Bizon (enerji içkisi)
Bizon enerji içkisi — energetik içki.
Tərkibi
Tərkibində su, şəkər, sakkaroz, glikoz şurubu, asit, sitrik asit, sodyum sitrat, karbondioksit, taurin, qoruyucu, potasyum sorbat, kafein, inositol, rəngləndirici, allura red, antioksidan, askorbik asit, guarana özütü, ginseng, glukoronoloktan, niasin, vitamin B3, tlamin, vitamin B1 vardır. Fiziki və əqli fəaliyyət ilə məşğul olanlar üçün əla enerji mənbəyi hesab olunur.
Ziyanı
Bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilsə də, buna müvəffəq olunmayıb. Tərkibində süni kofein olan belə içkilərin Azərbaycanda satışı yalnız məktəb bufetlərində qadağan olunub.
İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri xüsusilə gənclər arasında çox məşhurdur.
Bəzi Avropa ölkələrində, məsələn, Norveç, Danimarka, Fransada bu içkilərin sərbəst satışı qadağandır. Bir neçə ay əvvəl Çeçenistan lideri Ramzan Kadırov da muxtar respublikanın ərazisində energetik içkilərin satışını yasaqlayan qanun layihəsini hazırlamaq barədə sərəncam verib.
Azərbaycanda isə energetik içkilərin satışı və alıcıları son vaxtlarda daha da artıb. Energetik içkilər iki kateqoriyaya bölünür: birincisində kofeinin miqdarı, ikincisində isə karbohidratın miqdarı çoxdur. Bütün energetik içkilərin tərkibində yüksək faizli kofein mövcuddur. Lakin bu içkilərin tərkibindəki vitaminlər multivitamin kompleksini əvəz edə bilməz.
Digər tərəfdən, energetik içkinin təsiri keçəndən dərhal sonra insanda yorğunluq hissi yaranır. Yəni içdikdən sonra enerji yüksəkliyi hissi yaransa da, əslində bu, sadəcə süni enerji artımıdır. Hazırda Azərbaycan bazarında "XL", "Pitbull", "Rox", "Red Bull", "Hell", "Jaquar", "Blue", "Reo Line", "Monster" və sairə kimi energetik içkilər satılır. Onların içərisində daha məşhuru olan "Red Bul" energetik içki bazarının 70 faizini təşkil edir.
Onların qiyməti kofein və karbohidratların tərkibinə, həmçinin böyük və kiçikliyinə görə dəyişir.
Enerji verdiyini düşünərək alıb içdiyimiz energetik içkilərin ürək xəstəliklərinə səbəb olur. Bu içkilər insanda psixoloji asılılıq yaradır. Kofein sinir stimulyatorudur və orqanizmdə stimulyasiya yaradır. Amma bu, qısamüddətli bir effekt verir. Energetik içkilərin tam tərkibi hələ ki açıqlanmayıb. Bu baxımdan hesab edirəm ki, belə içkilərdən məhdud dərəcədə istifadə etmək lazımdır. Bu içkilərin tərkibindəki kofein orqanizmdə ciddi dəyişikliklərə səbəb olur. Yəni ürək əzələlərinin həddən artıq stimulyasiyasına və zəifləməsinə gətirir. Belə xəstələrdə ürəyin tez-tez döyünməsi, ürək ritminin pozulması kimi hallar baş verir. Ona görə də hesab edirəm ki, bu içkilərdən mümkün qədər uzaq durmaq daha yaxşıdır.
Bir sıra Avropa ölkələrində içkilərin satışına qadağa qoyulub. Araşdırmalara görə, yalnız 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16000-dən çox olub. Hətta bir müddət əvvəl energetik içkilərin tərkibinə öküz spermasının qatılması ilə bağlı məlumat da yayıldı.
Məsələn, 2001-ci ildə İsveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb. 18 yaşlı basketbolçu Ross Kuni 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib.
Enerji verən içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid, və bəzi vitaminlər var.
İstinadlar
- . Try-it Distributing. January 16, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 3, 2012.
- "A Brief Introduction..." Flying Bison Brewing Company. İstifadə tarixi: November 3, 2012.
- Christmann, Samantha Maziarz (February 23, 2010). "Brewery aims for production next week". The BuffaloNews. İstifadə tarixi: 2011-11-24.Puzzling reply from publisher when accessed 2012-11-04; should this link be considered "dead"?
- 10-26-2012 by Andrew Galarneau 'Buffalo Beer Week explores the growth of the area’s craft beer movement' Buffalo Beer Week: Tapping into local beer culture Accessed 2012-11-04.
- 02-14-2014 by James Fink 'New Blueprint For Flying Bison in Business First Accessed 8-1-2014
- Kulamannage, Shamindra (2 February 1997). "Cheers, Three More Beers Here". The Sunday Times. İstifadə tarixi: 28 December 2014.
- "Asia Pacific Breweries make foray into Sri Lanka". The Island. 24 September 2005. İstifadə tarixi: 28 December 2014.
- . Daily Mirror. 20 October 2005. 28 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 December 2014.
- "APB Officials fly to Colombo after buying into Local Brewery". The Sunday Times. 2005. İstifadə tarixi: 20 June 2014.
- "Two new beers from United Breweries". The Sunday Times. 2 August 1998. İstifadə tarixi: 28 December 2014.
Həmçinin bax
Xarici keçidlər
- Rəsmi saytı