Baba Məhərrəmli
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Baba Balaca oğlu Məhərrəmli (2 mart 1974, Zəngilan rayonu) — filologiya üzrə fəlsəfə doktoru (2000), dosent (2008), baş elmi işçi (2015), Azərbaycan Milli Elmlər Akademiyası İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini (2015). Azərbaycanın dilçi-alimi, türkoloq, etimoloq, dil tarixçisi.
Baba Məhərrəmli | |
---|---|
Baba Balaca oğlu Məhərrəmli | |
Doğum tarixi | |
Doğum yeri | Şərifan, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsi (1991-1996); AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun aspiranturası (1996-1999) |
Həyatı
Baba Məhərrəmli 1974-cü il 2 martda Azərbaycanın Zəngilan rayonunun Şərifan kəndində ziyalı ailəsində anadan olmuşdur. Baba Məhərrəmli 1996-cı ildə Аzərbаycаn Dövlət Pеdаqоji Univеrsitеtinin filоlоgiyа fаkültəsini fərqlənmə diplоmu ilə başa vurmuşdur. Аli təhsil illərində Universitet Tələbə Еlmi Cəmiyyətinin üzvü оlmuş, əla qiymətlərlə oxuduğuna görə Cəfər Cаbbаrlı аdınа təqаüdə lаyiq görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətə 1996-cı ildən başlamışdır. 1999-cu ildə АMЕА-nın Nəsimi аdınа Dilçilik İnstitutunun əyаni аspirаnturаsını (indiki doktoranturanı) bitirmişdir.
2000-ci ildə 26 yaşında Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında “Türk və Azərbaycan dillərində ümumi isimlərin semantik diferensiallaşması” mövzusunda dissеrtаsiyа müdаfiə еtmişdir. Həmin vaxt akademik Azad Mirzəcanzadənin rəhbərlik etdiyi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası bir aya bu işi təsdiq etmiş və ona filоlоgiyа еlmləri üzrə fəlsəfə doktoru аlimlik dərəcəsi vermişdir. Müxtəlif illərdə Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş еlmi işçi vəzifələrində çalışmışdır.
2015-ci ilin aprel ayından elmi işlər üzrə direktor müavinidir.
Yaradıcılığı
Araşdırmaları, əsasən, türk dillərinin kök sözlərinə, etimoloji təhlillərə, kök sözlərin fonoloji, morfoloji strukturuna, morfonoloji dəyişmələrə, qədim söz yaradıcılığı proseslərinə, ilkin sözlərdə leksik-semantik inkişafa, türk dillərində qorunan nostratik köklərə, dünyanın ən qədim ölü dillərinin öyrənilməsinə həsr olunmuşdur. İndiyə qədər müxtəlif elmi jurnallarda 150 məqalə və tezisi çаp оlunmuşdur. Onlardan 30-u xaricdə nəşr edilmişdir. Baba Məhərrəmli “Türk dillərində isim köklərində leksik-semantik inkişaf” (Bakı, “Elm və təhsil”, 2012, 400 s.), “Dünya dillərində homogen sözlər” (Bakı, “Xəzər Universiteti” nəşriyyatı, 2016, 304 s.), “Türk dillərinin qədim leksikası” (Bakı, “Xəzər Universiteti” nəşriyyatı, 2017, 272 s.), “Azərbaycan dilində isim kökləri” (Bakı, “Elm” nəşriyyatı, 2018, 140 s.) adlı monoqrafiyaların müəllifidir. Əsərləri Almaniya, Türkiyə, Polşa, Rusiya, Qazaxıstan, Kipr, Bosniya, Gürcüstan, ABŞ, İtaliya, Macarıstan, Rumınya və Kanadada çap edilmişdir. 2008-ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını almışdır. “Türk dillərinin tаriхi-müqаyisəli lеksikоlоgiyаsı məsələləri” (I cild, Bаkı, 2004; II cild, Bаkı, 2008, III cild, 2012) kitаblаrının həmmüəlliflərindən biridir. Xaricdə keçirilən nüfuzlu beynəlxalq türkoloji konfransların iştirakçısı olmuşdur: Kiprdə – 2011-ci ildə, Qazi Mağuşada, Doğu Ak deniz Universitetində keçirilən “Türkoloji Konfrans”da, Türkiyədə – 2011-ci ildə, Muğlada, Muğla Dövlət Universitetində keçirilən “IV Dünya Dili Türkcə” konfransında, Ankarada, 2012-ci ildə Türk Dil Qurumunun keçirtdiyi “VII Türk Dili Qurultayı”nda, 2012-ci ildə Polşada, Varşavada, Varşava Dövlət Universitetində keçirilən “II Uluslararası Türkoloji Konfrans”da, Gürcüstanda – 2012-ci ildə, Tbilisidə, Cavaxaşvili adına Tbilisi Dövlət Universitetində keçirilən Valeh Hacıların xatirəsinə həsr olunmuş “Beynəlxalq Türkoloji Konfrans”da, 2016-cı il, 25-28 sentyabrda Macarıstanda – Budapeştdə keçirilən XI Türk Dili Qurultayında, 2017-ci il,12-14 may tarixlərində Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetində keçirilən I Türk dili və ədəbiyyatı Bilgi Şölənində, 2017-ci ildə, 25-28 sentyabr tarixlərində Rumınyada, Buxarest Universitetində keçirilən XII Böyük Türk Dili Qurultayında, 2017-ci il 13-16 noyabr tarixlərində Türkiyədə, Ankarada keçirilən Türkcə Konuşan Ölkələr Qurultayında, 2018-ci il, 25-28 sentyabr tarixlərində Polşada, Varşava şəhərində keçirilən XIII Uluslararası Böyük Türk Dili Qurultayında, 2019-cu il 26-28 sentyabr tarixlərində Türkiyədə Ankara şəhərində Türk Dil Qurumunun keçirtdiyi “Kutadqu Bilik Qurultayı”nda iştirak edərək Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmişdir. Xaricdəki məqalələri rus, türk, polyak və ingilis dillərində dərc edilmişdir.
2010-cu ildə Türkiyə Təhsil Nazirliyinin TÖMƏR dil kursunu bitirərək “Türk dili” üzrə sertifikat almışdır. 2016-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə layihəsi olan idarəetmə hazırlığı kursunu bitirərək sertifikat almışdır. 2009 – 2010-cu illərdə Azərbaycan Müəllimlər Universitetində Türk dilləri ixtisasından dərs demişdir. Həmin tədris müəssisəsində 2010-cu ildə “Türk dillərinin müqayisəsi” fənni üzrə 1 dərs proqramı Təhsil Nazirliyinin qrifi ilə çap edilmişdir. Nəsimi adına Dilçilik İnstitunun Elmi Şurasının sədr müavinidir.
AMEA Rəyasət Heyətinin 2015-ci il,15 iyul tarixli qərarı ilə yaradılmış Dil Komissiyasının üzvüdür. 2017-ci ildə “İlin gənc alimi” ali media mükafatına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən “Azərbaycan – Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. Türkologiya sahəsindəki xidmətlərinə görə 2020-ci il, 30 iyul tarixində Türk Dil Qurumunun müxbir üzvü seçilmişdir. Ailəlidir, 2 övladı var.
Əsas elmi əsərləri
M.Füzulinin dinə münasibəti // Bakı, “Azərbaycan müəllimi” qəzeti, 5 noyabr, 1996.
Тürk və Azərbaycan ədəbi dillərində işlənən ümumi isimlərdə məna fərqlərinin səbəbləri // Dil məsələlərinə dair tematik toplu”, №2, Bakı, N. Tusi adına ADPU-nun nəşri, 1997.
Azərbaycan və türk ədəbi dillərində ümumi isimlərin semantik diferensiallaşması haqqında // Dil məsələlərinə dair tematik toplu”, №2, Bakı, N.Tusi adına ADPU- nun nəşri, 1997.
Müasir Azərbaycan və türk ədəbi dillərində ümumi isimlərin semantik diferensiallaşmanın xüsusiyyətləri // “Loqos”, №2, Bakı, Elm, 1998.
Azərbaycan və türk ədəbi dillərində yer - məkan bildirən ümumi isimlərin semantik diferensiallaşması // “Tədqiqlər”, №4, Bakı, Elm, 1999.
Azerbaycan ve Türk edebi dillərində kullanılan aynı anlamlı genel isimlerde semantik ve diferansiyelleşme prosedürünün yönleri // “Büyük gelecek”, Stratejik Genclik Dergisi, sayı 12, Ankara, Göytürk matbaası, 1999.
Müasir Azərbaycan və türk ədəbi dillərində qohumuq bildirən ümumi isimlərin semantik diferensiallaşmasının xüsusiyyətləri // Azərbaycan Elmlər Akademiyasının aspirantlarınn elmi konfransının materialları. Bakı, Elm, 1999.
Azərbaycan və türk (osmanlı) dillərində məişət, həyat tərzi ilə bağlı anlayışlar bildirən ümumi isimlərin semantik diferensiallaşması // “Tədqiqlər”, №5, Bakı, Nurlan, 1999.
Azərbaycanda türkoloji dilçiliyin inkişafı // Professor А.А.Ахundovun 70 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, Nurlan, 2002.
Zaqatala rayonunun morfoloji və sintaktik yolla yaranmış onomastik vahidləri // “Tədqiqlər”, № 3, Bakı, Nurlan, 2002 .
Türk dillərində feilin keçmiş zaman forması haqqında // Elmi axtarışlar”, Bakı, Nurlan, 2002.
Türk dillərinin leksikasında çoxmənalılığım yaranma üsulları və istiqamətləri // “Tədqiqlər”, №3, Bakı, Nurlan, 2002.
Zaqatala toponimi haqqında // “Elmi axtarışlar”, Bakı, Nurlan, 2002.
- Dı şəkilçisinin tarixi // “Elmi axtarışlar”, Bakı, Nurlan, 2002. s.157 – 158. Zəngilan rayonunun onomastik vahidlərinin yaranma üsulları // “Elmi axtarışlar”, Bakı, Nurlan, 2002, s.9 – 10.
Azərbaycan dilçiləri və türkoloji tədqiqatlar // “Elmi axtarışlar”, Bakı, Nurlan, 2002.
Türk dillərində leksik-semantik fərqlər haqqında // “Elmi axtarışlar”, Bakı, Nurlan, 2002.
Türk dillərində polisemiya hadisəsinin mahiyyəti // Professor V. Aslanovun 75 illik yubileyinə həsr olunmuş konfransın materialları, Bakı, Nurlan, 2003
Türk dilləri şöbəsində aparılan tədqiqatların istiqamətləri//“Türk dilləri şöbəsi - 30”, Bakı, Nurlan, 2003
Müstəqillik qazanmış türk dövlətlərinin dilində çoxmənalılıq //Türk dillərinin tarixi - müqayisəli leksikologiyası məsələləri, I cild, Bakı, BSU - nun nəşriyyatı, 2004.
Türk dillərində kök morfemlərin tədqiqi // “Dilçilik məsələləri”, №2 (3), Bakı, Nurlan, 2005, s.106-109.
Kök morfemlərdə leksik-semantik inkişaf haqqında // “Dilçilik məsələləri”, №3, Bakı, Nurlan, 2005, s.45-48.
Kök morfemlərin strukturu // “Tədqiqlər”, №3, Бакı, Nurlan, 2006, s.106-112.
Türkologiyada kök və əsas problemi // “Tədqiqlər”, №3, Бакı, Nurlan, 2006, s.92-99.
Kök morfemlərin söz yaradıcılığı prosesində rolu // “Tədqiqlər”, №3, Бакı, Nurlan, 2006, s.101-107.
Türk dillərində iş feillərində məna ayrılığı // “Tədqiqlər”, №3, Бакı, Nurlan, 2006, s.117-128.
Türk dillərinin kök hal-vəziyyət feillərində məna ayrılmaları // “Tədqiqlər”, №3, Бакı, Nurlan, 2006, s.24-30.
Türk dillərində tək sait quruluşlu köklərin inkişafı// Dilçilik İnstitutunun Əsərləri, №1, Bakı, 2008, s.159-170.
Türk dillərində ır // ir // ar // ur (su) morfeminin inkişafı // “Türkologiya”, Beynəlxalq elmi jurnal, № 3- 4, Bakı, “Elm”, 2008, s.30-41.
Türk dillərində samit+sait (CV) quruluşlu kök morfemlərin inkişafı // AMEA-nın “Xəbərlər”-i, Humanitar Elmlər seriyası, №3, Bakı, “Elm”, 2008, s.82-89.
Türk dillərində ilkin köklərin quruluşu və mənşəyi // “Tədqiqlər”, №1, Bakı, “Nurlan”, 2008.
Türk dillərinin kök morfemlərinin səciyyəvi xüsusiyyətləri // “Filologiya məsələləri”, №4, Bakı, AMEA Füzuli adına Əlyazmalar İnstitutu, 2008, s. 53-62.
Türk dillərində *or // *ur “yer” kök morfeminin asemantikləşməsi // “Filologiya məsələləri”, №5, Bakı, AMEA Füzuli adına Əlyazmalar İnstitutu, 2009, s.30-38.
Türk dillərində CVC (samit+sait+samit) quruluşlu kök morfemlərin inkişafı // AMEA - nın “Xəbərlər” i, Humanitar Elmlər seriyası, №3-4, Bakı, “Elm”, 2009, s.127-135.
Türk dillərində tağ // dağ // tau // tav kök morfemində “dağ” - “meşə” semantik keçidi // “Tədqiqlər”, №2, Bakı, “Nurlan”, 2009, s.27-34.
Kök morfemlərdə ilkin uzanma məsələsi // “Filologiya məsələləri”, №10, Bakı, AMEA Füzuli adına Əlyazmalar İnstitutu, “Elm və təhsil”, 2009, s.151-158.
Kök morfemlərdə ablaut hadisəsi // “Elmi axtarışlar”, VI, AMEA Folklor İnstitutu, Bakı, 2009, s. 73-78.
Azərbaycan dilinin kök morfemləri türk dilləri kontekstində // Bakı Slavyan Universiteti, Azərbaycanşünaslığın Aktual Problemləri, I Beynəlxalq Elmi Konfrans, 3 - 8 may 2010 - cu il, Bakı - Naxçıvan - Gəncə, s.109-114.
Kök morfemlərin rekonstruksiyasının nəzəri məsələləri // “Filologiya məsələləri”, №3, Bakı, AMEA Füzuli adına Əlyazmalar İnstitutu, “Elm və təhsil”, 2010, s. 52-62.
Türk dillərində nostratik kök morfemlərin tarixi modifikasiyası // “Türkologiya”, Beynəlxalq elmi jurnal, №1-2, Bakı, 2010, s. 33-43 ka kök morfeminin “insan” semantikası üzrə inkişafı // AMEA-nın “Xəbərlər”i, Humanitar Elmlər seriyası, Bakı, “Elm”, 2010, № 2, s.41-49.
Типы слогов корневых морфем в тюркских языках // “Актуальные проблемы гуманитарных и естественных наук” (журнал научных публикаций), Москва, Издатель ООО “Институт Стратегичиских Исследований”, 2010, №8 (Август), c. 219-223.
O теориях возникновение праязыка и корневых слов // “Современная филология: теория и практика”, Материалы международной научно - практической конференции, 29 - 30 декабря, Москва, 2010, 132 с.
Türk dillərində “heyvan” semantikalı *ka kök morfeminin morfonologiyası // “Türkologiya”, Beynəlxalq elmi jurnal, №1, Bakı, 2011, s.34-49.
Cтруктурные корневые морфемы в тюркских языках гс (гласный + согласный) // Материалы III Международной Научной Конференции “Гуманитарная наука сегодня”, г. Караганда, Казахстан, Центр Гуманитарных Исследований “Тезис”, 31 марта, 2011, s.45-54.
Türk dillerinin kök kelimelerinin fonetik yapısı // Türkiye, Ordu Unversitesi, Sosyal Bilimler Enstitüsü, Güney Kafkasya Halkları, Dil - Tarih-Kültür İlişkileri, Uluslararası Bilgi Şöleni-Bildiriler-Ordu-2011, s.605-615.
Türk dillərində nostratik kök əvəzliklərin mənşəyi // “Türkologiya”, Beynəlxalq elmi jurnal, №3, Bakı, 2011, s. 30-44.
Türk dillərində fuziallaşmış kök morfemlər // Bakı Slavyan Universiteti, Azərbaycanşünaslığın Aktual Problemləri, II, Beynəlxalq Elmi Konfransın Materialları, 4 - 7 may 2011- ci il, Bakı - Gəncə, s. 95-103.
Türk dillərində kök əvəzliklərin morfonologiyası // Bakı Universitetinin “Xəbərlər”i, Humanitar Elmlər Seriyası, №3, Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2012, s.5-10.
Qıpçaq qrupu türk dillərinin kök morfemlərində fonomorfoloji, fonosemantik dəyişmələr (kollektiv monoqrafiya). Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, “Nurlan”, 2012, s.173-227.
Azerbaycan Masallarında Bulunan Eski Türk Kelimeleri. 7. Uluslararası Ortak Türk Geçmişinden, Ortak Türk Geleceğine Sempozyumu, 1-3 Aralık, Doğu Akdeniz Universitesi Eğitim Fakültesi - Gazimağuşa, Kuzey Kıbrıs, Program ve Bildiri Kitabı, Bildri Özetleri, 2011 // Ortak Türk Geçmişinden, Ortak Türk Geleceğine, Bildiriler, Doğu Akdeniz Üniversitesi, Azerbaycan Milli Bilimler Akademisi, Emupress, s.110-124.
Çağdaş Türk Dilinde Muhafaza Edilən Eski Kelimeler // IV. Uluslararası Dünya Dili Türkçe Sempozyumu Bildirileri, Türkiye, Muğla, 2011, 22-24 Aralık, Muğla Universitesi, I cilt, Ankara, 2012, s. 821-831.
Türk dillərində isim köklərində leksik-semantik inkişaf . Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012, 400 s.(monoqrafiya).
Azərbaycan etimologiyası və Ağamusa Axundov. Azərbaycan dilçiliyi. Sələflər və xələflər. Bakı, “Elm və təhsil”, 2012, s.19-24.
Türk dillərində nostratik söz köklərinin inkişafı // Bakı Dövlət Universiteti, M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı: “Azərbaycan Filologiyasının Aktual Problemləri. Materiallar”, Bakı, 17-18 may, 2012, s. 355-362.
Türk və Kartvel dillərində ortaq söz kökləri // The Common Root Morphemes in the Kartvelian and Turkic languages. Beynəlxalq Simpozium, Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası, Materiallar // İnternational Simposium, Folklore and Linguo-Culturology of the Caucasian Peoples, Materials, 18-21 aprel, 2012, Gürcüstan, Tbilisi, Tbilisi Dövlət Universiteti, Tezis // Professor Valeh Hacılar xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda Beynəlxalq Elmi Simpoziumun Materialları, 18-21 aprel 2012-ci il, Tiflis şəhəri, Bakı, “Elm və təhsil”, 2012, s. 47-51.
Azerbaycan masallarında eski türk sözleri // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXVIII, AMEA Folklor İnstitutu, Bakı, “Elm və təhsil”, 2012, s. 59-76.
Türk dillərində ən qədim söz kökləri // Dil və Ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, 1(81), Bakı, Bakı Dövlət Universiteti, 2012, s.80-83.
Türk dillərində əvəzlik kökləri // “Terminologiya məsələləri”, №1, Bakı, “Elm”, 2012, s.70-77.
Türk Dillerinde Ölü Söz Kökleri // VII. Türk Dil Kurultayı Bildirileri, Türk Dil Kurumu, Ankara, 2012, 20-24 Eylul.
О niektorych problemach w badaniach etymologicznych jezykow tureckich. The Second International Symposium of Turkology - “Questions and Developments of Modern Turkology”, Polsha, Varshava, 12-14th September, 2012, Faculty of Oriental Studies University of Warsaw // II. Uluslararası Türkoloji Sempozyumu, 12-14 Eylul 2012, Varşova Universitesi, Şarkiyat Fakültesi // Materialy i konferencji naukowej Azerbejdzan-Polska Warszawa 2012, s.55-63.
Türk dillərində əvəzlik köklərində fonoloji və semantik transformasiyalar // “Dilçilik İnstitutunun Əsərləri”, № 2, Bakı, “Elm və təhsil”, 2012, 183 s.
Фонетические особенности корневых морфем в тюркских языках. Türkoloji Üzerine Araştırmalar // Тюркологические исследования, Hakemli Dil ve Edebiyat İncelemeleri Çok Dilli Dergi, №4, Kazan, 2012, s.7-14.
Türk dillərinin kök sözlərində fleksiya // “Dilçilik İnstitutunun əsərləri”, №3, Bakı, “Mütərcim”, 2012, s.123-128.
Azərbaycan dilində ən qədim söz yuvaları // Azərbaycanşünaslığın Aktual Problemləri, IV, Beynəlxalq Elmi Konfransın Materialları, Bakı Slavyan Universiteti, 01-04 may, 2013, Bakı, “Mütərcim”.
*Ap kök morfeminin qeyri-türk dillərində izləri // Pedaqoji Universitet “Xəbərlər”i, Bakı, ADPU-nun mətbəəsi, 2013, №1. s.267-271.
Türk Dillerinde Eski Söz Yapısı // Uluslararası Türk Dili ve Edebiyatı Kongresi, Burc Universitesi, 2013, 17-19 mayıs, Saraybosna, Bosna Hersek, Bildiri Özetleri, 279 s.
Türk dillərinin kök morfemlərinin yaranmasında təqlidi sözlərin rolu. // AMEA Naxçıvan Bölməsi, “Axtarışlar” (folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix), Naxçıvan, 2013, №2 (8), s.110-114.
Türk dillərində kuyu // quyu sözünün etimologiyası haqqında // Bakı Slavyan Universitetinin Elmi Əsərləri, Dil və Ədəbiyyat seriyası, Bakı, “Mütərcim”, 2013, №1, s.72-78.
Türk dillərində bəzi kök sözlərin etimoloji təhlili // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri, Bakı, 2013, №3, s. 31-38.
Türkologiyada kök sözlər problemi // Dil və Ədəbiyyat, Azərbaycan Dillər Universiteti, Bakı, 2013, №2, s.30-36.
Корневые морфемы в тюркских языках // Известия Кабардино-Балкарского Государственного Университета, Нальчик, 2013, Том. III, №1 ([ölü keçid] ttp://izvestia.kbsu.ru/arhiv/sod_t3n1_2013. pdf). s.124-128.
Türkçede En Eski Söz Kökleri // “Orhun” dergisi. Almanya, 2013, Sayısı 1, s.6-9.
Türk Dillerinde Eski Kökler // “Yurdakul”, Almanya Türk Ocağı Resmi Yayın Organı, Sayı 2, Temmuz, 2013, s. 4-12. // http: // turkocagi. eu/wpcontent /uploads /2013/08/160999948-yurdakulsayi2.pdf
Türk Etimolojisi Üzerine Bazı İncelemeler // Altay. Tarihten bugüne. Dergi. Almanya, 2014, Sayı 2, s.5-6.
К вопросу о синкретичных корневых морфемах в тюркских языках // Филологические науки. Вопросы теории и практики. ISSN 1997-2911. №7 (37), Часть 2, Тамбов, “Грамота”, 2014, s. 128-133.
Türk dillərində asemantik köklər// Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileyləri şərəfinə keçirilən “Sələflər və Xələflər”, I Beynəlxalq Simpoziumun Materialları // Azərbaycan Milli Elmlər Akademiyası, İ.Nəsimi adına Dilçilik İnstitutu, Qafqaz Universiteti. 22-24 oktyabr, Bakı, “Elm və Təhsil”, 2014, s. 491-494.
On Some Problems of the Word Roots Research in Turkic Languages // Türk Dillerinin Kökenbilim Araştırmalarında Rastlanan Bazı Sorunlar Üzerine. Discussions on Turkology. Questions and Developments of Modern Turkology Studies // Department of Turkish Studies and Inner Asian Peoples, Faculity of Oriental Studies, University of Warsaw, Warsaw 2014, p. 614-623.
Aydın Məmmədovun yaradıcılığında kök sözlər problemi // “Türkologiya”, № 2, Bakı, “Elm”, 2015, s. 6-11.
Morphonological and Phonosemantic Changes of the Root kur // kir in the Languages of Different Systems // Salmagundi-A Quarterly of the Humanities and Social Sciences, USA, New York Library, Vol. 6, No 1, 2015, p. 65-70. ISSN: 0036-3529 // http: //www. tijournal.de /files / documents/s2015-07.pdf. p.65-70.
Древние словообразовательные способы (метатеза, звуковая редукция и протеза) в первичных корневых морфемах тюркских языков. Вестник Московского Государственного Лингвистического Университета, Выпуск 10, Москва, ФГБОУ ВПО МГЛУ, 2015, с. 82-92. // http: //www.vestnik-mslu. ru/Vest-2015/Vest15-721z.pdf [PDF]721 - Вестник МГЛУ
Derivatives of Nostratic Root Morpheme *ya -" To Shine, To Glow, To Get Warm” in Turkic Langauges // Mediterranean Journal of Social Sciences, ISSN 2039-9340 (print) ISSN 2039-2117 (online), Vol. 7, No 3 S1, 2016, p.307-311/MCSER Publishing, Rome - Italy, (Scopus Indexed journal) // http: //www. mcser. Org /journal /index.php/mjss.
Türk dillərinin etimologiyasının nəzəri problemləri // Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq Konfransın (14-15 noyabr 2016-cı il) materialları. I hissə. Bakı, Elm və təhsil, 2016, s. 306-310.
Türkologiyada nostratik nəzəriyyəyə dair fikirlərin tənqidi analizi // Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq Elmi Konfransın materialları. 24-25 noyabr 2016-cı il, Sumqayıt, Sumqayıt Dövlət Universiteti, 2016, s.326-327.
Türk dillerinde nostratik kökenli kelimeler // XI. Uluslararası Büyük Türk Dili Kurultayı Bildirileri. 24-25 Eylul, 2016, Macaristan: Budapeste, 2016. s.236-240.
Türk sözünün inkişaf mərhələləri // Dilçilik İnstitutunun Əsərləri, №1, Bakı: Elm və təhsil, 2016, s.190-199.
Dünya dillərində homogen sözlər. Bakı: “Xəzər Universitəsi” nəşriyyatı, 2016, 304 s. (monoqrafiya).
Azərbaycanda etimoloji araşdırmalar // Akademik A.Axundovun 85 illiyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan filologiyası” // Beynəlxalq Elmi Konfransın materialları. Bakı: Elm, 24-25 aprel, 2017-ci il, s.171-176.
Nostratik mənşəli *ke- “hərəkət etmək” feilinin türk və digər dillərdə derivatları // Dilçilik İnstitutunun Əsərləri, №1, Bakı: Elm və təhsil, 2017, s.249-259.
Ahmet Yesevi΄nin “Divan-i hikmet” eserinde eski türk kelimeleri // Uluslararası Türk Dili ve Edebiyyatı Bilgi Şöleni Bildirileri, Erzurum, 12-14 mayıs, 2017.
Eski türkçede kelime üretimi // XII. Uluslararası Büyük Türk Dili Kurultayı Bildirileri. 24-25 Eylül, Bukreş - Romanya, 2017, s.11-15.
Türkologiyada etimologiya məsələləri // Terminologiya məsələləri, Bakı: “Elm”, 2017, №2, s.73-81.
Dilçilikdə kök sözlərin araşdırılması məsələləri // Tədqiqlər, Bakı: Elm və təhsil, 2017, №4, s.31-40.
Türk dillərinin qədim leksikası. Bakı: “Xəzər Universitəsi” nəşriyyatı, 2017, 272 s. (monoqrafiya).
Dünya Dillerinde Ortak Kökler Sorunu // Yeni Türkiye, Türk Dili, Sayı 100, Ankara: Yeni Türkiye Araştırma Merkezi, 2018, s.147-153.
Derivatives of nostratic roots “ya” and “kur” in the world languages // TEXTE. Revue de critique et theorie litteraire. Multi - Language International Academic Journal. Canada: University of Ottawa, 2018, Volume 13, №1, p.25-42.
Türk dillərində söz kökünün tədqiqinin nəzəri əsasları // Terminologiya məsələləri, Bakı: “Elm”, 2018, №1, s.29-35.
Su “şəffaf maye, çay, göl, dəniz, rütubət” nostratik kökünün dünya dillərində derivatları və allomorfları // Dilçilik İnstitutunun Əsərləri, Bakı: Elm və təhsil, 2018, №1, s. 307-321.
Türk lehçelerinde birincil zamir kökleri // XIII. Uluslararası Büyük Türk Dili Kurultayı Bildirileri. 25-28 Eylül, 2018, Varşova: Polonya, 2018, s.385-397.
Dilçilikdə kök morfem məsələsi // Terminologiya məsələləri, Bakı: “Elm”, 2018, №2, s.28-38.
İlkin sözlərin yaranma mexanizmi haqqında // Dilçilik İnstitutunun Əsərləri, Bakı: Elm və təhsil, 2018, №2, s.347-357
Azərbaycan dilində isim kökləri. Bakı: “Elm”, 2018, 140 s. (monoqrafiya)
Dünya dillərində qohum söz kökləri // Terminologiya məsələləri, Bakı: “Elm”, 2019, №1, s.21-30.
*Ka kökünün derivatları // Dilçilik araşdırmaları, №1, Bakı: Elm, 2019.
Kutadgu Bilig`de “Tanrı” ve “Peygamber” anlamlı kelimeler üzerine // Uluslararası Kutadgu Bilik Kurultayı, Bildiri özetleri, Ankara, 26-28 Eylül, 2019, s.8-9.