Ballınanə
Ballınanə | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
| ||||||||||||
Elmi adı | ||||||||||||
Melissa L. | ||||||||||||
Melissa officinalis L. - Dərman bədrənci - Мелисса лекарственная - Medical balm
Ballınanə, bədrənc və ya limonotu (lat. Melissa L.) Dalmazkimilər (Lamiaceae Lindi.) fəsiləsinin Bədrənc(Melissa L.) cinsindən olan çoxillik ot bitkisidir. Gövdəsi dördkünc,budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir.
Botaniki təsviri
Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, saplaqlı, yumurtavari, kənarları mişarvaridir. Çiçəkləri xırda, ağ rəngdə, ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə, qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir.
Mənşəyi və yayılması
Dərman bədrənci kserofil coğrafi tipininaralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran,Əfqanıstan, Orta Asiya və Qafqazda yayılmışdır.Azərbaycanda dərman bədrənci Böyük Qafqazın Quba massivi və qərb rayonları, Kiçik Qafqazın şimal və mərkəzi rayonları, Kürdüzənliyi, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.
Quba, Qusar, Şabran, Şəki, Zaqatala, Şuşa,Laçın, Daşkəsən, Gədəbəy, Göy-göl,Tovuz rayonlarında, Kür düzənliyi, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800m-ə qədər)rast gəlinir. Əsasən meşə və meşə kənarı kolluqlar, bağ və bostanlarda bitir.
Ekoloji qrup və bitdiyi yerlər
Kseromezofitdir, meşə-kol və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarında, kolluqlarda, bağ və bostanlarda kiçik qruplar (3-6 fərd) əmələ gətirir.
Kimyəvi tərkibi
Flavonoid, efir və piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, aşı maddələri və aromatik birləşmələrlə zəngindir.
Tərkibi
Flavonid, efir və piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, aşı maddəsi və aromatik birləşmələrlə zəngindir.
Təsiri və tətbiqi
Farmokopeyaya daxil olan rəsmi dərman bitkisidir. Praktiki, eksperimental və xalq təbabətində, eləcə də,farmokologiyada və baytarlıqda geniş tətbiq edilir. Bu bitki əsasən ürək-damar, mədə-bağırsaq, revmatizm, dəri, boğaz,qulaq, bronxit və qan xəstəlikləri, habelə nevralgiya, baş və diş ağrıları,irinli yara və xoralar,yanıqlar, bədxassəli şişlər, podaqra, sınıqlar, burxulma və zədələnmə zamanı istifadə olunur.Antioksidant, antibakterial,antifunqal,antivirus, sakitləşdirici,hipotenziv, ödqovucu,hemostatik, damardaraldıcı, ağrıkəsici, işlədici və iltihab proseslərinə qarşı təsirə malikdir.
Əks təsirləri
Arterial hipotenziyaya ziyandır, az zəhərlidir.
İstifadə olunan hissələr və formaları
Yerüstü hissəsi, yarpaqları, çiçəkləri və toxumları.
İstifadə formaları - Cövhər, dəmləmə və şirələr.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
Bal və çiçək tozu verən bitkidir.
Dərman bitkisi kimi istifadə olunan növləri
- Bədrənc; Dərman limonotu; Dərman arıotu; Əngəbu (lat. Melissa officinalis L.)
Digər növləri
- Melissa axillaris (Benth.) Bakh.f.
- Melissa bicornis Klokov
- Melissa flava Benth. ex Wall.
- Melissa yunnanensis C.Y.Wu & Y.C.Huang
Mənbə
Azərbaycanda geniş yayılmış dərman bitkiləri. AMEA Botanika İnstitutunun Azərbaycan Botanika Cəmiyyəti.
- ↑ Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011