Qaratağlar
Qaratağlar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.
Qaratağlar | |
---|---|
40°25′ şm. e. 46°06′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Daşkəsən rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 175 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 21 |
Poçt indeksi | AZ1600 |
Nəqliyyat kodu | 16 |
Tarixi
Toponimikası
Oykonim "qara" (burada "qara" komponenti etnonimə işarədir), "tağ" (Azərbaycan dilinin dialektlərində "cərgə, sıra”) sözlərindən və "-lar" cəm şəkilçisindən ibarət olub, "qaralar və ya qaraqullar yaşayan məhəllə, cərgə" mənasındadır. Oykonim 1917-ci ildə Qaradağlar variantında qeydə alınmışdır.
Coğrafiyası və iqlimi
Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) yamacında yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 175 nəfər yaşayır. Onların 86 nəfəri kişi, 89 nəfəri isə qadındır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Qaratağlar kənd kitabxana filialı, Qaratağlar kənd klubu fəaliyyət göstərir.
Təhsil
Kənddə Daşkəsən rayon Qaratağlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
İstinadlar
- "Şəhərlərarası telefon kodları". mincom.gov.az (az.). İstifadə tarixi: 2021-01-15.
- Qaratağlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: "Şərq-Qərb". 2007. səh. 36. ISBN 978-9952-34-156-0.
- Qaratağlar // Azərbaycan əhalisinin siyahıyaalınması (2009). I. Bakı: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2010. səh. 87.
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri
Xarici keçidlər
- Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytı