Hovannes Tumanyan (erm. Հովհաննես Թումանյան; 7 (19) fevral 1869[…], Dsex, Tiflis quberniyası[…] – 23 mart 1923[…], Moskva[…]) — erməni yazıçısı və şairi, ictimai xadim. Keşiş ailəsində doğulmuşdur. Yaradıcılığa 80-ci illərin ortalarından başlamışdır. XX əsrin əvvəllərində geniş ictimai fəaliyyət göstərmiş, 1905-1907-ci illərdə milli nifaq və qırğınlara qarşı çıxmış, iki dəfə (1908 və 1911) həbs edilmişdi. 1899-cu ildə Tiflisdə erməni yazıçılarının "Vernatun" ədəbi dərnəyini yaratmış, 1912-1921-ci illərdə Qafqaz erməni yazıçıları cəmiyyətinin sədri olmuşdur. Böyük Oktyabr Sosialist inqilabını və Ermənistanda Sovet hakimiyyətinin qələbəsini alqışlamış, Ermənistana yardım komitəsinin sədri (1921-1922) olmuşdur.
Ovanes Tumanyan | |
---|---|
erm. Հովհաննես Թադևոսի Թումանյան | |
![]() | |
Doğum tarixi | 7 (19) fevral 1869[…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1923[…](54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | şair, nasir, ictimai xadim, yazıçı |
Fəaliyyət illəri | 1880–1923 |
Əsərlərinin dili | erməni dili, rus dili |
Janrlar | şeir, nağıl, ballada |
| |
![]() |
Yaradıcılığı
"Şeirlər"(1890-1892-ci il) toplusu ilə ictimaiyyətin rəğbətini qazanmışdır. "Maro"(1887), "Lorili Sako"(1889), xüsusilə "Anuş"(1890) poemalarında patriarxal kənd həyatı, xalqın ədalətsiz ictimai mühitdə faciəsi göstərilmişdir. "Ah-zar"(1890) poemasında kəndlilərin feodal zülmünə qarşı kortəbii mübarizəsindən bəhs edilir. "Şair və şeir ilahəsi"(1899, nəşri 1901) poeması poeziyanın ictimai roluna, bitməmiş "Minsəsli bülbül" nağıl-poeması fəlsəfi-estetik problemlərə həsr olunmuşdur.
Tumanyan yaradıcılığının demokratizmi, xəlqiliyi və humanizmi xalq qaynaqları ilə bağlıdır. "Tmuk qalasının alınması"(1902), "Ağtamar"(1892), "Pərvanə"(1903), "Şah və çərçi"(1917) poemalarında, nağıllarında erməni, Şərq əfsanələrindən istifadə etmişdir. "Sasunlu David" eposunun variantları əsasında eyniadlı poema yazmışdır (1902). Hekayələrində( "Gikor", "Gikosun ölümü", "Pəhriz" və s.) kəndlilərin psixologiyasını açıb göstərmişdir.
Azərbaycan və erməni xalqlarının dostluğu Tumanyanın ictimai fəaliyyətində, yaradıcılığında əhəmiyyətli yer tutur: "Əhməd"(1908), "Allah tərəfindən göndərilmiş"(1911) hekayələri, "Bir damcı bal"(1909) əfsanə-poemasını yazmışdır. Azərbaycan ədəbiyyatını və folklorunu sevmiş, onlardan bəhrələnmişdir ("Minsəsli bülbül"(1914) nağıl-poeması, "Ağılsız adam"(1891), "Çaxçax padşah", "Çəpiş"(1907), "Qoçaq Nəzər"(1908) və s. nağılları). Əsərlərində Azərbaycan sözləri, atalar sözü və zərbi-məsəlləri işlətmiş, "Əsli və Kərəm" dastanından, bayatılardan tərcümələr etmişdir. Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev ilə dost olmuşdur.
