Nurlan Cumaqulu oğlu Bətpenov (qaz. Нұрлан Жұмағұлұлы Бәтпенов; 29 avqust 1949 – 15 iyul 2020) — qazaxıstanlı alim, travmatoloq-ortoped, tibb elmləri doktoru (1997), professor, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü. O, Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun (2001-ci ildən) qurucusu və ilk direktoru, həmçinin Qazaxıstan Travmatoloq-Ortopedlər Assosiasiyasının prezidenti olmuşdur.
Nurlan Bətpenov | |
---|---|
qaz. Нұрлан Жұмағұлұлы Бәтпенов | |
Doğum tarixi | 29 avqust 1949 |
Vəfat tarixi | 15 iyul 2020 (70 yaşında) |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları | ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Həyatı
Nurlan Cumaqulu oğlu Bətpenov 29 avqust 1949-cu ildə Qazaxıstanın Molotov rayonunun Balkaşino kəndində anadan olub. 1952-ci ildə valideynləri ilə birlikdə Akkol şəhərinə köçüb, 2 nömrəli Akkol şəhər orta məktəbində təhsil alıb. O, 1972-ci ildə Tselinoqrad Dövlət Tibb İnstitutundan məzun olub və daha sonra Tselinoqrad vilayət kliniki xəstəxanasının travmatologiya və ortopediya şöbəsində həkim-ordinator kimi fəaliyyət göstərib.
Bətpenov Moskvadakı N. N. Priorov adına Travmatologiya və Ortopediya Mərkəzi İnstitutunun aspiranturasında "Çoxsaylı və kombinəolunmuş travmalar zamanı qollarda diafizar və metafizar sınıqların müalicəsi" mövzusunda namizədlik dissertasiyası, daha sonra 1996-cı ildə "Böyük oynaqlarda deformasiyalı artrozdan əziyyət çəkən xəstələrdə davamlı remissiya şəraitində müalicə sisteminin işlənməsi" mövsusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, 1972–1976-cı illərdə Tselinoqrad vilayət kliniki xəstəxanasının travmatologiya və ortopediya şöbəsində ordinator-həkim, 1976–1991-ci illərdə isə Tselinoqrad Dövlət Tibb İnstitutunun (daha sonra Akmola Tibb Akademiyası adlanıb) travmatologiya, ortopediya və hərbi sahə cərrahiyyəsi kafedrasının assistenti kimi fəaliyyət göstərib. 1991–1998-ci illərdə Akmola Tibb Akademiyasının iqtisadi məsələlər üzrə prorektoru, 1998–2001-ci illərdə isə tədris və iqtisadi işlər üzrə birinci prorektoru olub.
Nurlan Bətpenov 9 fevral 2001-ci ildən etibarən Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun direktoru olub. O, 2002-ci ildən təsisçisi olduğu "Travmatologiya və ortopediya" (qaz. Травматология және ортопедия) jurnalının baş redaktoru, həmçinin Beynəlxalq Neyrocərrahiyyə, Ortopediya və Travmatologiya Cəmiyyətinin (ing. Société Internationale de Chirurgie Orthopédique et de Traumatologie – SICOT) üzvüdür.
Nurlan Bətpenov 15 iyul 2020-ci ildə Astanada vəfat etmiş və Astana şəhər qəbiristanlığında (müsəlmanlar üçün ayrılmış sahədə) dəfn olunmuşdur.
Elmi fəaliyyəti
Professor Nurlan Bətpenovun 770-dən çox çap olunmuş elmi əsəri var və bunlara 12 monoqrafiya, "Sümük çanağının ümumi endoprotezləşmə sistemi" adlı üç dildə hazırlanmış kataloq, 32 tədris və metodik vəsait, 60-dan çox müəlliflik şəhadətnaməsi və patent daxildir. Onun rəhbərliyi ilə 6 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə olunub.
Onun hazırladığı "Kaз НИИТО" adlı yeni çanaq endoprotezi modeli hal-hazırda Almaniyada istehsal olunur və Qazaxıstanda Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda və tibbi təşkilatlarda aktiv şəkildə istifadə olunur.
Xatirəsi
3 noyabr 2022-ci ildə Astana şəhərində Nurlan Bətpenovun xatirə büstünün açılışı olub.
Təltif və fəxri adları
Fəxri adları
- Qazaxıstanın əməkdar xadimi
- Akkol rayonunun fəxri vətəndaşı (2015)
Dövlət ordenləri və medalları
- Əl-Fərabi adına Qazaxıstan Respublikasının Dövlət Mükafatı (2015)
- "" (15 dekabr 2015-ci il)
- "" (15 dekabr 2011-ci il)
- "Əməkdə fərqlənməyə görə" medalı (Qazaxıstan).
- "Qazaxıstanın müstəqilliyinin 10 illiyi" yubiley medalı (2001)
- "Astana şəhərinin 10 illiyi" yubiley medalı (2008)
- "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" yubiley medalı (2011)
- "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi" yubiley medalı (2016)
- "Nur Otan" partiyasının "Fəal fəaliyyətinə görə" medalı
- SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı.
- "SSRİ ixtiraçısı" döş nişanı
- Qazaxıstan Respublikasınnı Milli Tibb Assosiasiyasının "Altın Dəricər" döş nişanı
İstinadlar
- БАТПЕНОВ Нурлан Джумагулович — Доктор медицинских наук, профессор.
- "Памятник легендарному врачу Нурлану Батпенову открыли в Астане". www.inform.kz. 2022-11-03. 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
- "Нурсултан Назарбаев вручил премии ведущим казахстанским ученым 14 декабря 2015 года". 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- "Президент РК наградил лауреатов госпремии 2015 года в области науки и техники". 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- "Лауреаты Государственной премии Республики Казахстан в области науки и техники". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
- "Вручены государственные награды 2011 года". 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- "Накануне 20-летия Независимости страны Глава государства Нурсултан Назарбаев вручил в Акорде государственные награды Республики Казахстан". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nurlan Cumaqulu oglu Betpenov qaz Nurlan Zhumagululy Bәtpenov 29 avqust 1949 15 iyul 2020 qazaxistanli alim travmatoloq ortoped tibb elmleri doktoru 1997 professor Qazaxistan Milli Elmler Akademiyasinin uzvu O Qazaxistan Respublikasinin Sehiyye Nazirliyinin Travmatologiya ve Ortopediya Elmi Tedqiqat Institutunun 2001 ci ilden qurucusu ve ilk direktoru hemcinin Qazaxistan Travmatoloq Ortopedler Assosiasiyasinin prezidenti olmusdur Nurlan Betpenovqaz Nurlan Zhumagululy BәtpenovDogum tarixi 29 avqust 1949 1949 08 29 Vefat tarixi 15 iyul 2020 2020 07 15 70 yasinda Elmi derecesi tibb elmleri doktoruElmi adi professorTehsili Astana Tibb UniversitetiMukafatlariHeyatiNurlan Cumaqulu oglu Betpenov 29 avqust 1949 cu ilde Qazaxistanin Molotov rayonunun Balkasino kendinde anadan olub 1952 ci ilde valideynleri ile birlikde Akkol seherine kocub 2 nomreli Akkol seher orta mektebinde tehsil alib O 1972 ci ilde Tselinoqrad Dovlet Tibb Institutundan mezun olub ve daha sonra Tselinoqrad vilayet kliniki xestexanasinin travmatologiya ve ortopediya sobesinde hekim ordinator kimi fealiyyet gosterib Betpenov Moskvadaki N N Priorov adina Travmatologiya ve Ortopediya Merkezi Institutunun aspiranturasinda Coxsayli ve kombineolunmus travmalar zamani qollarda diafizar ve metafizar siniqlarin mualicesi movzusunda namizedlik dissertasiyasi daha sonra 1996 ci ilde Boyuk oynaqlarda deformasiyali artrozdan eziyyet ceken xestelerde davamli remissiya seraitinde mualice sisteminin islenmesi movsusunda doktorluq dissertasiyasini mudafie edib O 1972 1976 ci illerde Tselinoqrad vilayet kliniki xestexanasinin travmatologiya ve ortopediya sobesinde ordinator hekim 1976 1991 ci illerde ise Tselinoqrad Dovlet Tibb Institutunun daha sonra Akmola Tibb Akademiyasi adlanib travmatologiya ortopediya ve herbi sahe cerrahiyyesi kafedrasinin assistenti kimi fealiyyet gosterib 1991 1998 ci illerde Akmola Tibb Akademiyasinin iqtisadi meseleler uzre prorektoru 1998 2001 ci illerde ise tedris ve iqtisadi isler uzre birinci prorektoru olub Nurlan Betpenov 9 fevral 2001 ci ilden etibaren Qazaxistan Respublikasinin Sehiyye Nazirliyinin Travmatologiya ve Ortopediya Elmi Tedqiqat Institutunun direktoru olub O 2002 ci ilden tesiscisi oldugu Travmatologiya ve ortopediya qaz Travmatologiya zhәne ortopediya jurnalinin bas redaktoru hemcinin Beynelxalq Neyrocerrahiyye Ortopediya ve Travmatologiya Cemiyyetinin ing Societe Internationale de Chirurgie Orthopedique et de Traumatologie SICOT uzvudur Nurlan Betpenov 15 iyul 2020 ci ilde Astanada vefat etmis ve Astana seher qebiristanliginda muselmanlar ucun ayrilmis sahede defn olunmusdur Elmi fealiyyetiProfessor Nurlan Betpenovun 770 den cox cap olunmus elmi eseri var ve bunlara 12 monoqrafiya Sumuk canaginin umumi endoprotezlesme sistemi adli uc dilde hazirlanmis kataloq 32 tedris ve metodik vesait 60 dan cox muelliflik sehadetnamesi ve patent daxildir Onun rehberliyi ile 6 doktorluq ve 20 namizedlik dissertasiyasi mudafie olunub Onun hazirladigi Kaz NIITO adli yeni canaq endoprotezi modeli hal hazirda Almaniyada istehsal olunur ve Qazaxistanda Travmatologiya ve Ortopediya Elmi Tedqiqat Institutunda ve tibbi teskilatlarda aktiv sekilde istifade olunur Xatiresi3 noyabr 2022 ci ilde Astana seherinde Nurlan Betpenovun xatire bustunun acilisi olub Teltif ve fexri adlariFexri adlari Qazaxistanin emekdar xadimi Akkol rayonunun fexri vetendasi 2015 Dovlet ordenleri ve medallari El Ferabi adina Qazaxistan Respublikasinin Dovlet Mukafati 2015 Parasat ordeni 15 dekabr 2015 ci il Kurmet ordeni 15 dekabr 2011 ci il Emekde ferqlenmeye gore medali Qazaxistan Qazaxistanin musteqilliyinin 10 illiyi yubiley medali 2001 Astana seherinin 10 illiyi yubiley medali 2008 Qazaxistan Respublikasinin musteqilliyinin 20 illiyi yubiley medali 2011 Qazaxistan Respublikasinin musteqilliyinin 25 illiyi yubiley medali 2016 Nur Otan partiyasinin Feal fealiyyetine gore medali SSRI Xalq Teserrufati Nailiyyetleri Sergisinin burunc medali SSRI ixtiracisi dos nisani Qazaxistan Respublikasinni Milli Tibb Assosiasiyasinin Altin Dericer dos nisaniIstinadlarBATPENOV Nurlan Dzhumagulovich Doktor medicinskih nauk professor Pamyatnik legendarnomu vrachu Nurlanu Batpenovu otkryli v Astane www inform kz 2022 11 03 2022 11 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 11 06 Nursultan Nazarbaev vruchil premii vedushim kazahstanskim uchenym 14 dekabrya 2015 goda 2019 09 03 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 09 05 Prezident RK nagradil laureatov gospremii 2015 goda v oblasti nauki i tehniki 2016 06 22 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 09 05 Laureaty Gosudarstvennoj premii Respubliki Kazahstan v oblasti nauki i tehniki 2021 05 09 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 06 06 Vrucheny gosudarstvennye nagrady 2011 goda 2019 12 07 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 09 05 Nakanune 20 letiya Nezavisimosti strany Glava gosudarstva Nursultan Nazarbaev vruchil v Akorde gosudarstvennye nagrady Respubliki Kazahstan 2020 01 30 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 09 05