Hacıağabəyli
Hacıağabəyli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu kənarında, Ərəbşahverdi və Müskürlü kəndlərin qonşuluğunda, Şirvan düzündə yerləşən kənd.
Hacıağabəyli | |
---|---|
40°35′ şm. e. 47°39′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Göyçay rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 249 (2009) nəfər |
Tarixi
Toponimikası
Hacıağabəyli Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı hacı olan ailələr saldığına görə belə adlandırılmışdır. Oykonim "ağabəylilərin hacıya mənsub hissəsi" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı Hacı olan ailələr saldığına görə belə adlandırılmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 249 nəfər əhali yaşayır.
Məşğuliyyəti
Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq və meyvəçiliklə məşğul olur.
Din
Kənddə Hacağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Hacıağabəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I. Bakı: "Şərq-Qərb". 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
- MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (az.)
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |