Mixail Yefremov (komandir)
Mixail Yefremov (27 fevral (11 mart) 1897 və ya 22 fevral 1897 – 19 aprel 1942, Smolensk vilayəti) — sovet komandiri, Vətəndaş müharibəsinin və İkinci Dünya Müharibəsinin iştirakçısı, general leytenant (1940). 1996-cı ildə ölümündən sonra Rusiya Federasiyası qəhrəmanı adını alıb.
Mixail Yefremov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral (11 mart) 1897 və ya 22 fevral 1897 |
Vəfat tarixi | 19 aprel 1942 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | piyada |
Rütbə | general-leytenant |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyada gedən Vətəndaş müharibəsi dövründə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakının işğalında əsas rol oynamış zirehli qatarların reydini təşkil etmiş və Azərbaycanda sovet hökumətinin qurulmasında iştirak etmişdir. 1941-ci ildə Moskvanın müdafiəsi zamanı Naro-Fominsk istiqamətində 33-cü ordunun fəaliyyətinə rəhbərlik etmişdir. 1942-ci ildə Rjevsko-Vyazemskoy əməliyyatı çərçivəsində uğursuz əks hücum zamanı həlak olmuşdur. (rəsmi məlumatlara görə özünü güllələyib)
Həmçinin bax
İstinadlar
- ↑ Ефремов Михаил Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Mikhail Grigorievich Efremov // TracesOfWar.
- Q.Kuşnarenko. "60-летию битвы под Москвой посвящается". Молодёжные известия. dekabr 2001. 25 fevral tarixində . İstifadə tarixi: 20 mart 2020.