Wikipedia
Nəcməddin Sadıkov
Nəcməddin Hüseyn oğlu Sadıkov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik.
Nəcməddin Sadıkov | |
---|---|
Sələfi | Nurəddin Sadıqov |
Xələfi | Kərim Vəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 may 1956 (65 yaş) |
Doğum yeri | |
Hərbi xidmət | |
Rütbəsi | |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
General-polkovnik Sadıkov Nəcməddin Hüseyn oğlu 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir.
Təhsili
- 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib;
- 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib;
- 1991-ci ildə Sovet İttifaqı Marşalı B.M.Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib;
Fəaliyyəti
- 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib;
- 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib;
- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib;
- Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb;
- Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib;
- Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N.Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür.
- 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Ailəsi
Ailəlidir, 3 övladı var.
Təltifləri
- "Azərbaycan Bayrağı" ordeni — 04.04.1995
- "Vətən uğrunda" medalı — 24.06.2003
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21.06.2007
- "Hərbi xidmətlərə görə" medalı — 26.06.2009
- "Azərbaycan Bayrağı" ordeni — 19.04.2016
- I dərəcəli "Rəşadət" ordeni — 25.06.2018
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı — 27.05.2019
İstinadlar
- President.az (25 iyun 2018). "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"(azərb.). president.az. İstifadə tarixi: 28 iyun 2018.
- AR Müdafiə Nazirliyi
- Azərbaycan Müdafiə Nazirliyi: "Nəcməddin Sadıkov ehtiyata buraxılıb"
- "Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov ordu sıralarından ehtiyata buraxılıb". Meydan TV ( (az.)). 28.01.2021.
- AR Müdafiə Nazirliyi