Sagopa Kajmer
Sagopa Kajmer (türk. Sagopa Kajmer; əsl adı Yunis Özyavuz, türk. Yunus Özyavuz; d. 17 avqust 1978, Samsun, Türkiyə) — türk repçi, bəstəkar və DJ.
Sagopa Kajmer | |
---|---|
Sagopa Kajmer | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Yunis Özyavuz (türk. Yunus Özyavuz) |
Ləqəbləri | DJ Mic Check (1996-1999) Silahsız Qüvvət (1999-2002) Saqopa Kajmer (2002-indiyə) |
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, Samsun |
Vətəndaşlığı | |
Milliyyəti | türk |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Filoloq |
Fəaliyyət illəri | DJ: 1992—h.h Rep: 1998—h.h. |
Janrlar | Rep, Hip-hop |
Musiqi aləti | piano |
Albom şirkəti | Melankolia Müzik |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
1978-1997: İlk vaxt
Yunis Məhməd oğlu Özyavuz 17 avqust 1978-ci ildə Türkiyənin Samsun şəhərində ailənin ilk övladı olaraq dünyaya gəlmişdir. İbtidai, orta və lisey təhsilini Samsunda almışdır. 1997-ci ildə İstanbul Universitetinə daxil olmuş, Fars dili və Ədəbiyyatı fakültəsində təhsil almışdır. Ali təhsili ilə əlaqədar bu andan etibarən İstanbulda yaşamağa başlamışdır.
Yunis Özyavuz, musiqi həyatına Samsunda yerli bir radioda DJlik edərək başlamışdır. İlk DJ təxəllüsü Rapper M.C. (Rapper Mic Check), daha sonrakı isə Dj Mic Check olmuşdur.. H2000 və J&B kimi festivallarda iştirak etmişdir.
1998-2003: Karyerasının başlanğıcı
1998-ci ildə şəxsi musiqi studiyası olan Kuvvetmira adlı musiqi studiyası qurmuşdur.
1999-cu ildə müxtəlif türk repçilərin olduğu Türkiyənin ilk underground rep albomu Yeraltı Operasyonu adlı yığma (müştərək) albomda Silahsız Kuvvet təxəllüsü ilə iştirak etmişdir.
Yunis Özyavuz Silahsız Kuvvet təxəllüsü ilə 2001-ci ildə ilk solo albomu olan Sözlerim Silahımı buraxmışdır.
2001-ci ildə On Kurşun adlı albomunu internet vasitəsilə yayınlamışdır.
DJ Mic Check 2002-2013-cü illərdə Power FM radiosunda fəaliyyət göstərmişdir.
Yunis Özyavuz Dj Mic Check təxəllüsü ilə türk repçisi Cezanın 2002-ci ildə çıxan Med-Cezir albomuna prodüserlik etmişdir.
26 aprel 2002-ci ildə İhtiyar Heyeti adlı solo albomunu yayınlamışdır.
2002-ci ildə Silahsız Kuvvet təxəllüsündən imtina edib, Sagopa Kajmer təxəllüsündən istifadə etməyə başlamışdır.
16 iyul 2002-ci il tarixində Sagopa Kajmer təxəllüsü ilə eyniadlı (Sagopa Kajmer) albomunu buraxmışdır.
2002-ci ildə növbəti albomu olan Pesimist EP 2 EPini internet vasitəsilə paylaşmışdır.
Yunis Özyavuz Dj Mic Check təxəllüsü ilə türk repçisi Fuadın 2003-cü ildə çıxan Hassickdir? III albomuna prodüserlik, albomundakı Bu Ne Curet mahnısına isə vokallıq etmişdir.
Yunis Özyavuz çəkilişlərinə 2002-ci ildə başlanılıb, 12 noyabr 2004-cü ildə premyerası olan G.O.R.A filminin musiqilərini (soundtrack) hazırlamışdır.
2004-2009: Bir Pesimistin Gözyaşları, Romantizma, Kötü İnsanları Tanıma Senesi
Sagopa Kajmer 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu buraxmışdır.
Yunis Özyavuz Dj Mic Check təxəllüsü ilə 2004-cü ildə türk repçisi Fuchsın Huzur N Darem albomuna prodüserlik etmişdir.
Yunis Özyavuz Dj Mic Check təxəllüsü ilə 2004-cü ildə türk repçisi Cezanın Rapstar albomunun prodüserlərindən biri olmuşdur.
2005-ci ildə növbəti solo albomu olan Romantizma albomunu buraxmışdır.
2005-ci ildə növbəti albomu Pesimist EP 3 EPini yayımlamışdır.
Sagopa Kajmer 11 avqust 2005-ci ildə həyat yoldaşı Kolera (Əsən Gülər Özyavuz) ilə birlikdə Melankolia Müzik adlı musiqi şirkətini qurmuşdur. Sagopa Kajmer, bunu bir müsahibəsində "Boğulacağıqsa öz dənizimizdə boğularıq dedik." şəklində açıqlamışdır.
Sagopa Kajmer, Kolera və Kuvvetmirada iştirak edən digər rep sənətçiləri 2006-cı ildə Melankolia Müzikin ilk albomu Kafileni buraxmışlar. Bu albomda Sagopa Kajmer söz və musiqisi özünə aid olan Baytar adlı mahnısını ifa etmişdir. Bundan başqa albomun prodüserliyini də Sagopa Kajmer etmişdir.
2006-cı ildə Sagopa Kajmerin Pesimist EP seriyasına aid olan 4-cü albomu Pesimist EP 4 - Kurşun Asker yayımlanmışdır. Albomda Kolera, Mozole Mirach və Ewren kimi repçilərlə duetlər olmuşdur.
Sagopa Kajmerin 26 aprel 2007-ci il tarixində Kolera ilə duet albomları olan İkimizi Anlatan Bir Şey adlı albom çıxmışdır.
13 mart 2008-ci il tarixində Sagopa Kajmerin Melankolia Müzik etiketi ilə çıxardığı ilk solo albom olan Kötü İnsanları Tanıma Senesi adlı albomunu çıxmışdır.
2008-ci ilin sonlarında başlatdığı DJ Mənəm yarışması və 2010-cu ildə buraxdığı Yeraltı Kafilesi albomunda gənc repçilərə də yer vermişdir.
22 dekabr 2008-ci il tarixində Sagopa Kajmerin rəsmi saytında Pesimist Ep 5 - Kör Cerrah adlı yeni EP albomunun 28 dekabr 2008-ci ildə rəsmi saytdan internet vasitəsilə pusluz olaraq yayımlanacağı açıqlanmış və 27 dekabr 2008-ci ildə yayımlanmışdır.
Sagopa Kajmer 9 fevral 2009-cü il tarixində Şarkı Kolleksiyoncusu yığma albomununu çıxarmışdır.
2010-indiyə: Bendeki Sen, Saydam Odalar, Kalp Hastası
2010-cu ildə həyat yoldaşı Kolera ilə birlikdə Bendeki Sen albomunu buraxmışdır.
2010-cu ildə yayımlanan Yeraltı Kafilesi (Kafile 2)-nin prodüserliyini etmişdir.
2011-ci ildə Saydam Odalar albomunu buraxmışdır.
2012-ci ildə Istakoz və 40 adlı mahnılarını YouTube video sosial şəbəkəsi vasitəsilə yayımlamışdır.
2013-cü ildə yeni bir albom çıxaracağını rəsmi Tvitter profilindən elan etmişdir. Sagopa Kajmer, öz orkestrı olan Pesimist Orkestra ilə birlikdə 2013-cü ilin Mart, Aprel və May aylarında bir tur təşkil etmiş və tur çərçivəsində 15 şəhərdə konsert vermişdir.
Sagopa Kajmer 7 iyul 2013-cü il tarixində Türkiyənin İzmir şəhərində Sadın (Yusif Ağırdaş) rejissorluğu ilə Düşünmek İçin Vaktin Var adlı mahnısına klip çəkdirərək YouTube video sosial şəbəkəsi vasitəsilə yayımlamışdır.
8 iyul 2013-cü il tarixində Sagopa Kajmerin növbəti solo albomu Kalp Hastası çıxmışdır. Albom həm də vemuzik.com, n11.com, dr.com.tr saytları vasitəsilə online satışda və iTunes vasitəsilə online yüklənilməsinin satışı ilə yayımlanmışdır.
12 sentyabr 2013-cü il tarixində Türkiyənin İzmir şəhərində Sadın (Yusif Ağırdaş) rejissorluğu ilə Kalp Hastası albomundakı mahnısı Uzun Yollara Devama klip çəkildiyi haqda xəbər yayımlanmışdır. 26 sentyabr 2013-cü il tarixində isə klipin özü pulsuz olaraq YouTube video sosial şəbəkəsi vasitəsilə yayımlanmışdır. Klip yenə Sadın rejissorluğu ilə Türkiyənin İzmir şəhərində Düşünmek İçin Vaktin Var mahnısına çəkilmiş klipin davamı formasında çəkilmişdir.
19 fevral 2014-cü ildə Sagopa Kajmerin 11 aprel 2014 və 28 may 2014 tarixləri arasında Avropa konsert turuna çıxacağı və tur çərçivəsində 9 şəhərdə konsert verəcəyi elan edilmişdir. 14 mart 2014-cü ildə isə konsertin detalları açıqlanmış və afişaları yayımlanmışdır.
2014-cü ilin əvvəllərində Pesimist Ep 6 - Ahmak Islatan adlı EPini buraxacağını elan etmişdir. 20 mart 2014-cü il tarixində EP, pulsuz olaraq YouTube video sosial şəbəkəsi vasitəsilə yayımlanmışdır.
Sagopa Kajmer Birol Gəray (BeeGee) ilə birlikdə Abrakadabra adlı müsiqi parçasına Kamal Başbuğun rejissorluğu ilə klip çəkdirmiş, 6 may 2014-cü il tarixində real formada satış mərkəzlərində, virtual formada isə TTNet Müzik vasitəsilə pullu şəkildə, YouTube video sosial şəbəkəsi vasitəsilə 25 iyun 2014-cü il tarixində pulsuz fraqmanını (kiçik bir qismnini, TEASER), 27 iyun 2014-cü il tarixində isə pulsuz tam formasını yayımlamışdır.
17 avqust 2014-cü ildə Sagopa Kajmerin 17 sentyabr 2014 və 7 dekabr 2014 tarixləri arasında Türkiyədə konsert turuna çıxacağı və tur çərçivəsində ölkənin 25 şəhərində konsert verəcəyi açıqlanmışdır. 1 sentyabr 2014-cü il tarixində isə konsert turunun detalları açıqlanmış və tur çərçivəsində baş tutacaq bütün konsertlərə online bilet satışına başlanmışdır.
Sənəti
Musiqi tərzi
Adının mənası
Musiqi həyatında istifadə etdiyi adı Sagopa, Misirdə bir piramidanın adıdır. Bir çox arxeoloq bu piramidanın sirrini tapmağa çalışarkən, tələlərə düşüb can verdikləri deyilir. Ən son, soyadı Kajmeri olan bir arxeoloq, Sagopanın sirrini tapmış və piramidanın ən sirrli yerinə – son otağına girərək, divara Sagopanın sirrini həll edən mənasını verən Sagopa Kajmeri qazımışdır. Ancaq bu arxeoloq da (Gerhard Kajmeri) hava axını üzündən can vermişdir. Bu hadisədən bir müddət sonra piramidaya müasir vasitələrlə girən elm adamları, ölən adamın (Gerhard Kajmeri)in cəsədini tapmışlar və piramidaya təchizatsız girmə cəsarətindən ötəri bu adamın adını bütün dünyaya eşitdirmişlər.[Mənbə göstərin]
İlhamlandıqları
Boogaloo Shrimp, Shabba Doo, Michael Joe Jackson, James Brown, Jam Master Jay, Grandmaster DST, Afrika Bambaataa & Soulsonic Force, Grandmaster Flash, Prince, Ice-T, Ömer Karacan, Aykut Sporel, Engin Arman, DJ Hakan Gündüz, Marangoz İbrahim (İlk break Dance hareketini -smurf wave- Yunus'a gösteren değeri çok yüksek biri) Savaş Abi (İlk chopper dönüşünü Yunus'a öğreten kişi), Diether Bohlen, Afrika Islam, Public Enemy, Skinny Boys, Scott La Rock, Krs, Premier, Guru
Boney.M, Sugarhill Gang, Joe Bataan, Freddie James, Barry White,Isaac Hayes, Bee Gees, Chic, Modern Talking, C.C.Catch, Bad Boys Blue, James Brown, Afrika Bambaataa, Run DMC, Kurtis Blow, L.L.Cool J, Ice.T
Run DMC, Public Enemy, Boogie Down Productions, Gangstarr, Skinny Boys, Ultramagnetic MC's, Sir Ibu, De La Soul, Soulsonic Force, Ryhme Syndicate, Whodini
Chuck D, Ice T, L.L, Krs, Cube, Kool Keith, Rakim
Das EFX, Mobb Deep, Organized Konfusion, The Beatnuts, D.I.T.C., Extra Prolific, Group Home, Dwellas, Freestyle Fellowship, Cypress Hill, Artifacts Company Flow, Fu-Schnickens, Pete Rock & CL Smooth
Pharoahe Monch, Mikah 9, Aceyalone, Diamond.D, Juju & psycho Less, Redman, Pete rock, Nas, Jay-z
Şəxsi həyatı
Ailəsi
Atasının adı Mehmed, anasının adı isə Serpil Özyavuzdur. Özündən kiçik Emre Özyavuz adlı bir qardaşı var. Emre Özyavuz Sagopa Kajmerin konsertlərində operatorluq edir. 1 avqust 2006-cı ildən həmkarı Kolera ləqəbli repçi Əsən Gülər Özyavuz ilə evlidir, uşağı yoxdur.
Narkotik iddiaları
17 iyul 2013 tarixində axşam vaxtı Sagopa Kajmerin İngiltərədən narkotik sifariş verdiyi, karqodan şübhələnən vəzifəlilər tərəfindən polisə xəbər verildiyi iddia edilmişdir. Rəsmi tvitter profilindən "Gömrük, idxalı qadağan olunmuş əşya gətirdiyim üçün məni hal-hazırda qonaq edir. Birlikdə iftar edirik. Bir çox ət yeyən çiçək, internetdən bir çox bibər növü tropik bitki toxumu sifariş verdim, başıma bəla oldu. Gömrük qanununu oxumadan sifariş verməyin." açıqlamasını verdi. Evindən nəzarət məntəqəsinə alınan sənətçi sağlamlıq idarəsinin ardından gecəni Sirkəcidə olan Gömrük İdarəsində keçirdi. Sabahsı gün isə göndərildiyi məhkəmə tərəfindən sərbəst buraxıldı. Növbətçi məhkəmə tərəfindən özünə xaricə çıxma qadağası qoyuldu. Həbsdən çıxdığı gün rəsmi tvitter profili vasitəsilə belə bir açıqlama vermişdir:
Bu gün məhkəmə tərəfindən sərbəst buraxıldım. Ürəyim rahat, ruhum rahat, əminəm ki sizlər də fərahladınız. Möhtəşəm insanların bir yerdə olduğu Gömrük Mühafizə və Kəşfiyyat qrupuna sonsuz sevgilər və təşəkkürlərimi bildirirəm. Möcüzə insanlar. Bundan başqa dünəndən bu yana mənlə maraqlanan siz sevimli sevənlərim, var olun. Həqiqətən mənə güvənən və inananlara salam olsun. Haqqımda irəli geri küfrlər edən, alçaq cümlələr quran fəsad və ürəyi çirkli insanlar, nə oldu? Yenə olmadı deyilmi? Olmayacaq da... Bu vaxt dünəndən bu yana qapı-qapı gəzib məni gözləyən media mənsubu yoldaşlara da salamlar. Onların da böyük kameralarla işi çətindi doğrusu. Hələlik məndən bu qədər. Sagopa Kajmer |
Mükafatları
2008-ci ildə MTV Müsiqi Mükafatı 2008də iştirak etmək üçün MTV Türkiyə tərəfindən təqdim edilən Ən Yaxşı Türk Sənətkar Mükafatı MTV Avropa Musiqi Mükafatıına namizəd olmuşdur.
Sagopa Kajmer Bendeki Sen albomu ilə 2010-cu ildə TRT tərəfindən ilk dəfə təşkil edilən TRT Musiqi Mükafatında İlin Albomu nominasiyasında ilk beşliyə girmişdir.
Diskoqrafiya
Albomlar
Prodüseri olduğu albomlar
İl | Prodakşn | Növü | Adı |
---|---|---|---|
2002 | Hammer Music | Albom | Med Cezir |
2004 | Bilinmir | Solo Albom | Huzur N Darem |
2004 | Hammer Müzik | Albom | Rapstar |
2010 | Bilinmir | Albom | Kafile 2 |
Silahsız Kuvvet adıyla buraxdığı albomlar
İl | Prodakşn | Növü | Adı |
---|---|---|---|
1999 | Bilinmir | Albom | Yeraltı Operasyonu Turbo, Silahsız Kuvvet, Nefret, Yener, Ses, Susturucu, Statik |
1999 | Bilinmir | Albom | Gerilim 99 (Promo) Silahsız Kuvvet |
2000 | Bilinmir | Mini Albom | Toplama Kampı Asya Sentez (Silahsız Kuvvet, Ceza) |
2001 | Hammer Müzik | Albom | Sözlerim Silahım Silahsız Kuvvet |
2002 | Hammer Müzik | Albom | İhtiyar Heyeti Silahsız Kuvvet |
Sagopa Kajmer adıyla buraxdığı albomlar
İl | Prodakşn | Növü | Adı |
---|---|---|---|
2000 | Bilinmir | Albom | One Second Sagopa Kajmer |
2001 | Bilinmir | Albom | On Kurşun Sagopa Kajmer |
2002 | Hammer Müzik | Albom | Sagopa Kajmer Sagopa Kajmer |
2004 | Hammer Müzik | Albom | Bir Pesimistin Gözyaşları Sagopa Kajmer |
2005 | Bilinmir | Albom | Romantizma Sagopa Kajmer |
2006 | Bilinmir | Albom | Kafile Kuvvetmira |
2007 | Melankolia Müzik | Albom | İkimizi Anlatan Bir Şey Sagopa Kajmer, Kolera |
2008 | Melankolia Müzik | Albom | Kötü İnsanları Tanıma Senesi Sagopa Kajmer |
2009 | Melankolia Müzik | Albom | Şarkı Koleksiyoncusu Sagopa Kajmer |
2010 | Melankolia Müzik | Albom | Bendeki Sen (Sagopa Kajmer, Kolera |
2011 | Melankolia Müzik | Mini Albom | Saydam Odalar Sagopa Kajmer |
2013 | Melankolia Müzik | Albom | Kalp Hastası Sagopa Kajmer |
Yığma albomlar
İl | Prodakşn | Növü | Adı |
---|---|---|---|
2002 | Bilinmir | Yığma | Tek Hayalim [Konser Kaydı Efekti Verilmiştir BPG Albümünde Hidden-track'tir.] |
2006 | Bilinmir | Yığma | Kuvvetmira Mixtape Vol.1 |
2007 | Bilinmir | Yığma | Compilation Vol. 1 |
2007 | Bilinmir | Yığma | Compilation Vol. 2 |
2007 | Bilinmir | Yığma | Compilation Vol. 3 |
2007 | Bilinmir | Yığma | Kuvvetmira Megamix-Tape [Live] |
EPləri
İl | Prodakşn | Növü | Adı |
---|---|---|---|
2000 | Bilinmir | Albom | Pesimist Ep 1 |
2002 | Bilinmir | Albom | Pesimist Ep 2 |
2005 | Bilinmir | Albom | Pesimist Ep 3 |
2005 | Bilinmir | Albom | Disstortion Ep |
2006 | Bilinmir | Albom | Pesimist Ep 4 - Kurşun Asker |
2008 | Melankolia Müzik | Albom | Pesimist Ep 5 - Kör Cerrah |
2009 | Melankolia Müzik | Albom | Saykodelik Ep |
2014 | Melankolia Müzik | Albom | Pesimist Ep 6 - Ahmak Islatan |
2019 | Melankolia Müzik | Albom | Sarkastik EP |
İnternet sinqlları
İl | Prodakşn | Növü | Adı |
---|---|---|---|
2008 | Bilinmir | Single | Bu Şarkıyı Zevk İçin Yaptık Sagopa Kajmer, Kolera |
2009 | Melankolia Müzik | Single | Beslenme Çantam Sagopa Kajmer, Kolera |
2009 | Melankolia Müzik | Single | Hain Sagopa Kajmer, Kolera |
2010 | Melankolia Müzik | Single | Ardından Bakarım Sagopa Kajmer (2011-ci ildə buraxılan Saydam Odalar albomuna əlavə edilmişdir.) |
2012 | Melankolia Müzik | Single | Istakoz Sagopa Kajmer (2013-cü ildə buraxılan Kalp Hastası albomuna əlavə edilmişdir.) |
2012 | Bilinmir | Single | 40 Sagopa Kajmer |
2012 | Bilinmir | Single | Ultimate Sagopa Kajmer, Shi 360 |
2014 | Bilinmir | Single | Abrakadabra Sagopa Kajmer, Birol Giray |
2014 | Bilinmir | Single | Artık Bitti Sagopa Kajmer, Cem Adrian |
2015 | Bilinmir | Single | Bilmiyorum Sagopa Kajmer |
2015 | Bilinmir | Single | Naber Sagopa Kajmer, Birol Giray |
Video kliplər
- Maskeli Balo (2003)
- Karikatür Komedya (2003)
- Neyim Var Ki feat Ceza (2004)
- Al 1'de Buradan Yak (2004)
- Bebeğim Öldü (2005)
- Vasiyet (2005)
- Baytar (2006)
- Kırık Çocuk (2007)
- Monotonluk Maratonu feat Kolera (2007)
- Kendim İçin (2007)
- Ben Hüsrana Komşuyum (2008)
- Düşersem Yanarım (2008)
- Muamma (2008) (2012 yılında yayınlanmıştır.)
- Ateşten Gömlek (2009)
- Unut Dedi Hatıram feat Abluka Alarm (2010)
- Bir Dizi İz feat Kolera (2010)
- Merhametine Dön feat Kolera (2010)
- Galiba (2011)
- Kaç Kaçabilirsen feat Kolera (2012)
- Düşünmek için Vaktin Var (2013)
- Uzun Yollara Devam (2013)
- Abrakadabra feat Birol Giray (2014)
Qeyd: "Kaç Kaçabilirsen" mahnısının video klipi Sagopa Kajmer və Kolera tərəfindən çəkilmiş həvəskar bir video klipdir.
Filmoqrafiya
Turları
Mənbə
- (türk). melankolia.com.tr. 2016-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
İstinadlar
- ↑ (türk). melankolia.com.tr. 2016-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- ↑ Yusuf İzel (2013-04-28). "A'dan Z'ye Sagopa Kajmer". A'dan Z'ye (türk). sabah.com.tr/Günaydın qəzeti. İstifadə tarixi: 2014-09-16.
- (türk). 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-08-11. 2014-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2008-12-22. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2008-12-27. 2016-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2009-02-09. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2013-07-07. 2016-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- MelankoliaMuzikTV. "Sagopa Kajmer-Düşünmek İçin Vaktin Var (2013 video klip)" (türk). youtube.com. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2013-07-08. 2016-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- . 2014-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
- http://www.n11.com/sagopa-kajmer-kalp-hastasi-P14768564
- http://www.dr.com.tr/Muzik/Kalp-Hastasi/Sagopa-Kajmer/Yerli-Albumler/Turkce-Rap/urunno=0000000450309
- https://itunes.apple.com/tr/album/kalp-hastas/id672728900
- (türk). melankolia.com.tr. 2013-07-08. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-09-12. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2013-09-26. 2016-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- MelankoliaMuzikTV (2013-09-26). "Sagopa Kajmer-Uzun Yollara Devam Video Klip (2013)" (türk). youtube.com. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-02-19. 2014-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-04-14. 2014-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- Koleraflow (2014-04-20). "Sagopa Kajmer-Pesimist Ep 6 Full Version" (türk). youtube.com. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-04-20. 2016-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-05-06. 2016-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). ttnetmuzik. 2014-05-06. 2016-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-06-25. 2014-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- beegeefg937 (2014-06-25). "Birol Giray ft. Sagopa Kajmer Abrakadabra TEASER" (türk). youtube.com. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-06-27. 2016-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- koleraflow (2014-06-27). "Birol Giray (Bee Gee) ft Sagopa Kajmer-Abrakadabra" (türk). youtube.com. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-08-17. 2014-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- (türk). melankolia.com.tr. 2014-09-01. 2014-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
- "Sagopa Kajmer serbest bırakıldı" (türk). milliyet.com.tr. 2013-07-18. İstifadə tarixi: 2014-09-16.
Həmçinin bax
- Kolera
- Kuvvetmira
- Melankolia Müzik