Nəsir İmanquliyev
Nəsir Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — Azərbaycan jurnalisti, elm xadimi və ictimai xadim, Azərbaycan SSR əməkdar jurnalisti (1990), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1976).
Nəsir İmanquliyev | |
---|---|
Nəsrulla Əsədulla oğlu İmanquliyev | |
Digər adı | Nəsrulla İmanquliyev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Qafqaz canişinliyi, Rusiya İmperiyası |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya İmperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Uşağı | |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Həyatı
22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayır. Tələbəlik illərində "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində çalışır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilir, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi çalışır, həmçinin hərbi hissədə tərcüməçi kimi kömək edir.
Bir il sonra Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilir, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görür. 1947-ci ildə o, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
1958-ci ildə Nəsir İmanquliyev "Bakı" qəzetini yaradır və 10 yanvar 1958-ci il tarixində qəzetin ilk nömrəsi işıq üzü görür. 1963-cü ildə isə "Баку" qəzeti rus dilində fəaliyyətə başlayır. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.
Nəsir İmanquliyev uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, müəllim, dosent, professor olmuşdur. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində aktiv iştirak etmişdir. Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Nəsir İmanquliyev Balahəsənli bəylərindən olan Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuş və bu evlilikdən onların yeganə qız övladı, görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdir. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır.
2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 29 dekabr 1971
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 19 mart 1976
- "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 4 may 1990
Xarici keçidlər
- "Mətbuat Fədaisi" Sənədli film.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, Əməkdar jurnalist NƏSİR İMANQULİYEV (PDF).
- ↑ http://anl.az/el/emb/NESIR_Imanquliyev/haqqinda/kitab/N.I.-100.pdf
- http://pda.1news.az/articles.php?sec_id=4&item_id=20111210015846159 Arxivləşdirilib 2012-07-14 at Archive.today Состоялась конференция по случаю 100-летнего юбилея корифея национальной печати Насира Имангулиева
- http://www.azxeber.com/news/10991.htm Nəsir İmanquliyevin 100 illik yubileyi ilə əlaqədar konfrans keçirildi
- http://www.adam.az/az.php?misc=search&subaction=showfull&id=1215261600&archive=&cnshow=news&ucat=8,37&start_from=&go=search Arxivləşdirilib 2012-07-31 at Archive.today Aida İmanquliyeva