Boston Universiteti (ing. Boston University) — ABŞ-nin Massaçusets ştatının paytaxtı Boston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Boston Universiteti | |
---|---|
Boston University | |
Əsası qoyulub | 1839 |
Tip | Özəl |
Tələbə sayı | 33,421 (2014) |
Şəhər | Boston şəhəri |
Ölkə | |
Sayt | bu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Boston Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir ştatının Konkord şəhərində fəaliyyət göstərən konqreqasiya cəmiyyəti (kilsə icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi Bibliya İnstitutu Konkord şəhərində 20 il fəaliyyət göstərir. 1867-ci ildə institut Massaçusets ştatının Boston şəhərində Piknik-strit 23-ə köçür və burada Boston İlahiyyat İnstitutu adı altında fəaliyyət göstərir. 1869-cu ildə Massaçusets ştatının Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi Bibliya Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin — İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük rolu olur. Hazırda universitetdə onların adlarını daşıyan yataqxanalar fəaliyyət göstərir. 1869-cu il mayın 26-da Massaçusets ştatının qubernatoru Klaflin Linin oğlu Uilyam ştatın Qanunvericilik Şurasının qəbul etdiyi nizamnaməni imzalayır. Universitetə, teologiya fakültəsi istisna olmaqla, dinindən, irqindən, milliyyətindən, cinsindən asılı olmayaraq hər kəs qəbul edilir. Boston İlahiyyat İnstitutu 1871-ci ildə Boston Universitetinə birləşdirilir və universitetin İlahiyyat Məktəbi kimi fəaliyyət göstərməyə başlayır. Bir il sonra İsaak Riç öz mülkünün böyük bir hissəsini (1,5 milyon ABŞ dolları) Boston Universitetinə bağışlayaraq vəfat edir. Bu, həmin dövrdə Amerika ali məktəblərinə bağışlanmış ən böyük ianələrdən hesab olunurdu.
1872-ci ilin dekabrında baş vermiş yanğın Boston Universitetini, demək olar ki, tamamilə məhv edir. Yalnız universitetin bir binası yanğından az zərər çəkir. Nəticədə ali məktəbin Aspinuol Hill ərazisində kampus yaratmaq niyyəti baş tutmur və buradakı ərazisini hissə-hissə satır. Hazırda həmin yerlərdəki Klaflin Road, Klaflin Path və küçə adları orada nə vaxtsa Boston Universitetinin fəaliyyət göstərdiyini təsdiq edir.
Boston Universitetinin Bekon Hill, Boylston Strit və Kopli meydanında yerləşən korpusları, Çarlz River kampusu 1937-ci ildən sonra tikilməyə başlayıb. 1951-ci ildə universitetin 5-ci prezidenti Harold Keysin rəhbərliyi dövründə ali məktəb 180000 m² ərazi və 68 yeni bina alır. Universitetin ilk yataqxanaları Klaflin, Riç və Sliper Holls, Qərb kampusu, Uorren Touers, Mugar Memorial kitabxanası və s. binalar tikilir, ali məktəb sürətli inkişaf yoluna qədəm qoyur.
1990-cı illərdə universitetin Qərb və Şərq hissələrini birləşdirmək məqsədi ilə Con Henkok Tələbə Kəndi tikilir. Boston Universitetində mütəmadi olaraq inkişaf proqramları qəbul olunur. 2009-cu il böhranında universitetdə 2,5 milyon dollarlıq kompüter sistemlərinin yeniləşdirilməsi prosesi baş tutub. Bununla yanaşı, universitetdə kitabxana, yataqxana və digər obyektlərin yenidənqurulması ilə bağlı işlər aparılır.
Müasir vəziyyəti
Boston Universiteti Çarlz River və Tibb kampuslarından ibarətdir. Əsas Çarlz River kampusu Boston şəhərinin Bek Bey rayonunda Çarlz çayı sahili boyu, Tibb kampusu isə Saut-End ərazisində yerləşir. Çarlz River kampusunda yerləşən binaların əksəriyyəti qotik üslubda inşa olunmasına baxmayaraq, burada müasir tikililər də az deyil. Con Henkok Tələbə Kəndi 40000 m² ərazini əhatə edir. Kənddə Fitnes və Sağlamlıq Mərkəzi, 2000-ci ildə inşa edilmiş bir və 2009-cu ildə tikilmiş iki yataqxana, 19 və 26 mərtəbəli yeni binalar və s. yerləşir. Boston Universitetinin əlavə olaraq Brüssel, Dubay, London, Los-Anceles və Vaşinqtonda kampusları fəaliyyət göstərir.
Boston Universitetinin yataqxana kompleksi ABŞ-nin ən böyük yataqxanalarından hesab olunur. Universitetin yataqxanaları, əsasən, Çarlz River kampusunun Bey Roud və Cənub Kampus rezidental ərazilərində yerləşir. Hazırda ali məktəbin tələbələrinin 76%-i kampus ərazisində məskunlaşıb. Kampusda yerləşən yataqxana binaları müxtəlif dövrlərin üslublarında inşa edilib. Burada XIX əsrin Braunston taunhausları (qəhvəyi daşlardan tikilmiş ev və binalar), 1960-cı və 2000-ci illərə aid yüksək mərtəbəli binalar mövcuddur. Universitetdə tələbə çox olduğundan, kampusda otaq qıtlığı müşahidə olunur. Çarlz çayının üzərində Hyatt Regency Kembric müvəqqəti yataqxanası yerləşir. Uorren Touer yataqxanaların ən böyüyüdür və 1800-dən çox tələbə yerləşdirməyə qadirdir. Yataqxanalar yüksək səviyyəli şəraitə malikdir və ciddi mühafizə olunur.
Boston Universitetində 250-dən çox proqram təklif edən 17 kollec fəaliyyət göstərir. Bunlar İncəsənət və Elmlər, Kommunikasiya, Mühəndislik, Təsviri İncəsənət, Ümumi Tədqiqatlar, Təhsil, Qonaqpərvərlik Administrasiyası, İdarəetmə, Hüquq, İctimai Fəaliyyət, İlahiyyat, Tibb, Qoldman Stomatologiya, İctimai Səhiyyə, Təhsilin Davametdirilməsi, Elmi və Texniki Proqramlar (Metropolitan), Sağlamlıq və Reabilitasiya Elmləri (Sarcent) kollecləridir. Hər kollec öz növbəsində məktəblərdən və bölmələrdən ibarətdir. Universitetdə 140 elmi-tədqiqat müəssisəsi, 2000-dən çox laboratoriya mövcuddur. Həmçinin ali məktəbin nəzdində Boston Universiteti Teatrı, Fotonika, Afrika Tədqiqatları, Tsay İfaçılıq, Distant Zondlaşdırma, Hesablama Elmləri mərkəzləri, İqtisadi İnkişaf, İrq və Sosial Bölünmə institutları, Koyt Rəsədxanası vardır.
Boston Universitetinin kitabxana sisteminə 23 kitabxana daxildir. Universitetin mərkəzi kitabxanası Çarlz River kampusunda yerləşən Muqar Memorial kitabxanasıdır. Bu kitabxanada 2 milyon cild kitab, 4 milyon mikroforma və digər materiallar mövcuddur. Kitabxananın xüsusi kolleksiyalar bölməsində 100000-dən çox nadir kitab, XVI əsrdən dövrümüzə qədər qorunan sənədlər, Dante, Avraam Linkoln, Robert Frost, Teodor Ruzvelt, Kiçik Martin Lüter Kinq və başqa dahi şəxslərin əlyazmalar və əsərlərinin ilkin nəşrləri saxlanır. Muqar Memorial kitabxanasının nəzdində əvvəllər XX Əsr Arxivi adlandırılan Hovard Hotlib Arxiv Elmi-Tədqiqat Mərkəzi yerləşir. Mərkəzdə diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrə aid sənədlər qorunur.
2005-ci ilin sentyabrından başlayaraq Boston Universitetinin 10-cu prezidenti, kimya texnologiyaları üzrə professor Robert Braundur. Universitetin prorektoru isə professor Devid Kempbelldir. Ali məktəbdə 3931 nəfər akademik, 7410 nəfər inzibati heyət çalışır. Ali məktəbin müəllim-professorları arasında 3 Nobel mükafatı laureatı (fizika üzrə Şeldon Qleşou, sülh üzrə Eli Vizel, ədəbiyyat üzrə Derek Uolkott), ikiqat PEN/Folkner mükafatı laureatı Ha Tzin, Broderik mükafatı laureatı Yurye Koskinen, Makartur mükafatı laureatı Cim Kollinz, ikiqat Pulitzer mükafatı laureatı Robert Zelnik, 23 nəfər Amerika İncəsənət və Elmlər Akademiyasının akademiki, 35 Quqqenheym təqaüdçüsü var.
Boston Universitetində dünyanın 100-dən çox ölkəsindən və ABŞ-nin 50 ştatından olan 31766 nəfər qeydə alınıb. Onların 18534 nəfərini bakalavr, 12232 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Universitetdə 500-ə yaxın tələbə təşkilatı, 55 mədəni, 31 dini gənclər təşkilatı, 33 idman klubu, 15 idman komandası və s. fəaliyyət göstərir.
Boston Universitetinin 285000-dən çox məzunu dünyanın bir çox ölkəsində müxtəlif vəzifələrdə çalışır. Bu ali məktəbi Kiçik Martin Lüter Kinq, Uilyam Koen, Geri Lok, Robert Pinski, Ayzek Azimov, Hovard Stern, Bill OTReyli, Frans Klayn, aktyorlar Culiana Mur, Cina Devis və digər məşhur şəxslər bitiriblər. Vətəndaş hüquqları Afro-Amerikan hərəkatının lideri Kiçik Martin Lüter Kinq 1955-ci ildə Boston Universitetində ilahiyyat ixtisası üzrə doktorluq dərəcəsi alıb. 1964-cü ildə sülh üzrə Nobel mükafatına layiq görüldükdən sonra, o öz əlyazmalarını, şəxsi sənəd və qeydlərini universitetin Muqar Memorial kitabxanasına bağışlayıb. ABŞ-də 1864-cü ildə tibb üzrə diplom almış ilk qaradərili qadın Rebeka Li, ilk qaradərili psixiatr və Alzheymer xəstəliyinin tədqiqatçısı Solomon Karter Fuller 1897-ci ildə Boston Universitetinin məzunu olublar.
Boston Universiteti ABŞ-nin dördüncü ən böyük özəl ali məktəbi və ikinci ən nəhəng işəgötürən müəssisəsidir. Dünyanın bir çox ölkələrini təmsil edən tələbələrin burada oxumaları ilə yanaşı, universitet istedadlı və savadlı müəllimləri də özünə cəlb edərək işlə təmin edir.
Simvolları
Ali məktəbin şüarı belədir:
"Öyrənmək, ləyaqət, möminlikǃ" |
Büdcəsi
2009–2010-cu tədris ilində Boston Universitetinin illik gəlirləri 1529563000 ABŞ dolları, illik xərcləri isə 1443477000 ABŞ dolları təşkil edib. Ali məktəbin ianə fondunun gəlirləri 1020000000 ABŞ dollarına bərabərdir.
Təhsil haqqı
2010–2011-ci tədris ilində Boston Universitetində tələbələrin təhsil haqqı 39314 ABŞ dolları təşkil edir. Universitetdə təhsil alan əcnəbilər ABŞ-dən olan tələbələrlə eyni məbləğdə təhsil haqqı ödəyirlər. Bundan əlavə, tələbələrdən 550 ABŞ dolları dəyərində vergi tutulur. Tələbələr kampus daxilində yaşayış yeri ilə təmin olunmaq üçün ildə 7980, qidalanmaq üçün isə 4280 ABŞ dolları ödəyirlər. Kitab və digər ləvazimatlar üçün gənclərə ildə 940, nəqliyyat üçün 546, şəxsi xərclər üçün isə 1290 ABŞ dollarına qədər vəsait lazım gəlir. Ötən tədris ilindən fərqli olaraq bu il universitet təhsil, yaşayış və qidalanma qiymətlərini 3,65% artırıb. Tələbələrə verilən təqaüd və maliyyə yardımının məbləği də 12% çoxalıb.
Boston Universitetində təqaüd yüksək akademik göstəricilərə, liderlik bacarıqlarına malik, hər semestrin 12 kreditini uğurla verən, dərslərdə mütəmadi iştirak edən, il ərzində yüksək bal nəticələri olan, istedadlı (rəssam, aktyorluq məharəti və s.), idman sahəsi üzrə uğur qazanmış tələbələrə verilir. Universitet tərəfindən təqaüdə layiq görülən tələbələr kampus ərazisində yaşamalıdırlar. Dünyanın digər nüfuzlu ali təhsil ocaqlarında olduğu kimi, Boston Universitetində də müxtəlif təqaüdlər mövcuddur (Qəyyumluq, Texniki, Universitet, Aleksandr Qrahem Bell, Kiçik Martin Lüter Kinq, İdman və s.). Əcnəbi tələbələr Qəyyumluq, Texniki və Universitet təqaüdləri ala bilərlər. Boston Universitetində maliyyə yardımı yalnız yüksək akademik göstəricilərə malik və maliyyə vəziyyəti çətin olan yerli tələbələrə verilir.
Reytinqi
Böyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Boston Universiteti 100 ən yaxşı ali məktəb arasında 54-cü yerdə olmuşdur.
2010-cu ildə "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Boston Universiteti dünyanın ən nüfuzlu universitetləri arasında 59-cu yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 64-cü yerdə idi.
Xarici əlaqələri
Boston Universiteti dünyanın 20-yə yaxın ölkəsində 70-dən çox tədris proqramı təklif edir.
Universitetin BƏƏ-nin Dubay Əmirliyində filialı fəaliyyət göstərir.
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – Kosta-Rikanın sabiq prezidenti, sülh üzrə Nobel mükafatı laureatı;
- – ABŞ-nin sabiq müdafiə naziri;
- – ABŞ-nin ticarət naziri;
- – İordaniyanın sabiq Baş naziri;
- Rəfiq Həriri – Livanın sabiq Baş naziri;
- – Perunun sabiq birinci xanımı;
- – sülh üzrə Nobel mükafatı laureatı;
- Eli Vizel – sülh üzrə Nobel mükafatı laureatı;
- – fizika üzrə Nobel mükafatı laureatı;
- Derek Uolkott – ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Sol Bellou – ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- – kimya üzrə Nobel mükafatı laureatı;
- – "IBM" şirkətinin vitse-prezidenti;
- Ayzek Azimov – yazıçı, biokimya üzrə professor;
- – tanınmış ABŞ şairi;
- – tanınmış teleaparıcı;
- Frans Klayn – tanınmış ABŞ rəssamı.
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Boston Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 26.11.2010, № 46. (az.)
İstinadlar
- "About Boston University". Boston University. 2011-10-02 tarixində . İstifadə tarixi: 2015-03-06.
- Directory of Open Access Journals. 2003.
- BOSTON 2022-08-19 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. (az.)
Xarici keçidlər
- bu.edu — Boston Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Boston Universiteti ing Boston University ABS nin Massacusets statinin paytaxti Boston seherinde yerlesen ozel ali tehsil muessisesi olkenin en aparici ali tehsil ocaqlarindan biridir Boston UniversitetiBoston University42 20 56 sm e 71 06 01 q u Esasi qoyulub 1839Tip OzelTelebe sayi 33 421 2014 Seher Boston seheriOlke ABSSayt bu edu Vikianbarda elaqeli mediafayllarTarixiBoston Universitetinin tarixi 1839 cu ilde yaradilmis Vermont statinda yerlesen Nyuberi Bibliya Institutundan baslayir 1847 ci ilde Nyu Hempsir statinin Konkord seherinde fealiyyet gosteren konqreqasiya cemiyyeti kilse icmalari birlesmesi Nyuberi Bibliya Institutunu oz seherlerine devet edir Institut 1200 neferi yerlesdire bilecek kilse binasina kocur Nyuberi Bibliya Institutu Konkord seherinde 20 il fealiyyet gosterir 1867 ci ilde institut Massacusets statinin Boston seherinde Piknik strit 23 e kocur ve burada Boston Ilahiyyat Institutu adi altinda fealiyyet gosterir 1869 cu ilde Massacusets statinin Qanunvericilik Surasinin qerarina esasen Nyuberi Bibliya Universitetine Boston Universiteti adi verilir Universitetin yaranmasinda uc sexsin Isaak Ric Li Klaflin ve Iakov Sliperin boyuk rolu olur Hazirda universitetde onlarin adlarini dasiyan yataqxanalar fealiyyet gosterir 1869 cu il mayin 26 da Massacusets statinin qubernatoru Klaflin Linin oglu Uilyam statin Qanunvericilik Surasinin qebul etdiyi nizamnameni imzalayir Universitete teologiya fakultesi istisna olmaqla dininden irqinden milliyyetinden cinsinden asili olmayaraq her kes qebul edilir Boston Ilahiyyat Institutu 1871 ci ilde Boston Universitetine birlesdirilir ve universitetin Ilahiyyat Mektebi kimi fealiyyet gostermeye baslayir Bir il sonra