fbpx
Wikipedia

Anafilaktik şok

Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir.

Anafilaktik şok

Anafilaktik şok zamanı müşahidə olunan dəri əlamətləri
XBT-10 T78.2
DiseasesDB 29153
eMedicine med/128 
MeSH D000707

Epidemiologiya

  • Anafilaktik şok, əksərən allergik xəstəliklərdən əziyyət çəkən şəxslərdə inkişaf edir.
  • Atopik xəstəlikləri olan şəxslərdə anafilaktik şokun inkişaf etmə tezliyi daha yüksəkdir.
  • Anafilaktik şok hospitalizə olunmuş 3000 xəstədən 1-də qeydə alınır.
  • Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır.
  • İnsekt (arı sancması) anafilaksiyası səbəbindən ölüm göstəricisi 1 000 000 əhaliyə 0,4-2 hadisə təşkil edir.

Anafilaksiya hər yaş qrupunda rast gəlir. Qida etiologiyalı anafilaksiya əsasən uşaqlarda, dərman mənşəli isə daha çox böyüklərdə müşahidə olunur. Yaşlı insanlarda yanaşı xəstəliklərin olması səbəbindən anafilaktik reaksiyadan ölüm riski daha yüksəkdir.

Etiologiya

Anafilaktik şok vəziyyətini aşağıdakı səbəblər törədə bilər:

  • Dərman preparatları (antibiotiklər, vitaminlər, albumin, benzodiazepin preparatları, yerli anestetiklər, iltihab əleyhinə geyri-steroid preparatları).
  • Heteroloji (heyvan qanından alınmış) zərdablar, vaksinlər.
  • Zərqanadlı həşəratların zəhəri.
  • Qida allergenləri (toyuq yumurtası, süd, soya, balıq və dəniz məhsulları, araxis və s.).
  • Bitki tozcuqları allergenləri.
  • Lateks allergenlər (cərrahi əlcəklər, endotraxeal borular).
  • Soyuğa qarşı reaksiyaya meylli şəxslərdə soyuğun təsiri ilə bağlı amillər.
  • Qida allergenlərinin təsirindən sonra fiziki gərginlik.
  • Qeyri-adekvat aparılmış ASİT.

Bəzən AŞ-nin səbəbini təyin etmək mümkün olmur, belə ki, bir çox hallarda idiopatik AŞ IgE asılı olmayan xarakterli olur.

Patogenez

Əvvəlcədən sensibilizasiya olmuş orqanizmə allergenin daxil olması bioloji aktiv maddələrin külli miqdarda ifraz edilməsinə və bu fonda anafilaktik şokun inkişafına gətirib çıxarır. Mediatorların ifrazının sürətlənməsi immun və qeyri-immun yolla baş verə bilər. Anafilaktik reaksiya – konkret maddəyə qarşı sensibilizasiya olmuş şəxslərdə sürətli immun reaksiyadır. Anafilaktoid reaksiyalar mediatorların bazofil və tosqun hüceyrələrdən ifrazı nəticəsində qeyri-immun mexanizmlərin işə düşməsi ilə baş verir. Anafilaktik və anafilaktoid reaksiyalar inkişaf mexanizmlərinə görə fərqlənsələr belə, klinik əlamətləri tam bənzərdir. Anafilaktoid reaksiyalar rentgenkontrast maddələr, dekstranlar, analgetiklər, iltihab əleyhinə qeyri-steroid preparatlar, AÇF inhibitorları, tubokurarin, hiperosmolyar maddələr, tiopental-natrium və s. tətbiq edərkən inkişaf edə bilər.

Risk Amilləri

  • Anamnezdə allergik xəstəliklər.
  • Dərman preparatlarının uzun müddət, xüsusən də, təkrar kurslar ilə istifadə olunması, depo-preparatların istifadəsi, polipraqmaziya.
  • Penisillinə qarşı sensibilizasiya mənbəyi olan dermatomikozların mövcudluğu (epidermofitiya).
  • Dərman preparatlarının parenteral, xüsusən venadaxili üsulla yeridilməsi.
  • Allergenlə peşə ilə əlaqədar uzun müddətli təmas.

