Qara delfin (rus. Чёрный дельфин) — ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniya. Rusiyanın (Orenburq vilayətinin) (Sol-İletsk) şəhərində yerləşən koloniyada əsasən qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilər saxlanılır. Hazırda cəzaçəkmə müəssisəsində təxminən 863 dustaq saxlanılır.
Qara delfin | |
---|---|
rus. Чёрный дельфин | |
Ümumi məlumatlar | |
Status | Fəaliyyət göstərir |
Ölkə | Rusiya |
Şəhər | (Sol-İletsk), (Orenburq vilayəti) |
Koordinatlar | |
Açılma | (1773) |
Haqqında
Qara delfin koloniyasının adına tarixdə ilk dəfə 1745-ci ildə rast gəlinir. Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara (delfin) heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana (Qazaxıstanla) sərhəddə yerləşir.
Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az beş cinayət deməkdir.
Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.
Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan (qandallanmış) halda, ən az 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.
Bağça gəzintisi də yenə, belləri bükülmüş və başları üzərində ən az 3 gözətçi olur. 24 saat davamlı nəzarət altında olan məhkumların günboyu yataqlarında oturmalarına və ya uzanmalarına icazə yoxdur. Sadəcə yatmaq zamanı buna icazə verilir. Oturmaq istəyənlər yalnız kətildə otura bilərlər.
Məhkumlar həbsxana bağçasından belə, istifadə edə bilmirlər. Bağça içərisində də kameralar var.
Burada yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə müxtəlif şorbalar verilir və bu zaman da kameralarından çölə çıxarılmırlar.
200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan, indiyədək azadlığa çıxan olmayıb.
İstinadlar
- Богоутдинова Н.Черный дельфин 2022-05-13 at the Wayback Machine // Вестник Отрадного. — 2005. — 19 мая.
- "Структурные подразделения 2014-05-29 at the Wayback Machine." () Federal Penitentiary Service Orenburg Region. Retrieved on April 28, 2012. "В исправительной колонии содержатся осужденные к пожизненному лишению свободы."
- «Черный дельфин» или Дорога в один конец. Тюрьма для пожизненно лишенных свободы 2018-02-06 at the Wayback Machine // Украина криминальная, 09.10.2009
- "Burası dünyanın en acımasız hapishanesi". Haber7.com. 17 İyul 2016 tarixində .