Isaak Ric oz mulkunun boyuk bir hissesini 1 5 milyon ABS dollari Boston Universitetine bagislayaraq vefat edir Bu hemin dovrde Amerika ali mekteblerine bagislanmis en boyuk ianelerden hesab olunurdu 1872 ci ilin dekabrinda bas vermis yangin Boston Universitetini demek olar ki tamamile mehv edir Yalniz universitetin bir binasi yangindan az zerer cekir Neticede ali mektebin Aspinuol Hill erazisinde kampus yaratmaq niyyeti bas tutmur ve buradaki erazisini hisse hisse satir Hazirda hemin yerlerdeki Klaflin Road Klaflin Path ve kuce adlari orada ne vaxtsa Boston Universitetinin fealiyyet gosterdiyini tesdiq edir Boston Universitetinin Bekon Hill Boylston Strit ve Kopli meydaninda yerlesen korpuslari Carlz River kampusu 1937 ci ilden sonra tikilmeye baslayib 1951 ci ilde universitetin 5 ci prezidenti Harold Keysin rehberliyi dovrunde ali mekteb 180000 m erazi ve 68 yeni bina alir Universitetin ilk yataqxanalari Klaflin Ric ve Sliper Holls Qerb kampusu Uorren Touers Mugar Memorial kitabxanasi ve s binalar tikilir ali mekteb suretli inkisaf yoluna qedem qoyur 1990 ci illerde universitetin Qerb ve Serq hisselerini birlesdirmek meqsedi ile Con Henkok Telebe Kendi tikilir Boston Universitetinde mutemadi olaraq inkisaf proqramlari qebul olunur 2009 cu il bohraninda universitetde 2 5 milyon dollarliq komputer sistemlerinin yenilesdirilmesi prosesi bas tutub Bununla yanasi universitetde kitabxana yataqxana ve diger obyektlerin yenidenqurulmasi ile bagli isler aparilir Muasir veziyyetiBoston Universiteti Carlz River ve Tibb kampuslarindan ibaretdir Esas Carlz River kampusu Boston seherinin Bek Bey rayonunda Carlz cayi sahili boyu Tibb kampusu ise Saut End erazisinde yerlesir Carlz River kampusunda yerlesen binalarin ekseriyyeti qotik uslubda insa olunmasina baxmayaraq burada muasir tikililer de az deyil Con Henkok Telebe Kendi 40000 m erazini ehate edir Kendde Fitnes ve Saglamliq Merkezi 2000 ci ilde insa edilmis bir ve 2009 cu ilde tikilmis iki yataqxana 19 ve 26 mertebeli yeni binalar ve s yerlesir Boston Universitetinin elave olaraq Brussel Dubay London Los Anceles ve Vasinqtonda kampuslari fealiyyet gosterir Boston Universitetinin yataqxana kompleksi ABS nin en boyuk yataqxanalarindan hesab olunur Universitetin yataqxanalari esasen Carlz River kampusunun Bey Roud ve Cenub Kampus rezidental erazilerinde yerlesir Hazirda ali mektebin telebelerinin 76 i kampus erazisinde meskunlasib Kampusda yerlesen yataqxana binalari muxtelif dovrlerin uslublarinda insa edilib Burada XIX esrin Braunston taunhauslari qehveyi daslardan tikilmis ev ve binalar 1960 ci ve 2000 ci illere aid yuksek mertebeli binalar movcuddur Universitetde telebe cox oldugundan kampusda otaq qitligi musahide olunur Carlz cayinin uzerinde Hyatt Regency Kembric muveqqeti yataqxanasi yerlesir Uorren Touer yataqxanalarin en boyuyudur ve 1800 den cox telebe yerlesdirmeye qadirdir Yataqxanalar yuksek seviyyeli seraite malikdir ve ciddi muhafize olunur Boston Universitetinde 250 den cox proqram teklif eden 17 kollec fealiyyet gosterir Bunlar Incesenet ve Elmler Kommunikasiya Muhendislik Tesviri Incesenet Umumi Tedqiqatlar Tehsil Qonaqperverlik Administrasiyasi Idareetme Huquq Ictimai Fealiyyet Ilahiyyat Tibb Qoldman Stomatologiya Ictimai Sehiyye Tehsilin Davametdirilmesi Elmi ve Texniki Proqramlar Metropolitan Saglamliq ve Reabilitasiya Elmleri Sarcent kollecleridir Her kollec oz novbesinde mekteblerden ve bolmelerden ibaretdir Universitetde 140 elmi