Beşiktaş QVK
Beşiktaş Qadın Voleybol Komandası — 1961-ci ildə yaradılmış və günümüzə qədər də fəaliyyətini davam etdirir. Komanda Türkiyənin ən böyük üç idman klubundan biri olan Beşiktaş Gimnastika İdman Klubunun qızlar üçün voleybol şöbəsidir. Komanda hal-hazırda Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparır.
Beşiktaş Gimnastika Qadın Voleybol Komandası | ||
Şəhər | İstanbul | |
Rəngləri | qara-ağ | |
Ləqəbi | "Siyah-beyazlar" | |
Yaranma tarixi | 1961 | |
Meydança | BJK Akatlar Arena | |
Tutumu | 3200 | |
Prezidenti | Fikret Orman | |
Baş məşqçisi | Adnan Kistak | |
Liqa | Acıbadem Qadınlararası Voleybol 1. Liqası | |
Son sezon | 2013-14 | |
Sıra | 7 | |
Rəsmi vebsaytı | bjk.com.tr | |
Tarixi
Beşiktaş 1961-ci ildə yaradılarkən klub rəhbərləri elə də böyük komanda yaratmaq istəməmişlər. Məqsəd hər idman növündə əzəli rəqibləri olan Fənərbaxça və Qalatasarayın hegomonluğuna son qoymaq idi. Beşiktaş yarandığı ildən etibarən dörd il müddətində Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi Qalatasaray olmuşdu.
Nəhayət 1965-ci ildə Beşiktaş əzəli rəqibinin önündə birinci yeri tutdu və tarixindəki hələ ki, yeganə olan çempionluğunu yaşadı. (kişilər daxil)
1970-ci illərdə ləğv edilən komanda uzun müddət voleybola geri qayıtmadı. Nəhayət 1986-cı ildə komanda yenidən bərpa edildi. 1992-93 mövsümündə isə 2-ci liqada lider olaraq əsas liqaya çıxa bildi Beşiktaş.
Komandanın Avropadakı ən böyük uğuru 2014-cü ilə təsadüf edir. 2013-14 mövsümündə Balkan kubokunu qazanaraq Avropa Qadınlar CEV Çağırış Kubokuna vəsiqə qazandı. Bu turnirdə böyük sensassiya imza ataraq finala qədər irəliləyən klub yalnız bu mərhələdə Rusiyanın Zareçye komandasına məğlub oldu. Avropanın səviyyəcə üçüncü kubokunda gümüş medala yiyələnmək onlar üçün heç də asan olmadı. Belə ki, komanda finala qədər rəqiblərini 2 dəfə qızıl setdə məğlub etməli olmuşdu.
Heyəti
2013-14 mövsümü üçün
Nömrə | Oyunçunun adı | Mövqeyi | Ölkəsi |
1 | Marina Tumas | Diaqonal | Belarus |
2 | Naz Döner | Libero | Türkiyə |
3 | Zeynep Seda Eryüz | Toppaylayıcı | Türkiyə |
5 | Qabriyela Koyeva | Blokçu | Bolqarıstan |
6 | Dilek Kınık | Libero | Türkiyə |
7 | Nataliya Hanikoğlu | Diaqonal | Türkiyə |
8 | Nilay Konar | Blokçu | Türkiyə |
9 | Ayça Naz İhtiyaroğlu | Libero | Türkiyə |
10 | Seda Türkkan | Toppaylayıcı | Türkiyə |
12 | Tülin Altıntaş | Blokçu | Türkiyə |
13 | Selime İlyasoğlu | Hücumçu | Türkiyə |
14 | PaulaYamila Nizetiç | Hücumçu | Argentina |
17 | Ceyda Aktaş | Hücumçu | Türkiyə |
18 | Dicle Babat | Blokçu | Türkiyə |
Xarici keçidlər
- Rəsmi Sayt (türk.)
İstinadlar
- Somalı,Vâlâ; "1895-1986" Türk-Dünya Voleybol Tarihi", İstanbul (1986), səh: 275
- Milliyet, 26 Nisan 1965 (türk.)
- Beşiktaş Avrupa ikincisi (türk.)
- BEŞİKTAŞ BAYAN VOLEYBOL TAKIMI, CEV CHALLENGE KUPASI’NA FİNALDE VEDA ETTİ[ölü keçid] (türk.)
- Teknik Kadro (türk.)
- A BAYAN TAKIM (türk.)
Beşiktaş • Bursa BB • Çanaqqala • Əczacıbaşı • Ereyli Bələdiyyəspor • Fənərbaxça • Halkbank • İlbank • Qalatasaray • Sarıyer Bələdiyyəspor • Vakıfbank Günəş Sığorta • Yaşılyurd |