Mariya Tek
Mariya Tek (ing. Mary of Teck ; kraliça Mariya, ing. Queen Mary, tam adı — Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes — Viktoriya Mariya Avqusta Luiza Olqa Paulina Klodina Aqnessa; 26 may 1867 — 24 mart 1953) — kral V Georqun həyat yoldaşı, krallar VIII Eduard və VI Georqun anası. O həmçinin Hindistanın imperatriçası və İrlandiyanın kraliçası olub ( 1910-cu ildən).
Mariya Tek | |
---|---|
Mary of Teck | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | London |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | London |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri |
|
Həyat yoldaşı | V Georq |
Uşaqları | oğlanları: VIII Eduard və VI Georq |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Mariyanın atası, şahzadə Frans, alman knyaz ailəsinin nümayəndəsi idi. Anadan olandan " şahzadə Mey " İngiltərə ilə sıx bağlı olub. O Londonda dünyaya gəlib, onun anası Böyük Britaniya kralı III Georqun nəvəsi, Kembric hersoqu Adolf Frederikin qızı olub.
1891-ci ildə o kraliça Viktoriyanın böyük nəvəsi Albert Viktorla nişanlanır. Ancaq toya ay yarım qalmış 1892-ci ilin yanvarında Albert qripdən qəflətən vəfat edir. Yas mərasimlərində onun Albertin kiçik qardaşı Georqla yaxın münasibətləri yaranır və onlar növbəti il evlənirlər. Əri taxta çıxana qədər isə o Uels şahzadəsi və Kornuol hersoginyası (1901—1910) və York hersoginyası (1893—1901) titullarını daşıyırdı.
Onun şərəfinə gəmilər adlandırılmışlar: Queen Mary, Queen Mary 2 gəmiləri və Queen Mary freqatı.
Övladları
Mariya tek və V Georqun övladları:
- VIII Eduard (23 iyun 1894 — 28 may 1972), Uollia Simpsonla kəbindən sonra taxt-tacdan əl çəkib.
- VI Georq (14 dekabr 1895 — 6 fevral 1952), 1936—1952-ci il tarixdə Böyük Britaniyanın kralı, 1923-cüildə Yelizaveta Bouz-Layonla evləndi.
- Şahzadə Matiya (25 aprel 1897 — 28 mart 1965).
- Hersoq Qenri (31 mart 1900 — 10 iyun 1974).
- Georq (20 dekabr 1902 — 25 avqust 1942).
- Con (12 iyul 1905 — 18 yanvar 1919), epilepsiyadan vəfat edib.