İctimai fəaliyyəti
Azərbaycan-erməni qırğınları (1905-1906) zamanı fəaliyyəti
Hovannes Tumanyan milli qırğınların qarşısını almaq, azərbaycanlıların və ermənilərin dostluğunu bərpa etmək sahəsində gördüyü işlərə yüksək vətənpərvərlik-vətəndaşlıq mövqeyindən yanaşırdı. Milli qırğın təhlükəsi artdığı zaman Hovannes Tumanyan camaatın içində olmaq və qırğınların qarşısını almaq məqsədilə əməli fəaliyyət göstərmək üçün Tiflisdən vətəni Loriyə qayıdır. Tumanyan, əldə ağ bayraq, bir dəstə adamla, Lori, Qazax, Şəmşəddin və Borçalı qəzalarının kəndlərini və obalarını addım-addım gəzir, camaatla görüşüb söhbət edir, milli qırğının mənfur mahiyyətini istər ermənilərə, istərsə də azərbaycanlılara başa salırdı. Məktubların birində o, yazırdı ki, "Əgər hər birimiz qorxub geri çəkilsək, xalqımızın vəziyyəti necə olar? O zaman qırğın daha kəskin şəkil alar və bizim yaşamağımızın xalqımız üçün bir qəpiklik dəyəri olmaz". Elə məhz buna görə də böyük şair milli dostluq uğrunda, qırğınlara qarşı mübarizə cəbhəsində apardığı fəaliyyəti erməni ədəbiyyatı qarşısındakı xidmətlərindən daha üstün tuturdu. Onun bu sözləri bu baxımdan çox əhəmiyyətlidir: "Bizim qəzalarda asayişi qorumaq və qırğınların qarşısını almaq üçün hər cür cidd-cəhd etmişəm. Bu gün mən ədəbiyyatda müəyyən bir iş gördüyümdən o qədər razı deyiləm, ancaq bir-birinə düşmən kəsilmiş xalqların qılınclarını qınlarına qoyduğuma və bir çox günahsızları bu vəhşi qırğınlardan qurtardığıma görə özümdən razıyam". Loridə o ən əvvəl camaatın iclasını çağırır, orada azərbaycanlılara qarşı vuruşmamaq qərarını çıxartdırır. Bununla yanaşı, o xalqa öz məşhur "Çağırış"ını yazır. Tumanyan orada yazırdı:
"Biz lorililər, nə hücum etmək, nə də qonşumuz türklərlə və ya başqa tərəflə dalaşmaq istəyirik. Biz sülh və sakitliyi qoruyuruq, ona görə də ağ bayraq qaldırıb, qonşumuz türkləri bizimlə birlikdə sülhü qorumağa dəvət edirik. Ağ bayrağımızı həmişə təmiz və yüksək saxlamağa and içirik. Yaşasın xalqların qardaşlığı, yaşasın halal zəhmət, yaşasın qəhrəman zəhmətkeş insan!"
"Allah tərəfindən göndərilmiş" hekayəsində Tumanyan, 1905-ci ilin payızında Loridə, qırğına yol verməmək üçün ələ aldığı tədbirlər haqqında belə deyir: "Mən öz vətənimdə, Lori dağlarında idim. Biz bir iclas etdik və qərara aldıq ki, biz lorililər qonşularımız türklərə qarşı vuruşmayırıq, çünki, hərgah qüvvətliyiksə bu vuruşma insafsızdır, zəifiksə- ağılsızlıqdır. Ağ bayraq qaldırır və bizim dağlarda və dərələrdə məhəbbəti və sülhü qorumağa çalışırıq".
1906-cı ilin yanvarın 6-da Şahəlidən Şulaverə, çar qəza rəisi N.K.Rezanova göndərdiyi məktubda Qazax sərhəddindəki hadisələr, qırğın təhlükəsi, özünün tədbirləri haqqında danışır və araqızışdıranları ifşa edirdi. O yazırdı: "Mən Sizə iki məktub yazmışam. Bilmirəm, alıbsınız ya yox. Deyirlər Qazax sərhəddində anlaşılmamazlıq baş vermiş və türklər-köçərilər oradan uzaqlaşmışlar. Mən oraya gedirəm ki, onları geri qaytaram və özləri ilə danışam. Onların içərisində başa düşən yaxşı adamlar vardır... Hər iki tərəfdə də xalq hazırlaşır və baharda böyük bədbəxtlik baş verə bilər. Biz hamımız birlikdə işləməliyik, bəlkə də gələcək fəlakətin qarşısını ala bildik". Tumanyan öz məktublarında qanlı cinayətkarlara aman verməmək tələbini irəli sürərkən, eyni zamanda cəsarətlə onların adlarını da açıq-aşkar göstərirdi.Şair xüsusən erməni mülkədarı Başbeyuk-Melikova nifrətlər yağdırır, onun qanlı hiylələrini açıb göstərirdi. Bu mülkədar iki xalqın arasında qanlı toqquşmalar törətmək məqsədilə azərbaycanlı köçərilərdən yüzədək qoyun zəbt etmişdi. Tumanyan yazırdı ki, "Axı türklər Başbeyuk-Melikovu başqa ermənilərdən fərqləndirmirlər, buna onlar borclu da deyirlər. Onlar deyirlər ermənilər bizi taladılar və məsələ qızışar". Tumanyan həmin mülkədara nifrətlər yağdıraraq deyirdi ki, "O, iki xalq arasında ancaq qorunmuş sülhü pozur, qanlı toqquşmalar törədir. O, bizi qonşularımız yanında biabır edir, axı biz onlara sərhədlərdə tam əmin-amanlıq olacağına söz vermişik. Bizim bu əyanın həmin kədərli şücaətindən hamımız da qəlbimizin dərinliklərinə qədər hiddətlənmişik".
Tumanyanın məktubunda milli qırğını qızışdırmaqda mənfur rol oynamış çar kazaklarının ünvanına da nifrətlər yağdırılır. Ölməz dramaturq Cəfər Cabbarlının "1905-ci ildə" pyesində təsvir olunan çar kazaklarının qanlı işi Tumanyanın məktubu ilə bir daha təsdiq edilir. Tumanyan göstərir ki, çar hökumətinin guya əmin-amanlığı qorumaq, qırğına yol verməmək məqsədilə qəzalara göndərdiyi kazak dəstələri əksinə, hiyləgərliklə iki xalq arasına düşmənçilik toxumu səpirlər. Malikanəsində kazaklar və silahlı nökərlər olan Başbeyuk-Melikov onların köməyi ilə azərbaycanlı köçəriləri talayır, üstəlik hökumətə şikayət də edir ki, guya onalr "Kurtik" adlanan malikanədə özbaşınalıq edərək ağacları kəsmiş, mal-qaranı otlaqlarda otarmışlar. Tumanyan bütün bu baş verənlər qarşısında yazmışdır: "Kurtik... Kurtik düz haman yerdir ki, orada kazaklar yerləşiblər. Kurtikdə meşənin ağacları kəsilməmişdir. Türk köçərilər çox sakit halda keçib getmiş, heç bir yerdə, heç kəsə əziyyət verməmişlər". Tumanyanın bütün bu səyləri nəticəsində Lori, Qazax, Şəmşəddin və Borçalıda baş verə biləcək qanlı qırğının qarşısı alınmışdır.
Həmin hadisələrin şahidlərindən biri- Armenak Tumanyan 1906-cı il may ayının 15-də Qazaxın Birana kəndinin yaxınlığında ermənilərlə azərbaycanlıların bağladıqları sülh haqqında öz xatirələrində belə yazır: "Mayın 15-də, gün təzəcə çıxan zaman Tumanyanın sərəncamı ilə biz 150 nəfər atlı, ağ bayraq qaldırıb azərbaycanlıların Xan-Bulaq binələrinə doğru yola düşdük". Sonralar, öz yoldaşlarından birinə göndərdiyi məktubunda Tumanyan yazırdı:
"Səni və bir neçə yaxın adamı tez-tez xatırlamışam. Düşünmüşəm ki, dağlarda, çiyinlərində patrondaşlar, əllərində ağ bayraq, təpədən dırnağadək silahlanmış yüzlərlə atlını görsəydiniz nə deyərdiniz, necə də gülərdiniz" "Mən sizə ermənilərin və türklərin münasibətlərindən, onların mehriban qardaşlıq əlaqələrindən o qədər təsirli hadisələr danışaram ki, təəccüb edərsiniz"
O, 1912-ci ilin fevralında Peterburq həbsxanasında olarkən öz gündəliyində bu sözləri yazmışdır:
"1905-ci ilə qədər mən öz kabinetimi ictimai, yaxud qeyri-ədəbi işlər üçün heç tərk etməmişdim. Əgər dəhşətli cəhənnəm əzabını xatırladan qırğınlar olmasaydı, 1905-ci ildə də öz ədəbi fəaliyyətimi buraxmazdım. Bu iş mənim üçün doğma xalqımın və vətənimin həyatı məsələsi idi. Xalqın tarixi və taleyi ilə bağlı bir şəxs olduğum üçün ədəbi fəaliyyətimi dayandırdım. Çünki, milli fərq qoymadan sülh yaratmaq başlıca məqsədim idi. Mən qırğınlar, yanğınlar, talan və quldurluq və dəhşətlər içərisində sülh və barışıq işi ilə məşğul idim. Bütün bu qarışıqlıq müddətində əlimdə tutduğum o ağ bayrağı heç aşağı endirməmişəm. Mən fəaliyyətimə xalq içərisində və xalqla birlikdə başlamışam"
İstinadlar
- ТУМАНЯН // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- Հայկական սովետական հանրագիտարան (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 2000.
- Туманян Ованес Тадевосович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 2.
- (az.). IX ҹилд:. : . 1986. 370. (#first_missing_last); (#first_missing_last)
- (az.). IX ҹилд: Спутник-Фронтон. : . 370.
- Yerevanlı, Əkbər. Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı (az.). Yerevan: . 1974. 11–21.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hovannes Tumanyan erm Հովհաննես Թումանյան 7 19 fevral 1869 Dsex Tiflis quberniyasi 23 mart 1923 Moskva ermeni yazicisi ve sairi ictimai xadim Kesis ailesinde dogulmusdur Yaradiciliga 80 ci illerin ortalarindan baslamisdir XX esrin evvellerinde genis ictimai fealiyyet gostermis 1905 1907 ci illerde milli nifaq ve qirginlara qarsi cixmis iki defe 1908 ve 1911 hebs edilmisdi 1899 cu ilde Tiflisde ermeni yazicilarinin Vernatun edebi derneyini yaratmis 1912 1921 ci illerde Qafqaz ermeni yazicilari cemiyyetinin sedri olmusdur Boyuk Oktyabr Sosialist inqilabini ve Ermenistanda Sovet hakimiyyetinin qelebesini alqislamis Ermenistana yardim komitesinin sedri 1921 1922 olmusdur Ovanes Tumanyanerm Հովհաննես Թադևոսի ԹումանյանDogum tarixi 7 19 fevral 1869 1869 02 19 Dogum yeri Dsex Tiflis quberniyasi Rusiya imperiyasi Vefat tarixi 23 mart 1923 1923 03 23 54 yasinda Vefat yeri Moskva Moskva quberniyasi d RSFSR SSRI Defn yeri Xocivank panteonu d Tehsili Nersisyan mektebi 1883 1887 Fealiyyeti sair nasir ictimai xadim yaziciFealiyyet illeri 1880 1923Eserlerinin dili ermeni dili rus diliJanrlar seir nagil ballada Vikianbarda elaqeli mediafayllarYaradiciligi Seirler 1890 1892 ci il toplusu ile ictimaiyyetin regbetini qazanmisdir Maro 1887 Lorili Sako 1889 xususile Anus 1890 poemalarinda patriarxal kend heyati xalqin edaletsiz ictimai muhitde faciesi gosterilmisdir Ah zar 1890 poemasinda kendlilerin feodal zulmune qarsi kortebii mubarizesinden behs edilir Sair ve seir ilahesi 1899 nesri 1901 poemasi poeziyanin ictimai roluna bitmemis Minsesli bulbul nagil poemasi felsefi estetik problemlere hesr olunmusdur Tumanyan yaradiciliginin demokratizmi xelqiliyi ve humanizmi xalq qaynaqlari ile baglidir Tmuk qalasinin alinmasi 1902 Agtamar 1892 Pervane 1903 Sah ve cerci 1917 poemalarinda nagillarinda ermeni Serq efsanelerinden istifade etmisdir Sasunlu David eposunun variantlari esasinda eyniadli poema yazmisdir 1902 Hekayelerinde Gikor Gikosun olumu Pehriz ve s kendlilerin psixologiyasini acib gostermisdir Azerbaycan ve ermeni xalqlarinin dostlugu Tumanyanin ictimai fealiyyetinde yaradiciliginda ehemiyyetli yer tutur Ehmed 1908 Allah terefinden gonderilmis 1911 hekayeleri Bir damci bal 1909 efsane poemasini yazmisdir Azerbaycan edebiyyatini ve folklorunu sevmis onlardan behrelenmisdir Minsesli bulbul 1914 nagil poemasi Agilsiz adam 1891 Caxcax padsah Cepis 1907 Qocaq Nezer 1908 ve s nagillari Eserlerinde Azerbaycan sozleri atalar sozu ve zerbi meselleri isletmis Esli ve Kerem dastanindan bayatilardan tercumeler etmisdir Celil Memmedquluzade ve Ebdurrehim bey Haqverdiyev ile dost olmusdur Ictimai fealiyyetiAzerbaycan ermeni qirginlari 1905 1906 zamani fealiyyeti Hovannes Tumanyan milli qirginlarin qarsisini almaq azerbaycanlilarin ve ermenilerin dostlugunu berpa etmek sahesinde gorduyu islere yuksek vetenperverlik vetendasliq movqeyinden yanasirdi Milli qirgin tehlukesi artdigi zaman Hovannes Tumanyan camaatin icinde olmaq ve qirginlarin qarsisini almaq meqsedile emeli fealiyyet gostermek ucun Tiflisden veteni Loriye qayidir Tumanyan elde ag bayraq bir deste adamla Lori Qazax Semseddin ve Borcali qezalarinin kendlerini ve obalarini addim addim gezir camaatla gorusub sohbet edir milli qirginin menfur mahiyyetini ister ermenilere isterse de azerbaycanlilara basa salirdi Mektublarin birinde o yazirdi ki Eger her birimiz qorxub geri cekilsek xalqimizin veziyyeti nece olar O zaman qirgin daha keskin sekil alar ve bizim yasamagimizin xalqimiz ucun bir qepiklik deyeri olmaz Ele mehz buna gore de boyuk sair milli dostluq ugrunda qirginlara qarsi mubarize cebhesinde apardigi fealiyyeti ermeni edebiyyati qarsisindaki xidmetlerinden daha ustun tuturdu Onun bu sozleri bu baximdan cox ehemiyyetlidir Bizim qezalarda asayisi qorumaq ve qirginlarin qarsisini almaq ucun her cur cidd cehd etmisem Bu gun men edebiyyatda mueyyen bir is gorduyumden o qeder razi deyilem ancaq bir birine dusmen kesilmis xalqlarin qilinclarini qinlarina qoyduguma ve bir cox gunahsizlari bu vehsi qirginlardan qurtardigima gore ozumden raziyam Loride o en evvel camaatin iclasini cagirir orada azerbaycanlilara qarsi vurusmamaq qerarini cixartdirir Bununla yanasi o xalqa oz meshur Cagiris ini yazir Tumanyan orada yazirdi Biz lorililer ne hucum etmek ne de qonsumuz turklerle ve ya basqa terefle dalasmaq isteyirik Biz sulh ve sakitliyi qoruyuruq ona gore de ag bayraq qaldirib qonsumuz turkleri bizimle birlikde sulhu qorumaga devet edirik Ag bayragimizi hemise temiz ve yuksek saxlamaga and icirik Yasasin xalqlarin qardasligi yasasin halal zehmet yasasin qehreman zehmetkes insan Allah terefinden gonderilmis hekayesinde Tumanyan 1905 ci ilin payizinda Loride qirgina yol vermemek ucun ele aldigi tedbirler haqqinda bele deyir Men oz vetenimde Lori daglarinda idim Biz bir iclas etdik ve qerara aldiq ki biz lorililer qonsularimiz turklere qarsi vurusmayiriq cunki hergah quvvetliyikse bu vurusma insafsizdir zeifikse agilsizliqdir Ag bayraq qaldirir ve bizim daglarda ve derelerde mehebbeti ve sulhu qorumaga calisiriq 1906 ci ilin yanvarin 6 da Saheliden Sulavere car qeza reisi N K Rezanova gonderdiyi mektubda Qazax serheddindeki hadiseler qirgin tehlukesi ozunun tedbirleri haqqinda danisir ve araqizisdiranlari ifsa edirdi O yazirdi Men Size iki mektub yazmisam Bilmirem alibsiniz ya yox Deyirler Qazax serheddinde anlasilmamazliq bas vermis ve turkler koceriler oradan uzaqlasmislar Men oraya gedirem ki onlari geri qaytaram ve ozleri ile danisam Onlarin icerisinde basa dusen yaxsi adamlar vardir Her iki terefde de xalq hazirlasir ve baharda boyuk bedbextlik bas vere biler Biz hamimiz birlikde islemeliyik belke de gelecek felaketin qarsisini ala bildik Tumanyan oz mektublarinda qanli cinayetkarlara aman vermemek telebini ireli surerken eyni zamanda cesaretle onlarin adlarini da aciq askar gosterirdi Sair xususen ermeni mulkedari Basbeyuk Melikova nifretler yagdirir onun qanli hiylelerini acib gosterirdi Bu mulkedar iki xalqin arasinda qanli toqqusmalar toretmek meqsedile azerbaycanli kocerilerden yuzedek qoyun zebt etmisdi Tumanyan yazirdi ki Axi turkler Basbeyuk Melikovu basqa ermenilerden ferqlendirmirler buna onlar borclu da deyirler Onlar deyirler ermeniler bizi taladilar ve mesele qizisar Tumanyan hemin mulkedara nifretler yagdiraraq deyirdi ki O iki xalq arasinda ancaq qorunmus sulhu pozur qanli toqqusmalar toredir O bizi qonsularimiz yaninda biabir edir axi biz onlara serhedlerde