Nohurqışlaq
Nohurqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 6 kilometr cənub-şərqdə Alazan Həftəran vadisində yerləşir. Əhalisinin sayı 2600 nəfərdir. Nohur göl ətrafındakı Sahil pansionatı kəndin yaxınlığındadır. Pansionatda çalışanların əksəriyyəti Nohurqışlaq sakinləridir. Mühüm təsərrüfat əhəmiyyəti olan Nohur göl 1950-ci ildə istifadəyə verilib.
Nohurqışlaq | |
---|---|
40°56′46″ şm. e. 47°53′26″ ş. u. | |
Ölkə | Azərbaycan |
Tabesində | Qəbələ rayonu |
İqtisadi rayon | Şəki-Zaqatala iqtisadi rayonu |
Bələdiyyə Sədri | Nizami İbrahimov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 30 avqust 1930 |
Mərkəzin hündürlüyü | 658 m |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | Azərbaycanlılar |
Dini tərkibi | müsəlmanlar |
Rəsmi dili | Azərbaycanca |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 24 |
Poçt indeksi | AZ3632 |
Nəqliyyat kodu | 36 |
Rəsmi rəsmi_saytı (azərb.) | |
Tarixi
Nohurqışlaq kəndinin tarixi çoxda qədim deyil hardasa XVII əsrlərin sonu XVIII əsrin əvvəllərinə gedir. Kənd ərazisi əvvəllər qışlaq kimi istifade olunub sonralar isə əhali oturaq həyat sürməyə başlayıb. Kəndin adi isə Nohur ətrafinda qışlaq olduğuna görə Nohurqışlaq adlandırılıb. Udinlər Qafqaz Albaniyasının xalqlarından biri sayılır.
Coğrafiyası və iqlimi
Nohurqışlaq kəndi rayon mərkəzindən şimal-şərqdə yeləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ile şərqdən Vəndam çayı və meşə massivi ilə cənubdan Tüntül kəndi qərbdən ise Dəmir aparan çayı ilə əhatə olunmuşdur. Nohurqışlaq kəndi rayon mərkəzindən 6 kilometr cənub-şərqdə Alazan Həftəran vadisindədir.
Toponimikası
Nohurqışlaq oyk., mür. Qəbələ r-nunun Tüntül i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. XIX əsrə aid məlumata görə, həmin r-nun Vəndam kəndindən çıxmış ailələrin XIX əsrin ortalarında Nohurqışlaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Nohurqışlaq isə Dəmiraparan və Vəndam çaylarının daşqın sularından və yeraltı sulardan qidalanan böyük su anbarının adıdır. Pambıq tarlalarım suvarmaq üçün anbarın suyu xüsusi kanalla Göyçay çayına axıdılır. Toponim “qışlaqda olan göl” mənasındadır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 3041 nəfər əhali yaşayır.
Təhsil
Nohurqışlaq kəndində bir orta məktəb və bir uşaq bağçası var. 2011-ci ildə Nohurqişlaq kənd orta məktəbi respublika üzrə ilin məktəbi seçilib. Məktəbin yetirmələrindən indiyə kimi bir elimlər doktoru və ondan çox elimlər namizədi vardır. 2014 cü ildə qızıl medala layiq görünən şagirdidə var.
Mədəniyyət
Mühüm təsərrüfat əhəmiyyəti olan bu göl 1950-ci ildə istifadəyə verilib. Kənd yolunu Qəbələ-İsmayıllı magistral xətti ilə birləşdirən 2,5 km uzunluğunda hissəsinə asfalt vurulub. Əhalinin içməli su ilə təmin olunması üçün artezian quyusu qazılıb, digərinə 25 tonluq su çəni qoyulub və 120 ailəyə su xətti cəkilib.
Kənddə müasir avadanlıqla təhciz olunmuş 480 nəfərlik yeni məktəb binası istifadəyə verilib. 2008-ci ildə gənclərə yeni tikilmiş stadion da hədiyyə edilib. 256 nömrə tutumlu ATS quraşdırılıb. Bu kənddin əksəriyəti qoyun və maldarlila məşqul olurlar. Burda yaşayanlar cox mehriban və zəhmetkeş insanlardir.
Din
Kənddə Nohurqışlaq kənd məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
Xarici keçidlər
- İnzibati Ərazi Vahidləri 2017-07-29 at the Wayback Machine
İstinadlar
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (azərb.)
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |