fbpx
Wikipedia

Məhəbbət əfsanəsi (balet, 1961)

Bu məqalə "Məhəbbət əfsanəsi" baleti haqqındadır. Digər mənalar üçün Məhəbbət əfsanəsi (dəqiqləşdirmə) səhifəsinə baxın.

"Məhəbbət əfsanəsi"Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti.

Məhəbbət əfsanəsi

Baletin DVD versiyasının üz qabığı
Tipi Klassik balet
Bəstəkar Arif Məlikov
Librettist Nazim Hikmət
Xoreoqraf Yuri Qriqoroviç
Yaradılıb Fərhad və Şirin əfsanəsi əsasında
Premyera

1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir"

Quruluşu

 
Qazaxıstan poçt markası, 2009

"Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir.

Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y.Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur. Lakin burada da keçmişin unudulmuş yaxşı bir ənənəsini görmək çətin deyil. V.Krasovskayanın yazdığı kimi: "Baletmeysterlə birgə iş zamanı Məlikov musiqisinin hər bir epizodu xoreoqrafiyaya elə dəqiq uyğunlaşdırıldı, elə ölçülüb-biçildi ki, nömrələrin musiqi-xoreoqrafik vəhdətdə bu tərz uzlaşmasını vaxtilə Çaykovski-Petipanın "Yatmış gözəl"i nümayiş etdirmişdi. Bu cəhətdən gənc bəstəkarın bəxti gətirdi. Çünki ondan hazır musiqi alıb, bu musiqiyə yeni süjet calamadılar. Ona ürəyi istədiyi kimi yazmaq təklifi etmədilər ki, fəqət sonra, hər şeyi özlərinə lazım olan tövr dəyişsinlər. "Məhəbbət əfsanəsində" Qriqoroviç proqrama arxalanır və Məlikovun da bu proqrama sadiq qalmasını təkid edirdi".

Öz növbəsində Qriqoroviçin arxalandığı libretto-ədəbi mənbə də son dərəcə əlverişli idi və mübaliğəsiz demək olar ki, baletdə müşahidə edilən bir sıra maraqlı yenilik və tapıntıları çox aydın şəkildə özündə təzahür etdirirdi.

Y.Qriqoroviçin məhz Nazim Hikmət pyesi əsasında öz yeni ideyalarını açmaq istəyi şübhəsiz ki, təsadüfi deyildi. Bu, yalnız N. Hikmət pyesinin dərin, fəlsəfi məzmunundan irəli gəlmirdi. Məsələ burasındadır ki, əksər halda keçmiş əsrlərin dramaturq və şairlərinin məşhur əsərlərinə istinad edən bəstəkarlardan və habelə baletmeyster -həmkarlarından fərqli olaraq, Qriqoroviç öz novator niyyətlərinin münbit zəminini müasir dramaturqun, yəni yaradıcılığında XX əsrin ədəbi və teatr məkanındakı avanqard təmayülləri və cərəyanları məharətlə təcəssüm etdirmiş böyük türk şairi və dramaturqu Nazim Hikmətin əsərində tapmışdı.

Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi rus dilində 1952-ci ildə "Novıy mir" jurnalının dekabr nömrəsində dərc olunmuşdu. Əsər çox tezliklə teatr ictimaiyyətinin nəzər-diqqətini cəlb etdi və geniş oxucu kütləsinin rəğbətini qazandı. Bir neçə ildən sonra isə gənc baletmeyster Yuri Qriqoroviç gənc bəstəkar Arif Məlikov və bu pyes əsasında balet tamaşası yaratmaq qərarına gəldilər.

N.Hikmət pyesi yazarkən məşhur rəvayətin ona daha yaxın olan türk variantından istifadə etmişdi. Belə ki, bu variantda Şirin hökmdar deyil, Arzen şəhərinin şahı olan – Məhmənə Banunun bacısıdır. Hikmət rəvayətə çox yeniliklər əlavə edib, bəzi yerlərdə fabulanı tamamilə dəyişmişdir. Üç əsas iştirakçıdan başqa dramın bütün qalan personajları yenidir Şirinin xəstələnməsi, Naməlum adamın gəlişi, onun üç şərti və Məhmənə Banunun gözəlliyini qurban verməsi - bütün bu hadisələr Hikmət tərəfindən daxil edilmişdir.

"Fərhad və Şirin" haqqında rəvayəti ölməz poemalarında əks etdirmiş dahi sələflərindən fərqli olaraq, N.Hikmət öz ideyasını oxucu, tamaşaçı şüuruna didaktik tərzdə yeritmir: bu ideya dramın inkişaf xəttindən doğur, onun məğzini təşkil edir. N.Hikmət öz qarşısına dərin problemlər qoyaraq dramaturji inkişafı etik-əxlaqi, mənəvi kateqoriyalar axınına keçirir. Pyesdə ideal-harmonik obrazlar yoxdur. Qədim rəvayəti müasir dramaturgiya vasitələri ilə şərh edən Nazim Hikmət çox mürəkkəb, ziddiyyətli xarakterlər yaradır, həssas bir psixoloq kimi hər bir obrazın dərin psixoloji aləmini məharətlə açır. Müəllif qarşısına qoyduğu məqsəd barədə belə yazırdı: "Mən Fərhad haqqında qədim rəvayəti yaradıcılıqla işləyib, əfsanə formasında insanın əsas xüsusiyyətlərindən biri – sevmək və öz məhəbbəti uğrunda mübarizə aparmaq bacarığını əks etdirmək istəyirdim. Mən insan məhəbbətinin ən yüksək təzahürünü – vətənə və xalqa məhəbbətini təsvir etmək istəyirdim".

Nazim Hikmət elə bir vəziyyət yaradır ki, qəhəmanların hər biri ağır seçin sınaq, məhəbbət və borcun qarşılaşması, ixtilafı qəhrəmanların əməllərinin mənəvi-əxlaqi qiymətində meyara çevrilir və ilk belə əməl sahibi Məhmənəbanudur. Onun göstərdiyi nümunə məhəbbətlə "idarə olunan" digər qəhrəmanların əməllərində əks-səda tapır və beləliklə, məhəbbət dramaturgiyanın hərəkətverici amilinə çevrilir.

3 pərdə və 6 şəkildən ibarət pyesin hər bir şəklində "məhəbbət nədir" sualına cavab var. Müəllif sadədən mürəkkəbə doğru gedərək hər yeni pərdədə tapdığı cavabının nisbiliyini göstərir, hər sonrakı şəkildə bu cavabı mürəkkəbləşdirir, dəqiqləşdirir, tamamlayır.

Pyesin 1950-ci ildə şairin yoldaşları tərəfindən Fransadan Moskvaya göndərilmiş nüsxəsində belə bir sərlövhə var: "Dramatik poema, kino-ssenari və ya opera librettosu". Artıq o vaxt Hikmət bu əsəri musiqi dilinə çevirmək arzusunda idi. Təsadüfi deyil ki, bəzi səhnələrdə müəllif musiqinin, hətta həlledici rol oynamasını xüsusi qeyd edir. Məsələn, II şəkildə Fərhad və Şirinin məhəbbət səhnəsində Hikmət "daxili səslər" üsulundan istifadə edərək, onun yeni imkanlarını açır. Yazıçı məhəbbətin insana bağışladığı ən böyük bəxşişi – sözsüz anlamaq bacarığını nümayiş etdirir. Ilk görüşdə Fərhad və Şirin uzun müddət bir-birinə baxır və susurlar. Lakin onların fikirləri tez-tez əvəzlənir, düşüncələr sanki əks tərəfdən bir-birinə yönəlir və nəhayət qovuşur.

Səhnənin quruluşu lirik dueti, adajionu xatırladır. Müəllifin fikrincə o, mütləq musiqi ilə müşayiət olunmalıdır. Həm Fərhad, həm də Şirin əvvəlcə müxtəlif, sonra isə bir-birini təkrarlayan və nəticədə vahid melodiyada qovuşan musiqi xasiyyətnamələrinə malik olmalıdır.

N.Hikmətin pyesdə arxalandığı monoloq və "daxili səslər" üsulu balet dramaturgiyası üçün çox perspektivli olmuşdur. Bəstəkar və baletmeyster bu üsulların musiqi və səhnədə inikası üçün maraqlı və uyarlı vasitələr tapmışdırlar. Bu baxımdan "daxili səslər" üsulu barədə xüsusi danışmaq lazımdır. Deyilən üsul artıq pyesin I şəklində təzahür edir. Burada hamı demək olar ki, susur. Lakin tamaşaçı qəhrəmanların nə fikirləşdiyini yaxşı eşidir. Belə replikalar pyesdə "düşünür" remarkası ilə verilir. Müəllifin fikrincə aktyorların səsi lentə yazılmalı, replikanın bu və ya digər personaja aidiyyəti isə işıq şüası ilə müəyyənləşməlidir. Bu üsul Nazim Hikmətə bir şəkil daxilində qəhrəmanların iç dünyasını elə dolğun açmağa imkan verdi ki, başqa dramaturq bunu bəlkə də bütöv bir pərdə ərzində edə bilməzdi. Qriqoroviç və Məlikov bu üsuldan baletin unikal tapıntısı kimi qiymətləndirilən məşhur Triolarda məharətlə istifadə etdilər və ilk belə trio baletin I pərdəsində "Yürüş" səhnəsi nin ən yüksək gərginlik anında ortaya çıxır. Səhnəyə gözlənilmədən Məhmənə Banu və Şirin daxil olur. Ətrafa qaranlıq və zülmət çökür. Səhnə arxasından simlilər və ağac nəfəsli alətlər septetinin ifasında həzin musiqi səslənir. Işıq şüaları zülmətdən üç tənha fiquru ayırır. Onların rəqsi demək olar ki, hərəkətsizdir. Yalnız fiqurların plastikası hər bir qəhrəmanın daxili həyəcanını büruzə verir. Məhmənənin rəqsi gərgin, əsəbi olub məhəbbətin ona gətirəcəyi dərd və iztirablardan xəbər verir. Fərhadın hərəkətləri narahatdır, mərkəzdə duran Şirinin plastikasında isə yumşaq xətlərin üstünlüyü xoşbəxtlik duyğusu kimi qavranılır. Beləliklə, qəhrəmanların hər birinin daxili hissləri tamaşaçının qarşısında "iri planda" canlandırılır.

Əgər Hikmət pyesinin kinossenari kimi də yazıldığını nəzərə alsaq, o zaman təsvir edilən səhnələrin "kadr arxasında səs" və ya, "daxili plan" kimi sırf kinematoqrafik üsullarla assosiasiya yaratması təbiidir. Hikmət pyesi baletə nəinki münasib dramaturji üsulları təlqin etmiş, habelə bir çox səhnələrdə hadisələrin maraqlı dramaturji gedişatını da hazırlamışdır.

Əyanilik üçün yürüş səhnəsinə nəzər salmaq olar. Baletmeyster bu parçanın ümumi sxemini saxlayır. Belə ki, səhnənin dramaturgiyası musiqi qanun və formalarına uyğundur. Qriqoroviç onu mürəkkəb 3 hissəli formada qurur: orta bölmə kənar hissələrlə kəskin təzad yaradır. Bu trio o, "yürüş" səhnəsinin kompozisiyasına çox üzvi daxil olur və baletdə mühüm formayaradıcı, mərhələvi funksiya daşıyır. Akademik Vanslov onun mahiyyətini açaraq yazır: "Obraz-dramaturji əhəmiyyətinə görə bu trionu, əvvələn, iştirakçıların cərəyan edən hadisələrə münasibətini ifadə edən opera ansamblı (məsələn; "Qaratoxmaq qadın" operasından "Mne straşno" kvinteti ilə), digər tərəfdən isə kino dramaturgiyasının üsulları (iri plan, daxili monoloq) ilə müqayisə etmək olar. Baletdə isə buna bənzər üsul ilk dəfə Qriqoroviç tərəfindən tətbiq edilmişdir".

Əgər Hikmət pyesinin analoji səhnəsini xırdalnsa, "Yürüş" səhnəsinin 3 hissəli formasını burada da sezmək mümkündür: əyanlarla səhnə onu çərçivələndirir. Məhmənə Banu ilə Şirinin Fərhadla ilk görüşünü Hikmət "daxili səslər" üsulu ilə verir və hadisələrin inkişafını sanki "daxilə" keçirir. Məlikov və Qriqoroviç səhnənin bu imkalarından maksimum istifadə edir və onu musiqi dramaturgiyasının spesifik qanunlarına tabe etdirir. Belə ki, trio – sırf musiqi ifadə formasıdır. Çünki eyni vaxtda üç nəfərin düşünüb-danışması yalnız musiqi məntiqinin qanunlarına xas xüsusiyyətdir.

Daha sonra baletin I pərdəsini yekunlaşdıran Adajionu musiqi-simfonik dramaturgiya mövqelərindən qiymətləndirən V.Vanslov yazır:

"Fərhadla Şirinin ilk görüşü Yürüş səhnəsində baş veirir. Bilavasitə bu səhnənin ardınca Fərhad və Şirinin dueti verilir. Dramatikləşmiş adi-məişət tamaşasında bu, məntiqsiz görünərdi: indicə Fərhadla görüşüb əyanların və bacısının müşayiəti ilə çıxıb gedən Şirin dərhal onun yanına qaçıb gedə bilməzdi. Fəqət, bu, yalnız məişət məntiqi baxımından belə görünür… musiqi inkişafında isə bir vəziyyət digərinin ardınca gələndə, həyatın dramatik konfliktlərinin açılmasında müxtəlif mərhələlər kimi təzadlı emosional halların simfonik ümumiləşməsi baş verir".

Vanslov belə bir ümumiləşmənin baletdə də mümkün olmasını qeyd edir və Fərhadla Şirinin adajiosunu hadisələrin zahiri gedişi kimi deyil, məhz daxili münasibətlərin təkamülü mövqeyindən qiymətləndirir.

Həmçinin bax

İstinadlar

  1. Krasovskae V. - Statgi o balete, Leninqrad, "Iskusstvo", 1967
  2. "MƏHƏBBƏT ƏFSANƏSI": ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU
  3. Krasovskae V. - Statgi o balete, Leninqrad, "Iskusstvo", 1967, s.245
  4. Krasovskae V. - Statgi o balete, Leninqrad, "Iskusstvo", 1967, s.242.
  5. N. Hikmət - Fərhad, Şirin, Məhmənə Banu və Dəmir Dağın suyu, Novıy mir jurnalı, 1952 oktybar
  6. Xikmet N. "Za sovetskoe iskusstvo" qəzeti, L., 1961, 4 aprel
  7. Krasovskae V. - Statgi o balete, Leninqrad, "Iskusstvo", 1967, s 237
  8. Vanslov V. "Baletı Qriqoroviça i problemı xoreoqrafii" M., 1971, s.118
  9. Vanslov V. "Statği o balete" L., 1980, s. 23

Mənbə

  • Журнал "Баку". Номер: Март - Апрель 2011

Xarici keçidlər

Video

İzlə

  • Bolşoy teatrda "Məhəbbət əfsanəsi" baleti, tək parça sayt Youtube
  • Bolşoy teatrda "Məhəbbət əfsanəsi" baleti, I hissə sayt Youtube
  • Maya Plisetskaya və Maris Liepa "Məhəbbət əfsanəsi" baletində sayt Youtube

məhəbbət, əfsanəsi, balet, 1961, məqalə, məhəbbət, əfsanəsi, baleti, haqqındadır, digər, mənalar, üçün, məhəbbət, əfsanəsi, dəqiqləşdirmə, səhifəsinə, baxın, məhəbbət, əfsanəsi, arif, məlikovun, nazim, hikmətin, librettosu, əsasında, bəstələdiyi, azərbaycan, b. Bu meqale Mehebbet efsanesi baleti haqqindadir Diger menalar ucun Mehebbet efsanesi deqiqlesdirme sehifesine baxin Mehebbet efsanesi Arif Melikovun Nazim Hikmetin librettosu esasinda bestelediyi Azerbaycan baleti 1 2 Mehebbet efsanesiBaletin DVD versiyasinin uz qabigiTipi Klassik baletBestekar Arif MelikovLibrettist Nazim HikmetXoreoqraf Yuri QriqorovicYaradilib Ferhad ve Sirin efsanesi esasindaPremyera 23 mart 1961Marinski teatri Sankt Peterburq1961 ci ilde Leninqrad Dovlet Opera ve Balet Teatrinda hazirki Sankt Peterburq Mariin Teatri genc baletmeyster Yuri Qriqorovic terefinden sehnelesdirilmis Mehebbet efsanesi baleti xoreoqrafiya seneti tarixinde yeni sehife acaraq muhum merhele olmusdur Bununla bagli baletsunas V Krasovskayanin maraqli muqayisesi vardir O yazir Yatmis gozel XIX esr balet kesflerinin sintezi oldugu kimi Mehebbet efsenesi XX esrin balet kesflerinin sintezidir 3 Mundericat 1 Qurulusu 2 Hemcinin bax 3 Istinadlar 4 Menbe 5 Xarici kecidler 5 1 Video 5 1 1 IzleQurulusu Redakte Qazaxistan poct markasi 2009 Mehebbet Efsanesi baleti ozunden qabaq balet senetinin qazandigi nailiyyetleri umumilesdirerek butun komponentlerin uzvi sintezi ile seciyyelenen bitkin balet tamasasinin gozel etalon numunesi oldu Baletin esl simfonik nefesli ve vusetli musiqisi yaddaqalan gozel melodiyalari parlaq xoreoqrafiyasi onu balet senetinin daim arzulanan repertuar eserlerinden birine cevirmisdir Yuri Qriqorovic baletin dramaturji esasina deqiq dusunulmus xoreoqrafik konsepsiya qoyaraq butun musiqi xoreoqrafik hereketi ona tabe etdi Mehebbet efsanesi nin boyuk muveffeqiyyetinin sirri burada hadiselerin yeni qurulusda cereyan etmesinde baletin yeni dramaturgiyasindadir Illustrativ teferruatlari minimuma endiren baletin dramaturgiyasi sirf reqs formalari uzerinde qurulmusdur Feal simfonik reqs xoreoqrafiyanin baslica ifade vasitesine cevrilmisdi ve Y Qriqorovic xoreoqrafiya tarixinde ilk defe olaraq boyuk tammetrajli baleti busbutun simfonik reqs uzerinde yaratmisdir Tamasada musiqi ve xoreoqrafiyanin beraberhuquqlu komponent kimi cixis etmesi bestekar ve baletmeyster arasindaki munasibetlerin yeni xarakterini de dogurmusdur Lakin burada da kecmisin unudulmus yaxsi bir enenesini gormek cetin deyil V Krasovskayanin yazdigi kimi Baletmeysterle birge is zamani Melikov musiqisinin her bir epizodu xoreoqrafiyaya ele deqiq uygunlasdirildi ele olculub bicildi ki nomrelerin musiqi xoreoqrafik vehdetde bu terz uzlasmasini vaxtile Caykovski Petipanin Yatmis gozel i numayis etdirmisdi Bu cehetden genc bestekarin bexti getirdi Cunki ondan hazir musiqi alib bu musiqiye yeni sujet calamadilar Ona ureyi istediyi kimi yazmaq teklifi etmediler ki feqet sonra her seyi ozlerine lazim olan tovr deyissinler Mehebbet efsanesinde Qriqorovic proqrama arxalanir ve Melikovun da bu proqrama sadiq qalmasini tekid edirdi 4 Oz novbesinde Qriqorovicin arxalandigi libretto edebi menbe de son derece elverisli idi ve mubaligesiz demek olar ki baletde musahide