Munisnamə — XII əsr ədibi Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən fars dilində yazılmış əsər.
Məzmunu
Munisnamədə İslam baxışının süzgəcindən keçmiş, müxtəlif inanc sistemlərindən (animizm, antropomorfizm, dualizm, totemizm, şamanizm, monoteizm) qaynaqlanan dünya modeli təqdim edilir. Bu modelə görə, ucaların ucası Allah ilk növbədə yeddi qapısı olan cəhənnəmi yaratmışdır. Allah daha sonra yaratdığı Xalid və Salitə silkələnmələrini əmr etmişdir, onlardan saysız-hesabsız əqrəb və ilan düşmüşdür. Bu dünya modelində ildə iki dəfə isti və soyuğa görə, cəhənnəm qaynayır. Cəhənnəm dəniz kimi dalğalanır, dalğaları sahilə minlərlə ilan atır. İnsan dünyasında yayın isti, qışın soyuq keçməsi də cəhənnəmin qaynaması ilə izah edilir.
Daha sonra Allahın əmri ilə onun yaratdığı Xalid və Salit evlənir. Salit hamilə qalır, yeddi oğlu və yeddi qızı olur. Uşaqlar yetkinliyə çatandan sonra Allah onları bir-biri ilə evləndirir. Bundan sonra Allah ilk insan olan Adəmi yaradır, altı varlığı onun əmrinə verir. Yeddinci varlıq olan İblis Adəmə tabe olmur və Allah tərəfindən lənətlənir. Altı varlıqdan xeyirxah ruhlar, zərif pərilər dünyaya gəlir, İblisdən isə divlər, cinlər, şər ruhlar əmələ gəlir.
Qəhrəmanlar
- Xalid. Şir formasında nəhəngdir, quyruğu əqrəbdir. Allah tərəfindən Salitlə birlikdə yaradılmışdır.
- Salit. Dişi qurd formasında nəhəngdir, quyruğu ilandır. Allah tərəfindən Xalitlə birlikdə yaradılmışdır.
- Yeddi varlıq. Adları Haris, Yaksak, Muzir, Yaumaz, Ravi, Saris, İblisdir. Sonuncusundan başqa hamısı Adəmin əmrinə verilmişdir.
- Bərhail. İşığın və zülmətin qoruyucusudur, sağ əlində Günəşi, sol əlində isə Ayı tutur. Sağ əli gündüzü, sol əli isə gecəni gətirir. Gündüz yaradan əl şərqə, gecəyə cavabdeh olan əl isə qərbə doğru uzanır. Bərhail yorulub şərqə uzadılan əlini geri çəksə, bütün kainatı zülmət bürüyəcək və səhər açılmayacaq. Bərhailin uzanmış əllərində ağ və qara zolaqlı bir taxta var. Bu lövhə ilin hər fəslinə uyğun olaraq gecə ilə gündüzün tarazlığını saxlamaq üçündür. Buna görə də Bərhailin baxışları daima lövhənin üzərindəndir. O, gecə və gündüzlərin qısalmasını və uzanmasını taxtada daralıb genişlənən zolaqlara uyğun olaraq tarazlaşdırır.
- Səhayil. Dəniz sularının və küləklərin keşikçisidir. Ehtimal ki, qədim külək tanrısı Səbail də bu inancdan yaranmışdır. Səhayil bir əlini yerə, o biri əlini isə göylərə uzadır. Göyə uzanan əl şiddətli külək və qasırğaların qarşısını alır. Səhayil digər əlini yerə doğru sıxaraq sahil sularının qurunu basmasının qarşısını alır. O, sol əlini geri çəksəydi, dəniz suları bütün çölləri və düzləri basardı, insanlar boğulardılar. Sağ əlini isə geri çəksəydi, tufanlar və qasırğalar yer üzündəki hər şeyi məhv edər, canlılardan əsər-əlamət qalmazdı.
Analizi
Munisnamənin təqdim etdiyi dünya yaradılışı modelində cəhənnəm insan həyatına təsir edən aktiv qüvvə olaraq təsvir edilir. Beləliklə, düzgün yaşamağın vacibliyi göstərilir, qanunların pozulması cəzaya səbəb ola bilər. Burada verilən məzmuna görə, ilan şər qüvvənin təmsilçisidir və cəza olaraq başa düşülür. Bu dünya modelində insan sivilizasiyasının mənşəyi yeraltı dünya, onun sakinləri və orada baş verən hadisələr vasitəsilə izah edilir.
İstinadlar
- Abbasova, 2023. səh. 156
- Abbasova, 2023. səh. 157
Ədəbiyyat
- Kyzylgul Abbasova. "The Worldview Foundations of Azerbaijani Cosmogonic and Ethnogonic Myths". ALFRED NOBEL UNIVERSITY JOURNAL OF PHILOLOGY. 2023. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Munisname XII esr edibi Ebubekr ibn Xosrov el Ustad terefinden fars dilinde yazilmis eser Mundericat 1 Mezmunu 2 Qehremanlar 3 Analizi 4 Istinadlar 5 EdebiyyatMezmunuredakteMunisnamede Islam baxisinin suzgecinden kecmis muxtelif inanc sistemlerinden animizm antropomorfizm dualizm totemizm samanizm monoteizm qaynaqlanan dunya modeli teqdim edilir Bu modele gore ucalarin ucasi Allah ilk novbede yeddi qapisi olan cehennemi yaratmisdir Allah daha sonra yaratdigi Xalid ve Salite silkelenmelerini emr etmisdir onlardan saysiz hesabsiz eqreb ve ilan dusmusdur Bu dunya modelinde ilde iki defe isti ve soyuga gore cehennem qaynayir Cehennem deniz kimi dalgalanir dalgalari sahile minlerle ilan atir 1 Insan dunyasinda yayin isti qisin soyuq kecmesi de cehennemin qaynamasi ile izah edilir 2 Daha sonra Allahin emri ile onun yaratdigi Xalid ve Salit evlenir Salit hamile qalir yeddi oglu ve yeddi qizi olur Usaqlar yetkinliye catandan sonra Allah onlari bir biri ile evlendirir Bundan sonra Allah ilk insan olan Ademi yaradir alti varligi onun emrine verir Yeddinci varliq olan Iblis Ademe tabe olmur ve Allah terefinden lenetlenir Alti varliqdan xeyirxah ruhlar zerif periler dunyaya gelir Iblisden ise divler cinler ser ruhlar emele gelir 2 QehremanlarredakteXalid Sir formasinda nehengdir quyrugu eqrebdir Allah terefinden Salitle birlikde yaradilmisdir 1 Salit Disi qurd formasinda nehengdir quyrugu ilandir Allah terefinden Xalitle birlikde yaradilmisdir 1 Yeddi varliq Adlari Haris Yaksak Muzir Yaumaz Ravi Saris Iblisdir Sonuncusundan basqa hamisi Ademin emrine verilmisdir 2 Berhail Isigin ve zulmetin qoruyucusudur sag elinde Gunesi sol elinde ise Ayi tutur Sag eli gunduzu sol eli ise geceni getirir Gunduz yaradan el serqe geceye cavabdeh olan el ise qerbe dogru uzanir Berhail yorulub serqe uzadilan elini geri cekse butun kainati zulmet buruyecek ve seher acilmayacaq Berhailin uzanmis ellerinde ag ve qara zolaqli bir taxta var Bu lovhe ilin her fesline uygun olaraq gece ile gunduzun tarazligini saxlamaq ucundur Buna gore de Berhailin baxislari daima lovhenin uzerindendir O gece ve gunduzlerin qisalmasini ve uzanmasini taxtada daralib genislenen zolaqlara uygun olaraq tarazlasdirir 2 Sehayil Deniz sularinin ve kuleklerin kesikcisidir Ehtimal ki qedim kulek tanrisi Sebail de bu inancdan yaranmisdir Sehayil bir elini yere o biri elini ise goylere uzadir Goye uzanan el siddetli kulek ve qasirgalarin qarsisini alir Sehayil diger elini yere dogru sixaraq sahil sularinin qurunu basmasinin qarsisini alir O sol elini geri cekseydi deniz sulari butun colleri ve duzleri basardi insanlar bogulardilar Sag elini ise geri cekseydi tufanlar ve qasirgalar yer uzundeki her seyi mehv eder canlilardan eser elamet qalmazdi 2 AnaliziredakteMunisnamenin teqdim etdiyi dunya yaradilisi modelinde cehennem insan heyatina tesir eden aktiv quvve olaraq tesvir edilir Belelikle duzgun yasamagin vacibliyi gosterilir qanunlarin pozulmasi cezaya sebeb ola biler Burada verilen mezmuna gore ilan ser quvvenin temsilcisidir ve ceza olaraq basa dusulur Bu dunya modelinde insan sivilizasiyasinin menseyi yeralti dunya onun sakinleri ve orada bas veren hadiseler vasitesile izah edilir 2 Istinadlarredakte 1 2 3 Abbasova 2023 seh nbsp 156 1 2 3 4 5 6 Abbasova 2023 seh nbsp 157EdebiyyatredakteKyzylgul Abbasova The Worldview Foundations of Azerbaijani Cosmogonic and Ethnogonic Myths ALFRED NOBEL UNIVERSITY JOURNAL OF PHILOLOGY 2023 2024 05 28 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 05 23 Menbe https az wikipedia org w index php title Munisname amp oldid 8089129