Salar de Atakama (isp. Salar de Atacama) — Cənubi Amerikada, Çili ərazisində yerləşən şoranlıq. Atakama səhrasının cənubunda, hər tərəfdən dağlarla əhatə olunan ərazidə yerləşir. Ən yaxın şəhər San Pedro de Atacama 55 km şimalda yerləşir. Şərqdə And dağları, qərbdən isə Kordilyer-Domeyka dağ sistemi ilə ilə əhatələnir. Ərazidə bir neçə vulkan yerləşir: Liankabur, Akamaraçi, Aquas-Kaltentes və Çilinin ən aktiv vulkanı . Onların çoxu şoranlığın şərqində yerləşir.
Salar de Atakama | |
![]() | |
Ölkə | |
Uzunluğu | 100 m |
Eni | 80 m |
Sahəsi | 3.000 km2 |
![]() ![]() |
Təsviri
Salar de Atakama 3 min. km² əraziyə, 100 km uzunluğa, 80 km enə malikdir. Bu göstəriciyə görə Boliviyada yerləşən Uyuni şoranlığından (10 582 km²) və Argentinada Salinas Qrandesdən sonra (6 000 km²) üçüncüdür. Şoranlıq ortalama olaraq 2300 m hündürlükdə yerləşir. Reylefi hamar deyildir. Busəbəbdən su burada toplana bilmir. Ərazidə bir neçə duzlu laqun vardır.
ABŞ geologiya xidmətinin sözlərinə görə Salar de Atakama ərazisində dünya litium ehtiyatının 27 % vardır.
Titium əsasən duzlu yeraltı sularda olur. Onlar quyular şəbəkəsi vastəsi ilə səthə çıxır və suyun quruması ilə krisrtallaşır.
Şaha laqunu şoranlığın bir hissəsini təşkil edir və Los-Flamenkos milli parkı ərazisinə daxildir. Burada çili qızılqazı, Phoenicoparrus andinus, sarıdimdik çürə, kəkilli ördək və s. quş növləri yaşayır.
Qalereya
İstinadlar
- "The Optical/Infrared Astronomical Quality of High Atacama Sites" (PDF). 2012-04-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-01-07.
- "Cuenca del Salar de Atacama" (PDF) (ispan). Sistema Nacional de Información Ambiental. 2012-06-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- . NASA Earth Observatory. 2008-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- Kampf, Stephanie. "Evaporation and land surface energy budget at the Salar de Atacama, Northern Chile". Journal of Hydrology. 310 (1–4). 2005: 236–252. doi:10.1016/j.jhydrol.2005.01.005. (#accessdate_missing_url)
- Brendan I. Koerner. "The Saudi Arabia of Lithium". Forbes. 30.10.2008. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- "Evaporation Ponds, Salar de Atacama, Chile". NASA Earth Observatory. January 4, 2010. 2016-12-28 tarixində . İstifadə tarixi: 2010-01-07.
- Bertschinger, Ed. "MIT Alumni Travel Program 2006 Trip to Chile". Massaçusets Texnologiya İnstitutu. 28 February 2006. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.