edilen bir sira maraqli yenilik ve tapintilari cox aydin sekilde ozunde tezahur etdirirdi Y Qriqorovicin mehz Nazim Hikmet pyesi esasinda oz yeni ideyalarini acmaq isteyi subhesiz ki tesadufi deyildi Bu yalniz N Hikmet pyesinin derin felsefi mezmunundan ireli gelmirdi Mesele burasindadir ki ekser halda kecmis esrlerin dramaturq ve sairlerinin meshur eserlerine istinad eden bestekarlardan ve habele baletmeyster hemkarlarindan ferqli olaraq Qriqorovic oz novator niyyetlerinin munbit zeminini muasir dramaturqun yeni yaradiciliginda XX esrin edebi ve teatr mekanindaki avanqard temayulleri ve cereyanlari meharetle tecessum etdirmis boyuk turk sairi ve dramaturqu Nazim Hikmetin eserinde tapmisdi Nazim Hikmetin Mehebbet efsanesi pyesi rus dilinde 1952 ci ilde Noviy mir jurnalinin dekabr nomresinde derc olunmusdu 5 Eser cox tezlikle teatr ictimaiyyetinin nezer diqqetini celb etdi ve genis oxucu kutlesinin regbetini qazandi Bir nece ilden sonra ise genc baletmeyster Yuri Qriqorovic genc bestekar Arif Melikov ve bu pyes esasinda balet tamasasi yaratmaq qerarina geldiler N Hikmet pyesi yazarken meshur revayetin ona daha yaxin olan turk variantindan istifade etmisdi Bele ki bu variantda Sirin hokmdar deyil Arzen seherinin sahi olan Mehmene Banunun bacisidir Hikmet revayete cox yenilikler elave edib bezi yerlerde fabulani tamamile deyismisdir Uc esas istirakcidan basqa dramin butun qalan personajlari yenidir Sirinin xestelenmesi Namelum adamin gelisi onun uc serti ve Mehmene Banunun gozelliyini qurban vermesi butun bu hadiseler Hikmet terefinden daxil edilmisdir Ferhad ve Sirin haqqinda revayeti olmez poemalarinda eks etdirmis dahi seleflerinden ferqli olaraq N Hikmet oz ideyasini oxucu tamasaci suuruna didaktik terzde yeritmir bu ideya dramin inkisaf xettinden dogur onun megzini teskil edir N Hikmet oz qarsisina derin problemler qoyaraq dramaturji inkisafi etik exlaqi menevi kateqoriyalar axinina kecirir Pyesde ideal harmonik obrazlar yoxdur Qedim revayeti muasir dramaturgiya vasiteleri ile serh eden Nazim Hikmet cox murekkeb ziddiyyetli xarakterler yaradir hessas bir psixoloq kimi her bir obrazin derin psixoloji alemini meharetle acir Muellif qarsisina qoydugu meqsed barede bele yazirdi Men Ferhad haqqinda qedim revayeti yaradiciliqla isleyib efsane formasinda insanin esas xususiyyetlerinden biri sevmek ve oz mehebbeti ugrunda mubarize aparmaq bacarigini eks etdirmek isteyirdim Men insan mehebbetinin en yuksek tezahurunu vetene ve xalqa mehebbetini tesvir etmek isteyirdim 6 Nazim Hikmet ele bir veziyyet yaradir ki qehemanlarin her biri agir secin sinaq mehebbet ve borcun qarsilasmasi ixtilafi qehremanlarin emellerinin menevi exlaqi qiymetinde meyara cevrilir ve ilk bele emel sahibi Mehmenebanudur Onun gosterdiyi numune mehebbetle idare olunan diger qehremanlarin emellerinde eks seda tapir ve belelikle mehebbet dramaturgiyanin hereketverici amiline cevrilir 3 perde ve 6 sekilden ibaret pyesin her bir seklinde mehebbet nedir sualina cavab var Muellif sadeden murekkebe dogru gederek her yeni perdede tapdigi cavabinin nisbiliyini gosterir her sonraki sekilde bu cavabi murekkeblesdirir deqiqlesdirir tamamlayir Pyesin 1950 ci ilde sairin yoldaslari terefinden Fransadan Moskvaya gonderilmis nusxesinde bele bir serlovhe var Dramatik poema kino ssenari ve ya opera librettosu Artiq o vaxt Hikmet bu eseri musiqi diline cevirmek arzusunda idi Tesadufi deyil ki bezi sehnelerde muellif musiqinin hetta helledici rol oynamasini xususi qeyd edir Meselen II sekilde Ferhad ve Sirinin mehebbet sehnesinde Hikmet daxili sesler usulundan istifade ederek onun yeni imkanlarini acir Yazici mehebbetin insana bagisladigi en boyuk bexsisi sozsuz anlamaq bacarigini numayis etdirir Ilk gorusde Ferhad ve Sirin uzun muddet bir birine baxir ve susurlar Lakin onlarin fikirleri tez tez evezlenir dusunceler sanki eks terefden bir birine yonelir ve nehayet qovusur Sehnenin qurulusu lirik dueti adajionu xatirladir Muellifin fikrince o mutleq musiqi ile musayiet olunmalidir Hem Ferhad hem de Sirin evvelce muxtelif sonra ise bir birini tekrarlayan ve neticede vahid melodiyada qovusan musiqi xasiyyetnamelerine malik olmalidir N Hikmetin pyesde arxalandigi monoloq ve daxili sesler usulu balet dramaturgiyasi ucun cox perspektivli olmusdur Bestekar ve baletmeyster bu usullarin musiqi ve sehnede inikasi ucun maraqli ve uyarli vasiteler tapmisdirlar Bu baximdan daxili sesler usulu barede xususi danismaq lazimdir Deyilen usul artiq pyesin I seklinde tezahur edir Burada hami demek olar ki susur Lakin tamasaci qehremanlarin ne fikirlesdiyini yaxsi esidir Bele replikalar pyesde dusunur remarkasi ile verilir Muellifin fikrince aktyorlarin sesi lente yazilmali replikanin bu ve ya diger personaja aidiyyeti ise isiq suasi ile mueyyenlesmelidir Bu usul Nazim Hikmete bir sekil daxilinde qehremanlarin ic dunyasini ele dolgun acmaga imkan verdi ki basqa dramaturq bunu belke de butov bir perde erzinde ede bilmezdi Qriqorovic ve Melikov bu usuldan baletin unikal tapintisi kimi qiymetlendirilen meshur Triolarda meharetle istifade etdiler ve ilk bele trio baletin I perdesinde Yurus sehnesi nin en yuksek gerginlik aninda ortaya cixir Sehneye gozlenilmeden Mehmene Banu ve Sirin daxil olur Etrafa qaranliq ve zulmet cokur Sehne arxasindan simliler ve agac nefesli aletler septetinin ifasinda hezin musiqi seslenir Isiq sualari zulmetden uc tenha fiquru ayirir Onlarin reqsi demek olar ki hereketsizdir Yalniz fiqurlarin plastikasi her bir qehremanin daxili heyecanini buruze verir Mehmenenin reqsi gergin esebi olub mehebbetin ona getireceyi derd ve iztirablardan xeber verir Ferhadin hereketleri narahatdir merkezde duran Sirinin plastikasinda ise yumsaq xetlerin ustunluyu xosbextlik duygusu kimi qavranilir Belelikle qehremanlarin her birinin daxili hissleri tamasacinin qarsisinda iri planda canlandirilir 7 Eger Hikmet pyesinin kinossenari kimi de yazildigini nezere alsaq o zaman tesvir edilen sehnelerin kadr arxasinda ses ve ya daxili plan kimi sirf kinematoqrafik usullarla assosiasiya yaratmasi tebiidir Hikmet pyesi balete neinki munasib dramaturji usullari telqin etmis habele bir cox sehnelerde hadiselerin maraqli dramaturji gedisatini da hazirlamisdir Eyanilik ucun yurus sehnesine nezer salmaq olar Baletmeyster bu parcanin umumi sxemini saxlayir Bele ki sehnenin dramaturgiyasi musiqi qanun ve formalarina uygundur Qriqorovic onu murekkeb 3 hisseli formada qurur orta bolme kenar hisselerle keskin tezad yaradir Bu trio o yurus sehnesinin kompozisiyasina cox uzvi daxil olur ve baletde muhum formayaradici merhelevi funksiya dasiyir Akademik Vanslov onun mahiyyetini acaraq yazir Obraz dramaturji ehemiyyetine gore bu trionu evvelen istirakcilarin cereyan eden hadiselere munasibetini ifade eden opera ansambli meselen Qaratoxmaq qadin operasindan Mne strasno kvinteti ile diger terefden ise kino dramaturgiyasinin usullari iri plan daxili monoloq ile muqayise etmek olar Baletde ise buna benzer usul ilk defe Qriqorovic terefinden tetbiq edilmisdir 8 Eger Hikmet pyesinin analoji sehnesini xirdalnsa Yurus sehnesinin 3 hisseli formasini burada da sezmek mumkundur eyanlarla sehne onu cercivelendirir Mehmene Banu ile Sirinin Ferhadla ilk gorusunu Hikmet daxili sesler usulu ile verir ve hadiselerin inkisafini sanki daxile kecirir Melikov ve Qriqorovic sehnenin bu imkalarindan maksimum istifade edir ve onu musiqi dramaturgiyasinin spesifik qanunlarina tabe etdirir Bele ki trio sirf musiqi ifade formasidir Cunki eyni vaxtda uc neferin dusunub danismasi yalniz musiqi mentiqinin qanunlarina xas xususiyyetdir Daha sonra baletin I perdesini yekunlasdiran Adajionu musiqi simfonik dramaturgiya movqelerinden qiymetlendiren V Vanslov yazir Ferhadla Sirinin ilk gorusu Yurus sehnesinde bas veirir Bilavasite bu sehnenin ardinca Ferhad ve Sirinin dueti verilir Dramatiklesmis adi meiset tamasasinda bu mentiqsiz gorunerdi indice Ferhadla gorusub eyanlarin ve bacisinin musayieti ile cixib geden Sirin derhal onun yanina qacib gede bilmezdi Feqet bu yalniz meiset mentiqi baximindan bele gorunur musiqi inkisafinda ise bir veziyyet digerinin ardinca gelende heyatin dramatik konfliktlerinin acilmasinda muxtelif merheleler kimi tezadli emosional hallarin simfonik umumilesmesi bas verir 9 Vanslov bele bir umumilesmenin baletde de mumkun olmasini qeyd edir ve Ferhadla Sirinin adajiosunu hadiselerin zahiri gedisi kimi deyil mehz daxili munasibetlerin tekamulu movqeyinden qiymetlendirir Hemcinin bax RedakteMehebbet efsanesi film 1969 Mehebbet efsanesi film 1965 Mehebbetim menim kederim menim film 1978 Arif Melikov Mehebbet efsanesi film 1987 Azerbaycan musiqisi Azerbaycanda baletIstinadlar Redakte Krasovskae V Statgi o balete Leninqrad Iskusstvo 1967 MEHEBBET EFSANESI EDEBI MENBEDEN BALETE DOGRU Krasovskae V Statgi o balete Leninqrad Iskusstvo 1967 s 245 Krasovskae V Statgi o balete Leninqrad Iskusstvo 1967 s 242 N Hikmet Ferhad Sirin Mehmene Banu ve Demir Dagin suyu Noviy mir jurnali 1952 oktybar Xikmet N Za sovetskoe iskusstvo qezeti L 1961 4 aprel Krasovskae V Statgi o balete Leninqrad Iskusstvo 1967 s 237 Vanslov V Baleti Qriqorovica i problemi xoreoqrafii M 1971 s 118 Vanslov V Statgi o balete L 1980 s 23Menbe RedakteZhurnal Baku Nomer Mart Aprel 2011Xarici kecidler RedakteBolsoy teatr The Legend of Love Arxivlesdirilib 2008 08 28 at the Wayback MachineVideo Redakte Izle Redakte Bolsoy teatrda Mehebbet efsanesi baleti tek parca sayt Youtube Bolsoy teatrda Mehebbet efsanesi baleti I hisse sayt Youtube Maya Plisetskaya ve Maris Liepa Mehebbet efsanesi baletinde sayt YoutubeMenbe https az wikipedia org w index php title Mehebbet efsanesi balet 1961 amp oldid 5735847, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.