AŞ zamanı letal nəticənin risk amilləri:

  • Anamnezdə allergik xəstəliklər, xüsusən müalicəyə çətin tabe olan bronxial astma.
  • Epinefrinin (adrenalinin) gec tətbiq edilməsi.
  • AŞ törədən preparatın parenteral yolla daxil edilməsi.

Təsnifat

XBT-10 üzrə təsnifat:

  • Т78.0 Qidaya qarşı patoloji reaksiya hesabına yaranan anafilaktik şok.
  • Т78.2 Qeyri-müəyyən anafilaktik şok.
  • Т80.5 Zərdab yeridilməsi ilə əlaqəli olan anafilaktik şok.
  • Т88.6 Adekvat təyin olunmuş və düzgün tətbiq edilmiş dərman vasitəsinə qarşı patoloji reaksiya nəticəsində baş verən anafilaktik şok.

Gedişi xüsusiyyətlərinə görə:

  • Kəskin bədxassəli gediş.
  • Kəskin xoşxassəli gediş.
  • Ləng gediş.
  • Residivləşən gediş.
  • Abortiv gediş.

Anafilaksiyanın klinik təzahürlərinə görə. Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq, anafilaktik şokun 5 gediş variantı ayırd edilir:

  • Hemodinamik variant
  • Asfiksik variant
  • Serebral variant
  • Abdominal variant
  • Dəri və selikli qişaların yanaşı zədələnməsi ilə gedən variant

Hemodinamik pozğunluqların intensivliyinə görə. Hemodinamik pozğunluqların intensivliyindən asılı olaraq, AŞ-nin 4 ağırlıq dərəcəsi mövcuddur:

  • Yüngül.
  • Orta ağır.
  • Ağır.
  • Çox ağır.

Anafilaktik şokun ağırlıq dərəcəsi, allergenin orqanizmə daxil olmasından sonra şokun hansı vaxt ərzində əmələ gəlməsi ilə birbaşa bağlıdır. Ən çox ölüm halları ildırımvari formada və allergenin orqanizmə daxil olmasından sonra 3-10 dəqiqə ərzində baş verən şok zamanı rast gəlir.

Diaqnostika

Anafilaktik şokun diaqnozu klinik əlamətlərin və anamnestik məlumatların düzgün qiymətləndirilməsi əsasında qoyulur. Anafilaktik şokun əlamətləri və ağırlıq dərəcəsi allergenin növündən asılı olmur.

Anamnez

Çox zaman allerqoloji anamnezin toplanması kəskin vəziyyətin aradan qaldırılmasına yönəlmiş terapiya aparıldıqdan sonra mümkündür. Anamnez toplayarkən aşağıdakı sualların cavablandırılması vacibdir:

  • Əvvəllər allergik reaksiyalar olubmu?
  • Onları nə törətmişdi?
  • Onlar nə ilə təzahür edirdi?
  • Müalicə məqsədi ilə hansı preparatlardan istifadə olunmuşdu (antihistaminlər, qlükokortikosteroidlər, adrenalin və s.)?
  • Bu dəfə allergik reaksiyanın inkişafı nə ilə əlaqədardır (adi rasiona daxil olmayan qida məhsulu, həşəratın sancması, dərman qəbulu və s.)?
  • Xəstə hansı özünümüalicə tədbirlərindən istifadə etmiş və onlar nə dərəcədə effektli olmuşdur?

AŞ diaqnozu aşağıdakı üç klinik meyar mövcud olduqda ehtimal olunur:

  • Şok simptomlarının qəflətən başlanması və sürətlə proqressivləşməsi.
  • Tənəffüs və/və ya ürək-qan damar sistemində həyatı təhlükəli pozuntular.
  • Dəri və/və ya selikli qişaların zədələnməsi (hiperemiya, övrə, Kvinke ödemi).

