Qazançı (Goranboy)
Qazançı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində kənd.
Qazançı | |
---|---|
40°40′35″ şm. e. 46°43′17″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 411 (2009) nəfər |
Tarixi
Kənd Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Miskinli Qazançı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Miskinli kəndindən (indiki Şəmkir rayonu) köçüb gəlmiş ailələr bina etmişlər.
Toponimikası
Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarla- nn kazan (qazan) tayfasmın adım əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarlann tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onlann ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda işə Qazancı adlı 10 kənd mövcud idi. Hazırda Azərbaycanda 3 Qazan, 4 Qazançı oykonimi, 4 Qazan oronimi, 3 Qazan hidronimi məlumdur. Şimali Amerikada Qazançay şəhəri, Türkmənistanda Qazancıq şəhəri, Tatarıstanda Kazan şəhəri, Kazanka çayı, Ukraynada Kazanka dəmiryolu stansiyası, Kazanskaya şəhəri, Qaraqalpakda Qazan Ketken kəndi, Özbəkistanda Qazanqışlaq, Qazan kəndləri, Tula vilayətində Kazanovka kəndi, Tümen vilayətində Qazan kəndi, Kerç bumunda Kazantip, Qazaxıstanda Qazan şupkur, Novo Kazanskaya kəndləri, Ermənistanda Qazançı kəndi və Dağıstan ərazisində Qazan və Qazan Kulan kəndləri, Cənubi Azərbaycanda Kazanabad, Qazanağılı, Qazan, Kürdüstanda Qazanqara, Mərkəzi iranda Qazancı kəndləri vardır. Qeyd etmək lazımdır ki, qazan etnonimi ilə əlaqədar kəndlər Türkiyədə və müasir Bolqarıstan ərazisində də vardır. XÜI-XIV əsrlərdə qıpçaqların tərkibində qazan tayfasmın olduğu gösterilir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 411 nəfər əhali yaşayır.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Qazançı (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |