Azərbaycanın fəxri adları
Azərbaycanın fəxri adları — Azərbaycan Respublikasının dövlət təltifi. Fəxri ad bir fəxri nişan ilə birlikdə təltif olunur.
(2009–indiyə kimi)
Tarixi
Sovet Azərbaycanında ümumittifaq miqyasında fəxri adlarla yanaşı, müxtəlif fəaliyyət sahələrində fəxri adlar verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 mart 1978-ci il tarixli sərəncamı ilə 48 fəxri ad təsdiq edildi. Onlardan 10-u yalnız Azərbaycan SSR-də mövcud olmuşdur. 1928–1985-ci illərdə aşağıdakı fəxri adlar verilmişdir:
- Əməkdar incəsənət xadimi (25 mart 1928)
- Əməkdar elm xadimi (25 mart 1928)
- Əməkdar elm və texnika xadimi (25 mart 1928)
- Xalq artisti (28 iyul 1928)
- Əməkdar artist (28 iyul 1928)
- Əməkdar həkim (28 fevral 1940)
- Əməkdar məktəb müəllimi (28 fevral 1940)
- Pambıq ustası (23 may 1940)
- Neft ustası (19 avqust 1940)
- Xalq rəssamı (2 avqust 1944)
- Əməkdar baytar həkimi (11 iyul 1949)
- Əməkdar zootexnik (11 iyul 1949)
- Əməkdar aqronom (10 dekabr 1951)
- Əməkdar kitabxanaçı (23 dekabr 1955)
- Xalq şairi (23 yanvar 1956)
- Əməkdar peşə-texnika təhsili ustası (19 sentyabr 1956)
- Əməkdar texniki təhsil müəllimi (19 sentyabr 1956)
- Əməkdar kənd təsərrüfatı mexanizatoru (6 iyun 1957)
- Əməkdar kollektiv (13 iyun 1958)
- Əməkdar metallurq (18 aprel 1959)
- Əməkdar mühəndis (18 aprel 1959)
- Əməkdar irriqator (18 aprel 1959)
- Əməkdar meşəçi (14 may 1959)
- Əməkdar ixtiraçı (9 oktyabr 1959)
- Əməkdar səmərələşdirici (9 oktyabr 1959)
- Əməkdar inşaatçı (18 aprel 1959)
- Əməkdar müəllim (18 aprel 1959)
- Maşınla pambıq yığımı (yığma) ustası (26 noyabr 1960)
- Suvarma ustası (3 fevral 1960)
- Tətbiqi incəsənət ustası (7 may 1960)
- Tütün ustası (3 fevral 1960)
- Çay ustası (3 fevral 1960)
- Xalq yazıçısı (26 mart 1960)
- Əməkdar bədən tərbiyəsi və idman xadimi (26 mart 1962)
- Əməkdar rəssam (15 aprel 1964)
- Əməkdar qoyunçu (14 may 1964)
- Əməkdar heyvandar (14 may 1964)
- Əməkdar bağban (14 may 1964)
- Usta-üzümçü (Üzümçülük ustası) (14 may 1964)
- Usta-qarğıdalıçı (Qarğıdalı ustası) (14 may 1964)
- Usta-tərəvəzçi (Tərəvəzçilik ustası) (14 may 1964)
- Əməkdar iqtisadçı (9 iyun 1964)
- Əməkdar rabitəçi (16 iyul 1965)
- Əməkdar poliqrafçı (20 oktyabr 1966)
- Əməkdar ticarət işçisi (28 iyun 1966)
- Əməkdar hüquqşünas (hüquqçu) (28 yanvar 1966)
- Əməkdar mədəniyyət işçisi (27 fevral 1967)
- Əməkdar arxitektor (14 avqust 1974)
- Əməkdar geoloq (20 iyul 1977)
- Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (20 iyul 1977)
- Əməkdar səhiyyə işçisi (16 mart 1978)
- Əməkdar ali məktəb işçisi (20 may 1980)
- Gənclərin əməkdar hami tərbiyəçisi (13 avqust 1980)
- Əməkdar konstruktor (17 sentyabr 1985)
- Əməkdar texnoloq (17 sentyabr 1985)
- Əməkdar təbliğatçı
- Əməkdar nəqliyyatçı
Azərbaycan müstəqillik əldə etdikdən sonra fəxri adlar barədə heç bir hüquqi sənəd qəbul olunmamışdı. Buna baxmayaraq, 1991–1993-cü illərdə Sovet dövrünün fəxri adlarının verilməsi davam etmişdi. 1993–1998-ci illərdə isə heç bir fəxri ad təqdim olunmamışdır.
Hazırkı dövrdə
Hazırda respublikada 20 fəxri ad mövcuddur:
- Azərbaycan Respublikasının xalq yazıçısı (22 may 1998)
- Azərbaycan Respublikasının xalq şairi (22 may 1998)
- Azərbaycan Respublikasının xalq artisti (22 may 1998)
- Azərbaycan Respublikasının xalq rəssamı (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar elm xadimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar artisti (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar rəssamı (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar müəllimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar həkimi (22 may 1998)
- Azərbaycan Respublikasının əməkdar memarı (19 aprel 2000)
- Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (22 noyabr 2005)
- Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (4 mart 2005)
- Azərbaycan Respublikasının əməkdar jurnalisti (14 iyul 2005)
- Azərbaycan Respublikasının əməkdar mühəndisi (21 iyul 2005)
- Azərbaycan Respublikasının əməkdar hüquqşünası (22 noyabr 2005)
- Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi (9 oktyabr 2008)
- Azərbaycan Respublikasının əməkdar pilotu (3 may 2010)
- Azərbaycan Respublikasının əməkdar tibb işçisi (6 iyul 2012)
Ədəbiyyat
- "Фәхри ад". Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. IX ҹилд: Спутник – Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. сәһ. 540–541. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char)
- "Звания почётные". Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. (#invisible_char)
Xarici keçidlər
- Награды, медали, значки и почетные звания Республики Азербайджан Управление делами Президента Азербайджанской Республики
- Azərbaycan Respublikasının ordenləri, medalları, döş nişanlari və fəxri adları Управление делами Президента Азербайджанской Республики (azərb.)