Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Tarixi
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır.
2000-2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır.
Filialda yenidənhazırlanma və ixtisasartırma təhsilinin təşkili ilə bağlı əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.
İstinadlar
- ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (azərb.)
- "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
- "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az, (azərb.)
- "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə" Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı. president.az, (azərb.)
Xarici keçidlər
- Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının rəsmi saytı
- Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı — Facebook səhifəsi