Mamaylı
Mamaylı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Mamaylı | |
---|---|
40°49′10″ şm. e. 47°44′07″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 346 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 671 (2009) nəfər |
Tarixi
- Kənd 1999-cu ildə yaradılmışdır.
Coğrafiyası
Mamaylı deyilənə görə Monqol xanı olan Mamay xanın ərazidə beş-altı gün məskən salması ilə el dilində həmin yer belə adlanıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan verəndə “Mamay xanın dincəldiyi yer” deyərmişlər. Hazırda kənd sakinlərinin dolanışığı yüksək səviyyədədir. Yol sarıdan heç bir poblemləri yoxdur, işıqdan, qazdan gileyli deyillər. Magistral xəttə çıxan 3 km. yolu təmir edilib. Kəndə 2004-cü ilin axırlarından mavi yanacaq verilir. 700 nəfərin və 168 təsərrüfatın qeydə alındığı kənd əhalisi müxtəlif məşğuliyyətdən gəlir götürür. Taxılçılıqla yanaşı heyvandarlıq da inkişaf edir. Bir sözlə ərazinin 800 hektar yararlı torpaq sahəsinə diqqətlə qulluq edən mamaylılar həm də abadlaşmış bir kəndin nümayəndələridirlər. Növbəti inkişaf proqramına əsasən burada təzə məktəb binası, baxça və feldşer tibb məntəqəsinin tikilməsi nəzərdə tutulub.
Toponimikası
Mamaylı oyk., düz. Qəbələ r-nunun Hacallı i.ə.v.-də kənd. Düzyengicə düzənliyindədir. Bəzi tədqiqatlara əsasən, kənd ma-maylı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin adı isə Mamay şəxs adından və -lı mensub.şek.-sinden ibarət olub, “Mamayın nəsli, mamaygillər” mənasındadır. Digər tədqiqatlara əsasən, Mamay XIV əsrdə yaşamış tatar xanının adıdır. Azərbaycanın və eləcə də digər dövlətlərin toponimiyasında işlək olan mamay komponenti Qusar r-nunda Mamaytepə, Ulaaynanın Zaporojye vilayətində Mamayka çayı, Rusiyanın Volqoqrad vilayətində Mamay kurqan, Dağıstanda Mamayqutan kəndi və s. monqol mənşəli layın göstəricisidir.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 671 nəfər əhali yaşayır.
Təhsilin vəziyyəti
- Bir orta məktəbi var Ehtiram Səmədov adını daşıyır. Kəndin kitabxanası və kinoklubu da vardır.
Həmçinin bax
Xarici keçidlər
- İnzibati Ərazi Vahidləri 2017-07-29 at the Wayback Machine
İstinadlar
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |