Pana Film
Pana Film Raci Şaşmaz tərəfindən qurulmuş və hal-hazırda Nəcati Şaşmazın rəhbərlik etdiyi serial və film istehsalı şirkətidir.
Pana Film | |
---|---|
Tipi | Anonim şirkət |
Yaranma tarixi | 2004 |
Təsisçilər | Raci Şaşmaz |
Rəhbərlik | Raci Şaşmaz (2004-2014) Nəcati Şaşmaz (2014- ) |
Sənaye | |
Sayt | panafilm.com |
Pana Film Qurtlar Vadisi teleserialı da daxil olmaqla "Ekmek Teknesi" və "Halil İbrahim Sofrası" kimi serialların da istehsalçısıdır.
Təsis olunması
Qurtlar Vadisi və Ekmek Teknesi layihələrində Osman Sınav ilə birlikdə çalışan Raci Şaşmaz, Osman Sınavın bu layihələri təhvil verib bir müddətlik sektordan uzaqlaşmaq istəyinə yönəlik Pana Film-in əsasın qoydu və bu layihələri Osman Sınavın istehsal şirkəti Sinegraf-dan təhvil aldı. Beləliklə Pana Film qurulmuş oldu.
İnkişafı
Pana Film Qurtlar Vadisi qədər qısa müddətdə sürətlə tanındı. Beləliklə Pana Film də Qurtlar Vadisi serialından əlavə başqa serialların da hazırlanmasına nail olur. Ancaq bu serialların çoxu uzun ömürlü olmadı. Böyük bir qismi 10-cu bölümə belə çatmadan final qərarı aldı.
2014-cü ildə şirkətin sahibləri Şaşmaz qardaşları arasında baş verən davadan sonra serialın prodüser və ssenaristi Raci Şaşmaz, ssenaristlər Bahadır Özdener və Cüneyt Aysan şirkətdən ayrıldı. Raci Şaşmaz şirkətdəki bütün haqlarını böyük qardaşı Nəcatiyə ötürdü.
Prodüser və ssenaristlərin ayrılmasından sonra sürətlə geri düşən Qurtlar Vadisi Pusu iki sezondan sonra yayımdan qaldırıldı. Qardaşı ilə yollarını ayırdıqlarını açıqlamasına rəğmən Pana Film, Raci Şaşmazın borclarından dolayı müsadirə edilməli oldu. Daha sonra Raci Şaşmaz 314.500 ₺ ödəniş edərək müsadirə olunan malları geri aldı.
Raci Şaşmaz "Kelebek" qəzetinə verdiyi açıqlamada 7 ildir qardaşını görmədiyini dedi və aldadıldığını iddia etdi. 100 milyon ₺ itirdiyini və 200 milyon ₺ borclandığını açıqladı.
Pana Sinema Akademiyası
Aktyor yetişdirmək üçün 2011-ci ildə qurulmuşdur. Daha sonra fəaliyyətini dayandırdı.
Pana Qələm Qrupu
Qurtlar Vadisi Pusqu seriyasının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdenər və Cüneyt Aysanın seriyaldan ayrılması nəticəsində ssenarist qrupunda baş verən boşluq Pana Qələm Qrupu ilə dolduruldu.
Pana Paylama
Beynəlxalq adı ilə "Pana Distribution", Pana Film layihələrinin ölkələrə marketinqi, bir çox ölkədə yayım hüquqlarının satışı və tədbirlərdə təmsil olunması ilə məşğul olan bölmədir.
Pana Post
Pana Film layihələrinin post-istehsalından məsul olan bölmədir.
Layihələr
Seriyallar
- Çörək qayığı (2004–2005 / Show TV )
- Qurtlar Vadisi (2004–2005 / Show TV və Kanal D )
- Qurtlar Vadisi Terror (2007 / Show TV )
- Qurtlar Vadisi Pusqu (2007–2016 / Show TV, Star TV, Atv, TNT və Kanal D )
- Ayrılıq (2007 / Show TV )
- Nazlı Yarım (2007 / Show TV )
- Həyat davam (2007 / Show TV )
- Mükəmməl bir an (2007–2008 / Show TV )
- Fesupanallah (2007 / atv )
- Makber (2009–2010 / Star TV )
- Xəlil İbrahim Süfrəsi (2010–2011 / TRT 1 )
- Bir qadın tanıdım (2011–2012 / TNT )
- Qurd Qanunu (2012 / TRT 1 )
- Kavşak (2012–2013 / TRT 1 )
- Mən onu çox sevdim (2013–2014 / atv )
- Qara qutu (2015 / Kanal D )
- Keşik (2019 / Show TV )
Filmlər
- Kurtlar Vadisi İraq (2006)
- Muro: Ləhnət olsun içimdəki insan sevgisinə (2008)
- Kurtlar Vadisi Qladio (2009)
- Kurtlar Vadisi Fələstin (2011)
- Kurtlar Vadisi Vətən (2016)
Xarici linklər
- Rəsmi veb sayt
- Facebook-da Pana Filmi .
- Twitter- də Pana Filmi .
- YouTube'da Pana Filmi .
- Instagram'da Pana Filmi .
İstinadlar
- ATV'DE SEZONUN İDDİALI DİZİSİ FESUPANALLAH YAYINDAN KALKTI!.. MEDİA RADAR. 1 Noyabr 2007. (#empty_citation)
- ‘Kurtlar Vadisi’ Fikirtepe: Raci Şaşmaz’ın borcundan dolayı Pana Film’e haciz Tikan — Yaramazlara biraz batar!. 21 dekabr 2019. (#empty_citation)
- Necati Şaşmazla illərdir küsülü olan qardaşı bütün faktları açıqladı: "Onları bağışlamayacam" — VİDEO Publika — Fasiləsiz xəbər. 2 avqust 2020.
- Pana Akademi mezun veriyor Sabah. 23 mart 2011.