Fizuli Əliyev
Fizuli Vidadi oğlu Əliyev (27 yanvar 1985; Bakı, Azərbaycan — 8 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi.
Fizuli Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Fiqo |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vidadi Əliyev |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003—2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Suqovuşan döyüşü |
Təltifləri |
Həyatı və hərbi xidməti
Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
Hərbi xidməti
2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlamışdır. Uzun müddət Murov dağında xidmət etmişdir. "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Fizuli Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fizuli Əliyev 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Fizuli Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fizuli Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fizuli Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2016) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (15.12.2020) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 08.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (24.06.2021). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-17 tarixində . İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi (04.06.2021). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.05.2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (azərb.)). 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.