdirici icki senayesinde esasen stabilizator qatilasdirici dadlandirici kimi istifade olunur Tebii bioloji terkibi ile elaqedar olaraq qummiarabik tibbi meqsedler ucun yumsaq ve sert kapsul istehsalinda jelatinin evez edicisi kimi xususi maraq dogurur Tedqiqatlar neticesinde mueyyen olunmusdur ki bunun esasinda yuksek mexaniki davamli ve elastik plyonkalar elde etmek mumkundur 7 Bununla yanasi suda asanliqla hell oldugu ucun akvarel boyalarin davamliligini artirmaq meqsedile istifade olunur Bele ki akvarel boyalardan istifade zamani sudan inceldici vasite kimi istifade olunur Kagizdaki su buxarlandiqdan sonra qummiarabik boyanin kagizin daxili tebeqelerinde daha yaxsi hopmasina sebeb olur Suyun miqdari az olduqda ise qummiarabikin tesiri daha da yaxsilasir Bu zaman boyanin parlaqligi artir ve renglerin solmasinin da qarsisi alinir Qummiarabikin keramika qarisiqlarina elave edilmesi de qedim dovrlerden melum olan olan tetbiq sahelerinden biridir Bele ki tebii polimerin keramikaya elave edilmesi onun axiciligini artirir ve onunla islemeyi asanlasdirir Fotoqrafiyada ultrabenovseyi isiga meruz qaldiqda suda hell olunmayan rengli foto emulsiya yaratmaq ucun piqmentle qarisdirilmis ammonium ve ya kalium bixromat ve qummiarabikden istifade edilir Bu zaman qummiarabik piqmentlerin kagizda davamliligini artirir Hemcinin qummiarabik Seneqal ve bir sira diger Afrika olkelerinde yanacaq komuru istehsalinda baglayici madde kimi istifade olunur Burada taifa bitkisinden toz halinda komur hazirlanir ve bu zaman komur tortlari yaratmaq ucun qummiarabik bu tozla qarisdirilir ve qurudulur Saglamliq faydalariQummiarabik zengin qida lifleri menbeyi oldugu ucun qida ve eczaciliq senayesinde tehlukesiz qatilasdirici emulqator ve stabilizator kimi genis istifade olunmasindan elave hemcinin bir nece in vitro ve diger usullarla subut edilmis genis spektrli saglamliq faydalarina malikdir 8 Qummiarabik medede parcalanmir lakin yogun bagirsaqda bir sira qisa zencirli yag tursularina fermentasiya olunur Faydali bagirsaq mikroflorasinin boyumesine ve coxalmasina yararli bir prebiotik kimi qebul edilir ki bu cehetden onun qebulu faydalidir Onun faydalarina asagidakilari misal gostere bilerik Mede bagirsaq traktindan kalsiumun yaxsi udulmasini temin edir Anti diabetik tesir gosterir Piylenme eleyhine qummiarabik beden kutlesi indeksini ve bedendeki yag faizini azaldir tesir edir Lipid azaltma potensiali vardir Qummiarabik umumi xolesterolu asagi sixliqli lipoproteinler ve triqliseridleri azaldir Antioksidant kimi fealiyyet gosterir Boyrek ve qaraciyere destek funksiyasi vardir Bezi iltihab eleyhine vasitelerin serbest buraxilmasini modulyasiya etmekle immun funksiyasi vardir Bagirsaq bariyer funksiyasini yaxsilasdiran yogun bagirsaq xercenginin qarsisini alan ve nazik bagirsaq xesteliklerinin simptomlarini yungullesdiren prebiyotik kimi tesir edir Sicovullarda meloksikam qeyri steroid antiinflamatuar dermaninin menfi tesirlerine qarsi bagirsaga qoruyucu tesir gosterir Chisholm Hugh ed 1911 Arguin Encyclopaedia Britannica Vol 11th ed Cambridge University Press p 482 Chisholm Hugh ed 1911 Arguin Encyclopaedia Britannica Vol 2 11th ed Cambridge University Press p 482 Webb J L 2009 The Trade in Gum Arabic Prelude to French Conquest in Senegal The Journal of African History 26 2 3 149 168 doi 10 1017 S0021853700036914 JSTOR 181721 S2CID 162162993 X3860E Sertifikat Britanskoj Farmakopei na Gummiarabik Podgotovlen v 51 om razdele JECFA 1998 i izdan v FNP 52 Dopolnenie 6 1998 pereizdan v FNP 52 Dopolnenie 7 1999 redakcionnye izmeneniya Zamenyaet specifikacii podgotovlennye v 49 om razdele JECFA 1997 izdannom v FNP 52 Dopolnenie 5 1997 ADI ne ukazan ustanovlen v 35 om razdele JECFA v 1989 K A Karamalla N E Sidding Analytical data for Acacia senegal var Semegal gum samples collected between 1993 1995 from Sudan Food Hydrocolloids 12 1993 G O Phllips S Takigami Hydration characteristics of the gum exudate from Acacia senegal Food Hydrocolloids Vol 10 1 1996 V I Kondratev Tehnologiya lekarstvennyh form T 1 2 M Medhimiya 1991g Ahmed AA January 2018 Health benefits of gum arabic and medical use Gum Arabic Academic Press pp 183 210 doi 10 1016 b978 0 12 812002 6 00016 6 ISBN 978 0 12 812002 6