Hündürlüyü 50-120 sm, gövdəsi düz, şırımlı, yuxarı hissədə budaqlanmış, demək olar ki, çılpaq olan çoxillik ot bitkisidir.
Yarpaq
Yarpaqları saplaqlıdır, lələkvaribölünmüşdür, 2-4 ədəd yan ellipsşəkilli və ya enli-neştərvari, sivriuclu-mişarvari, sivri və yaxud qısa sivriləşmiş seqmentlərlə; təpə seqmenti iridir, yan tərəfdəki seqment isə yarpağın qaidə hissəsinə doğru kiçilmiş, demək olar ki, oturaqdır və ya qısa saplaqla oxa birləşəndir; yuxarı yarpaqları kəskin azalmışdır, bütövdür, forması enli lansetvaridən dar lanservariyə qədər dəyişir.
Çiçək
Səbət yumurtaşəkillidir, yaşıl rəngdədir, eni 8-15 mm-dir. Çiçəkləri azsaylı, uzun düz saplaqda, qalxanvari süpürgə çiçək qrupunda toplanmışdır. Qın yarpaqcıqları kənarlardan ensiz-pərdəli və ağımtıl-tüklüdür. Çiçəkləri bənövşəyi rəngdədir.
Meyvə
Toxumları uzunsov, zolaqlı, hamardır; kəkili çirkli-bənövşəyi rəngli yastı, demək olar ki, lələkvari cod tüklərdən ibarətdir, toxumdan azacıq uzundur.
Çiçəkləməsi
Avqust-Sentyabr
Meyvə verməsi
Sentyabr-Oktyabr
Azərbaycanda yayılması
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan Əyriçay, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti
Meşələrdə, meşə ətrafında, kolluqlar arasında rast gəlinir.
İstinadlar
Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
İstinadlar
Beşyarpaq qıfsәbәt:''The Plant List saytında takson barədə məlumat. (ing.)