XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin
Şəklin VikiAnbarda axtarışı
Qısa təsviri
Qanadları açılmış halda 45-50mm-dir. Ön qanadları qonuru- boz rəngdədir, alabəzəkdir. Xarici dişli zolağın dişləri iridir, böyrəkşəkilli naxış ağdır, xarici tərəfi aypara formasındadır, yumru naxış qonurdur. Böyrəkşəkilli və yumru naxışların arası göyümtüldür. Arxa qanadları ağdır.
Arealı və sayı
Azərbaycanda Naxçıvan və Talışın dağ səhra ərazilərində yayılmışdır. Cəmi 9 kəpənəyi işıqdan tutulmuşdur.
Məhdudlaşdırıcı amillər
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
İstinadlar
Danilevski sovkası
Azərbaycan Respublikasının Qırmızı Kitabı. II cild. Fauna. Bakı: 2013
Ədəbiyyat
Миляновский Е.С. Новый вид совки рода Oxytrypia Stgr. (Lepidoptera, Noctuidae). Труды Всесоюзн. энтомол. общ-ва АН СССР, т. 56, Л.: Наука, 1973, с. 274 - 276;