Fuad Nağıyev
Fuad Nağıyev — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri.
Fuad Hümbət oğlu Nağıyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Hümbət Nağıyev |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hüquq |
Təhsili | Bakı Dövlət Universiteti Hüquq fakültəsi, Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramı |
Fəaliyyəti | Turizm hüququ |
Fəaliyyət illəri | 2010-cu ildən |
Həyatı
22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili
Fuad Nağıyev Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil alıb.1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
Karyerası
2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.
2010–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixindən 23 aprel, 2018-ci il tarixinədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri olması
2018-ci il, aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyin edilib.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ DÖVLƏT TURİZM AGENTLİYİNƏ SƏDR TƏYİN OLUNDU
- ↑ Dövlət Turizm Agentliyinə sədr təyin olunub — TƏRCÜMEYİ-HAL
- ↑ Turizm Agentliyinin yeni sədri kimdir?