Osman Ərbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 1962, Yerkənd[d], Yozğad ili – 4 mart 2021, Tatvan[d], Bitlis vilayəti) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri. General-leytenant.
Osman Ərbaş | |
---|---|
türk. Osman Erbaş | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Osman Ərbaş Paşa |
Doğum adı | Osman Ərbaş |
Doğum tarixi | 1962 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 mart 2021 |
Vəfat yeri |
|
Vəfat səbəbi | AS532 vertolyotunun qəzası |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşağı | İgidalp Ərbaş |
Anası | Cəmilə Ərbaş |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Türkiyə Silahlı Qüvvələri |
Qoşun növü | Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1983—2021 |
Rütbə | General-leytenant |
Həyatı
Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi məmləkətində oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu.
Ailəsi
Evli idi. 2 övladı yadigar qaldı. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir.
Hərbi xidməti
Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir.
Ərbaş, 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
15 İyul çevriliş cəhdi zamanı şəhid olan polis və əsgərlərin dəfnində etdiyi danışmada çevrilişçilərə reaksiya göstərərək:
"Türk əsgəri qatil deyil.. Onlar Türk əsgəri deyil qatildirlər!! Türk əsgəri vətəndaşını öldürməz.. Vətəndaşına qurşun sıxmaz!!” |
demiş və şəhid ailələrini qucaqlayıb təsəlli etmişdir.
General-leytenant Osman Ərbaş, YAŞ qərarı ilə Elazığ 8-ci Ordu Korpusu komandirliyinə təyin edilmişdi.
General-leytenant Ərbaş təxminən 5 ildir Elazığ 8-ci Ordu Korpusu komandirliyini icra edirdi. Ərbaşın növbəti YAŞ toplantısında Dörd ulduzlu general vəzifəsinə yüksəlməsi gözlənilirdi.
Ölümü
4 mart 2021-ci ildə Bingöldən havaya qalxan Türkiyə Quru Qoşunlarına məxsus Eurocopter Cougar tipli helikopterin Bitlis Tatvan sərhədlərində qalxdıqdan təxminən 30 dəqiqə sonra qəzaya uğraması nəticəsində öldü. Helikopterdəki 11 hərbi qulluqçu öldü, 2'si isə yaralandı.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- https://www.hurriyet.com.tr/amp/kelebek/televizyon/sehit-korgeneral-osman-erbas-kimdir-kolordu-komutani-korgeneral-osman-erbasin-biyografisi-41755399
- "Şehit Korgeneral Osman Erbaş kimdir?". Sabah ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- https://www.mardinlife.com/sehit-korgeneral-osman-erbas-kimdir-nerelidir-kac-yasinda.html
- https://www.yozgatgazetesi.com/guncel/hemsehrimiz-korgeneral-osman-erbas-annesini-kaybetti-136362.html
- "Şehit Korgeneral Osman Erbaş kimdir?". NTV ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Şehit Osman Erbaş kimdir, kaç yaşında? 8. Kolordu Komutanı Korgeneral Osman Erbaş kim, aslen nerelidir, görev yeri nerede". Akşam ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Bitlis'te şehit olan Korgeneral Osman Erbaş, darbecilere bu sözlerle tepki göstermişti". Sabah ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Osman Erbaş kimdir, kaç yaşında? Bitlis'te şehit olan 8. Kolordu Komutanı Korgeneral Osman Erbaş özgeçmiş!". CNN Türkiye ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Çocuklar gibi şendik komutanım…". TRT ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Osman Erbaş kimdir, kaç yaşındaydı? Şehit 8. Kolordu Komutanı Korgeneral Osman Erbaş biyografisi". Haber Türkiye ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Osman Erbaş Kimdir?". Kamupress ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Bitlis'te helikopter düştü, 11 şehit!". Cumhuriyet ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- "Bitlis'te askeri helikopter düştü: 11 askerimiz şehit, 2 askerimiz de yaralı". Haberler ( (türk.)). 04.03.2021. İstifadə tarixi: 04.03.2021.
- https://axar.az/news/planet/542526.html
Xarici keçidlər
- Cumhurbaşkanı Erdoğan’dan şehit Korgeneral Erbaş’ın oğluna taziye telefonu (türk.)