tam emin amanliq olacagina soz vermisik Bizim bu eyanin hemin kederli sucaetinden hamimiz da qelbimizin derinliklerine qeder hiddetlenmisik Tumanyanin mektubunda milli qirgini qizisdirmaqda menfur rol oynamis car kazaklarinin unvanina da nifretler yagdirilir Olmez dramaturq Cefer Cabbarlinin 1905 ci ilde pyesinde tesvir olunan car kazaklarinin qanli isi Tumanyanin mektubu ile bir daha tesdiq edilir Tumanyan gosterir ki car hokumetinin guya emin amanligi qorumaq qirgina yol vermemek meqsedile qezalara gonderdiyi kazak desteleri eksine hiylegerlikle iki xalq arasina dusmencilik toxumu sepirler Malikanesinde kazaklar ve silahli nokerler olan Basbeyuk Melikov onlarin komeyi ile azerbaycanli kocerileri talayir ustelik hokumete sikayet de edir ki guya onalr Kurtik adlanan malikanede ozbasinaliq ederek agaclari kesmis mal qarani otlaqlarda otarmislar Tumanyan butun bu bas verenler qarsisinda yazmisdir Kurtik Kurtik duz haman yerdir ki orada kazaklar yerlesibler Kurtikde mesenin agaclari kesilmemisdir Turk koceriler cox sakit halda kecib getmis hec bir yerde hec kese eziyyet vermemisler Tumanyanin butun bu seyleri neticesinde Lori Qazax Semseddin ve Borcalida bas vere bilecek qanli qirginin qarsisi alinmisdir Hemin hadiselerin sahidlerinden biri Armenak Tumanyan 1906 ci il may ayinin 15 de Qazaxin Birana kendinin yaxinliginda ermenilerle azerbaycanlilarin bagladiqlari sulh haqqinda oz xatirelerinde bele yazir Mayin 15 de gun tezece cixan zaman Tumanyanin serencami ile biz 150 nefer atli ag bayraq qaldirib azerbaycanlilarin Xan Bulaq binelerine dogru yola dusduk Sonralar oz yoldaslarindan birine gonderdiyi mektubunda Tumanyan yazirdi Seni ve bir nece yaxin adami tez tez xatirlamisam Dusunmusem ki daglarda ciyinlerinde patrondaslar ellerinde ag bayraq tepeden dirnagadek silahlanmis yuzlerle atlini gorseydiniz ne deyerdiniz nece de gulerdiniz Men size ermenilerin ve turklerin munasibetlerinden onlarin mehriban qardasliq elaqelerinden o qeder tesirli hadiseler danisaram ki teeccub edersiniz O 1912 ci ilin fevralinda Peterburq hebsxanasinda olarken oz gundeliyinde bu sozleri yazmisdir 1905 ci ile qeder men oz kabinetimi ictimai yaxud qeyri edebi isler ucun hec terk etmemisdim Eger dehsetli cehennem ezabini xatirladan qirginlar olmasaydi 1905 ci ilde de oz edebi fealiyyetimi buraxmazdim Bu is menim ucun dogma xalqimin ve vetenimin heyati meselesi idi Xalqin tarixi ve taleyi ile bagli bir sexs oldugum ucun edebi fealiyyetimi dayandirdim Cunki milli ferq qoymadan sulh yaratmaq baslica meqsedim idi Men qirginlar yanginlar talan ve quldurluq ve dehsetler icerisinde sulh ve barisiq isi ile mesgul idim Butun bu qarisiqliq muddetinde elimde tutdugum o ag bayragi hec asagi endirmemisem Men fealiyyetime xalq icerisinde ve xalqla birlikde baslamisam IstinadlarTUMANYaN Bolshaya rossijskaya enciklopediya rus Moskva Bolshaya rossijskaya enciklopediya 2004 Հայկական սովետական հանրագիտարան erm red Վ Համբարձումյան Կ Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն 2000 Tumanyan Ovanes Tadevosovich Bolshaya sovetskaya enciklopediya rus v 30 t 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Հայկական համառոտ հանրագիտարան erm Հայկական հանրագիտարան հրատարակչություն 1990 C 2 az IX ҹild 1986 370 first missing last first missing last az IX ҹild Sputnik Fronton 370 Yerevanli Ekber Hovannes Tumanyan ve Azerbaycan edebiyyati az Yerevan 1974 11 21 Xarici kecidler