Elşad Abdullayev (alim)
Abdullayev Elşad Tofiq oğlu (1981, Bum, Qutqaşen rayonu) - Azərbaycanlı gənc alim, kimya üzrə fəlsəfə doktoru, dosent.
Elşad Abdullayev | |
---|---|
Doğum tarixi | 1981 |
Doğum yeri |
Həyatı
Abdullayev Elşad Tofiq oğlu 1981-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuşdur. 1987-1993-cü illərdə Qəbələ rayonu 3 saylı otra məktəbdə, 1993-1998-ci illərdə isə Qəbələ rayonu 1 saylı otra məktəbdə oxumuşdur. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsində təhsil almışdır. 2002-ci ildə isə həmin fakültənin “Ətraf mühit kimyası” ixtisası üzrə magistraturasına daxil olmuşdur. 2004-cü ildə magistraturanı bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2007-ci ilin dekabrında aspiranturanı bitirmişdir.
E.Abdullayev 2011-ci ildə “Politsiklik aromatik karbohidrogenlər və fenolun duru sulu məhlullarının radiolizinin kinetik qanunauyğunluqları və mexanizmi” mövzusunda dissertasiya işi müdafiə etmiş və “Nüvə kimyası” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə isə bu ixtisas üzrə Dosent elmi adı almışdır. 2014-cü ildən Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisidir.
Elmi fəaliyyəti
Elşad Abdullayev fenolların, üzvi turşuların, politsiklik aromatik karbohidrogenlərin, polixlorbifenillərin və pestisidlərin təyini üçün müasir fiziki-kimyəvi analiz üsullarını mənimsəmiş, müasir cihazlarla (Qaz Xromatoqrafı, Kütlə Spektrometri, Yüksəkkə Effektivli Maye Xromatoqrafı, Srektrofotometr) işləmək bacarığı əldə etmişdir. Bu maddələrin həm model, həm də real sistemlərdə (suda, torpaqda, transformator yağlarında və s.) ionlaşdırıcı və UB-şüaların təsiri ilə çevrilmə proseslərinin kinetikası və mexanizmini öyrənmiş, bu proseslərin kinetik modelləşdirməsini aparmışdır.
Alim, ümumilikdə 50-dən çox elmi əsərin müəllifidir.
Elşad Abdullayev Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün “Kimya” fənni üzrə dərsliyin müəllifi, Dövlət İmtahan Mərkəzinin eksperti, həmçinin Təhsil Nazirliyində Respublika fənn olimpiadalarının kimya fənni üzrə münsiflər heyətinin üzvüdür.
Elmi nailiyyətləri
Davamlı üzvi çirkləndiricilərin (politsiklik aromatik karbohidrogenlər, polixlorbifenillər, fenol) müxtəlif mühitlərdə radiolitik çevrilmə qanunauyğunluqlarının öyrənilməsi.
Elmi əsərləri
1. М.А. Курбанов, У.А. Кулиева, Е.Т. Абдуллаев, О.М. Махмудов, З.И. Искендерова. Радиолиз водного раствора фенола в присутствии нано-γ- Al2O3. Международный Журнал Прикладных и Фундаментальных Исследований, №5, 2016, часть 1, c. 21-24.
2. Abdullayev E.T., Jamalov P.J., Kurbanov M.A., Mammadov S.G., Iskenderova Z.I. Comperative study of the radiolysis and photolysis of the ethanol solutions of polychlorinebiphenyls. European Journal of Analytical and Applied Chemistry, Austria, Vienne, №2, 2015, p. 49 – 53.
3. У.А. Кулиева, М.А. Курбанов, С.Г. Мамедов, Э.Т. Абдуллаев, И.A. Мамедъярова. Математическое моделирование разложения общего органического углерода и изменение кислотности водных растворов фенола. Azərbaycan Milli Elmlər Akademiyasinin Xəbərləri, Fizika-texnika və riyaziyyat elmləri seriyası, fizika və astronomiya 2016, №2, s.121-127.
4. The radiation-chemical decomposition of phenanthrene in aqueous solutions. E.T. Abdullayev, N.A. Ibadov, B.A. Suleymanov, M.Ə. Qurbanov. Azərbaycan Kimya Jurnalı, Bakı 2007, №3
5. Suyun fenoldan radiolitik təmizlənməsinin kinetikası. E.T. Abdullayev, N.Ə. İbadov, B.A. Süleymanov, M.Ə. Qurbanov, Ş.M. Şəfiyeva. Azərbaycan Ali Texniki məktəblərinin xəbərləri, №2, Bakı, 2008.
6. Радиолитическое разложение полиароматических углеводородов в органических растворителях. Н.А. Ибадов, Б.А. Сулейманов, М.А. Курбанов, Э.Т. Абдуллаев, Д.Р. Аббасова. Альтернативная энергетика и экология. Москва 2009, №5.
7. Fenol su sisteminin radioliz prosesinin modelləşdirilməsi. Qurbanov M.Ə., Abdullayev E.T., Əhmədli Q.M., Kimya problemləri, №2, Bakı 2011.
8. Transformator yağlarında polixlorbifenillərin miqdarının xromatoqrafik təyini. M.Ə. Qurbanov, E.T. Abdullayev, Ə.H. Qurbanov. Kimya problemləri, №1, Bakı 2013
İstinadlar
- Abdullayev Elşad Tofiq oğlu -