tedqiqat muessisesi 2000 den cox laboratoriya movcuddur Hemcinin ali mektebin nezdinde Boston Universiteti Teatri Fotonika Afrika Tedqiqatlari Tsay Ifaciliq Distant Zondlasdirma Hesablama Elmleri merkezleri Iqtisadi Inkisaf Irq ve Sosial Bolunme institutlari Koyt Resedxanasi vardir Boston Universitetinin kitabxana sistemine 23 kitabxana daxildir Universitetin merkezi kitabxanasi Carlz River kampusunda yerlesen Muqar Memorial kitabxanasidir Bu kitabxanada 2 milyon cild kitab 4 milyon mikroforma ve diger materiallar movcuddur Kitabxananin xususi kolleksiyalar bolmesinde 100000 den cox nadir kitab XVI esrden dovrumuze qeder qorunan senedler Dante Avraam Linkoln Robert Frost Teodor Ruzvelt Kicik Martin Luter Kinq ve basqa dahi sexslerin elyazmalar ve eserlerinin ilkin nesrleri saxlanir Muqar Memorial kitabxanasinin nezdinde evveller XX Esr Arxivi adlandirilan Hovard Hotlib Arxiv Elmi Tedqiqat Merkezi yerlesir Merkezde diplomatiya jurnalistika edebiyyat ve diger sahelere aid senedler qorunur 2005 ci ilin sentyabrindan baslayaraq Boston Universitetinin 10 cu prezidenti kimya texnologiyalari uzre professor Robert Braundur Universitetin prorektoru ise professor Devid Kempbelldir Ali mektebde 3931 nefer akademik 7410 nefer inzibati heyet calisir Ali mektebin muellim professorlari arasinda 3 Nobel mukafati laureati fizika uzre Seldon Qlesou sulh uzre Eli Vizel edebiyyat uzre Derek Uolkott ikiqat PEN Folkner mukafati laureati Ha Tzin Broderik mukafati laureati Yurye Koskinen Makartur mukafati laureati Cim Kollinz ikiqat Pulitzer mukafati laureati Robert Zelnik 23 nefer Amerika Incesenet ve Elmler Akademiyasinin akademiki 35 Quqqenheym teqaudcusu var Boston Universitetinde dunyanin 100 den cox olkesinden ve ABS nin 50 statindan olan 31766 nefer qeyde alinib Onlarin 18534 neferini bakalavr 12232 neferini ise magistr ve doktorantlar teskil edirler Universitetde 500 e yaxin telebe teskilati 55 medeni 31 dini gencler teskilati 33 idman klubu 15 idman komandasi ve s fealiyyet gosterir Boston Universitetinin 285000 den cox mezunu dunyanin bir cox olkesinde muxtelif vezifelerde calisir Bu ali mektebi Kicik Martin Luter Kinq Uilyam Koen Geri Lok Robert Pinski Ayzek Azimov Hovard Stern Bill OTReyli Frans Klayn aktyorlar Culiana Mur Cina Devis ve diger meshur sexsler bitiribler Vetendas huquqlari Afro Amerikan herekatinin lideri Kicik Martin Luter Kinq 1955 ci ilde Boston Universitetinde ilahiyyat ixtisasi uzre doktorluq derecesi alib 1964 cu ilde sulh uzre Nobel mukafatina layiq goruldukden sonra o oz elyazmalarini sexsi sened ve qeydlerini universitetin Muqar Memorial kitabxanasina bagislayib ABS de 1864 cu ilde tibb uzre diplom almis ilk qaraderili qadin Rebeka Li ilk qaraderili psixiatr ve Alzheymer xesteliyinin tedqiqatcisi Solomon Karter Fuller 1897 ci ilde Boston Universitetinin mezunu olublar Boston Universiteti ABS nin dorduncu en boyuk ozel ali mektebi ve ikinci en neheng isegoturen muessisesidir Dunyanin bir cox olkelerini temsil eden telebelerin burada oxumalari ile yanasi universitet istedadli ve savadli muellimleri de ozune celb ederek isle temin edir SimvollariAli mektebin suari beledir Oyrenmek leyaqet mominlikǃ Budcesi2009 2010 cu tedris ilinde Boston Universitetinin illik gelirleri 1529563000 ABS dollari illik xercleri ise 1443477000 ABS dollari teskil edib Ali mektebin iane fondunun gelirleri 1020000000 ABS dollarina beraberdir Tehsil haqqi2010 2011 ci tedris ilinde Boston Universitetinde telebelerin tehsil haqqi 39314 ABS dollari teskil edir Universitetde tehsil alan ecnebiler ABS den olan telebelerle eyni meblegde tehsil haqqi odeyirler Bundan elave telebelerden 550 ABS dollari deyerinde vergi tutulur Telebeler kampus daxilinde yasayis yeri ile temin olunmaq ucun ilde 7980 qidalanmaq ucun ise 4280 ABS dollari odeyirler Kitab ve diger levazimatlar ucun genclere ilde 940 neqliyyat ucun 546 sexsi xercler ucun ise 1290 ABS dollarina qeder vesait lazim gelir Oten tedris ilinden ferqli olaraq bu il universitet tehsil yasayis ve qidalanma qiymetlerini 3 65 artirib Telebelere verilen teqaud ve maliyye yardiminin meblegi de 12 coxalib Boston Universitetinde teqaud yuksek akademik gostericilere liderlik bacariqlarina malik her semestrin 12 kreditini ugurla veren derslerde mutemadi istirak eden il erzinde yuksek bal neticeleri olan istedadli ressam aktyorluq mehareti ve s idman sahesi uzre ugur qazanmis telebelere verilir Universitet terefinden teqaude layiq gorulen telebeler kampus erazisinde yasamalidirlar Dunyanin diger nufuzlu ali tehsil ocaqlarinda oldugu kimi Boston Universitetinde de muxtelif teqaudler movcuddur Qeyyumluq Texniki Universitet Aleksandr Qrahem Bell Kicik Martin Luter Kinq Idman ve s Ecnebi telebeler Qeyyumluq Texniki ve Universitet teqaudleri ala bilerler Boston Universitetinde maliyye yardimi yalniz yuksek akademik gostericilere malik ve maliyye veziyyeti cetin olan yerli telebelere verilir ReytinqiBoyuk Britaniyanin Times Higher Education Supplement QS World Universities Rankings jurnalinin 2009 cu ilde apardigi dunya universitetlerinin reytinqine esasen Boston Universiteti 100 en yaxsi ali mekteb arasinda 54 cu yerde olmusdur 2010 cu ilde Times Higher Education World University Rankings in aciqlamasina esasen Boston Universiteti dunyanin en nufuzlu universitetleri arasinda 59 cu yerde QS World University Rankings in aciqlamasina esasen ise 64 cu yerde idi Xarici elaqeleriBoston Universiteti dunyanin 20 ye yaxin olkesinde 70 den cox tedris proqrami teklif edir Universitetin BEE nin Dubay Emirliyinde filiali fealiyyet gosterir Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Kosta Rikanin sabiq prezidenti sulh uzre Nobel mukafati laureati ABS nin sabiq mudafie naziri ABS nin ticaret naziri Iordaniyanin sabiq Bas naziri Refiq Heriri Livanin sabiq Bas naziri Perunun sabiq birinci xanimi sulh uzre Nobel mukafati laureati Eli Vizel sulh uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati Derek Uolkott edebiyyat uzre Nobel mukafati laureati Sol Bellou edebiyyat uzre Nobel mukafati laureati kimya uzre Nobel mukafati laureati IBM sirketinin vitse prezidenti Ayzek Azimov yazici biokimya uzre professor taninmis ABS sairi taninmis teleaparici Frans Klayn taninmis ABS ressami MenbeLamiye Eliyeva Dunya universitetleri Boston Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 26 11 2010 46 az Istinadlar About Boston University Boston University 2011 10 02 tarixinde Istifade tarixi 2015 03 06 Directory of Open Access Journals 2003 BOSTON 2022 08 19 at the Wayback Machine ensiklopediya gov az az Besaret Memmedov Ramil Huseynov Dunya tehsili Birlesmis Ereb Emirliklerinin tehsil sistemi 2014 09 09 at the Wayback Machine Yazinin hazirlanmasinda Birlesmis Ereb Emirliklerinin Tehsil Nazirliyinin hemcinin Ali Tehsil ve Elmi Tedqiqat Nazirliyinin resmi materiallarindan istifade olunub Azerbaycan muellimi qezeti 30 09 2011 38 az Xarici kecidlerbu edu Boston Universitetinin resmi sayti