Nəzərə almaq lazımdır ki, dəri və selikli qişaların təcrid olunmuş şəkildə zədələnməsi AŞ deyil; sürətlə proqressivləşən şok dəri və selikli qişalar zədələnmədən inkişaf edə bilər; mədə-bağırsaq traktı pozuntuları müşahidə oluna bilər (qusma, qarın nahiyəsində ağrılar, diarreya).

Tənəffüs yolları keçiriciliyinin pozuntuları qırtlaq və dilin tənəffüsü v udmanı çətinləşdirən ödemi, səs tutqunluğu və stridor ilə təzahür olunur. Tənəffüs pozğunluğu təngnəfəslik, fitvari tənəffüs, ağır hallarda diffuz sianoz və tənəffüsün dayanması şəklində üzə çıxır. Qan dövranı pozuntuları əlamətləri solğunluq, soyuq yapışqan tər, taxikardiya, bradikardiya (çox zaman qan dövranı fəaliyyətinin dayanmasından əvvəl qeyd olunur), hipotoniya, miokardın işemiyası (EKQ ilə təsdiqlənir) və ürək dayanmasıdır. Yuxarıda göstərilənlər sonda beyin qan dövranının pozulması nəticəsində nevroloji pozğunluqlara gətirib çıxara bilər. Xəstələrdə psixomotor oyanıqlıq, klonik qıcolmalar, ölüm qorxusu, huşun pozulması və ya itirilməsi qeyd oluna bilər. Digər orqanlar tərəfindən təzahür edən anafilaksiya əlamətləri qaraciyər venalarının saya əzələlərinin spazmı, qarın boşluğu damarlarının genişlənməsi və onlarda qanın depolaşması, sidik kisəsi və bağırsaqların saya əzələlərinin spazmı (qeyri-ixtiyarı sidik ifrazı və defekasiya), uşaqlığın saya əzələlərinin spazmı (uşaqlıq yolundan qanlı ifrazat), hemorragik fəsadların inkişafı ilə nəticələnən hipokoaqulyasiya ola bilər. AŞ-nin ən qorxulu simptomları – tənəffüs yollarının ödemi nəticəsində tənəffüsün çətinləşməsi və arterial təzyiqin progressiv enməsidir. Bunların hər biri adekvat müalicə aparılmadıqda fatal nəticəyə gətirib çıxara bilər.

AŞ-nin ağırlıq dərəcəsi

AŞ-nin ağırlıq dərəcəsi hemodinamik pozuntuların qabarıqlığı ilə müəyyənləşir.

  • I dərəcə (yüngül): inkişaf müddəti bir neçə dəqiqədən 2 saata qədər olur. Sistolik AT 90 mm c.süt.-na qədər enir. Xəstənin huşu aydındır, qaşınma, övrə, baş ağrıları, baş gicəllənməsi, baş nahiyəsində istilik hissi, qulaqlarda küy, taxikardiya, artan zəiflik qeyd olunur. Bu vəziyyət şok əleyhinə terapiya ilə asanlıqla aradan qaldırılır.
  • II dərəcə (orta ağır): sistolik AT 90-70, diastolik – 40 mm.c.süt.-dan aşağıdır. Huşun itməsi dərhal baş vermir və ya qeyd olunmur. Taxikardiya, aritmiya, kəskin zəiflik qeyd edilir. Qırtlağın ödemi və bronxospazm hesabına asfiksiya, qusma, qeyri-ixtiyari sidik ifrazı və defekasiya baş verə bilər.
  • III dərəcə (ağır): huşun itməsi, kəskin tənəffüs və ürək-damar çatışmazlığı (təngnəfəslik, sianoz, stridoroz tənəffüs, sapvari nəbz, sistolik AT kəskin sürətdə 60 mm.c.süt-dan aşağı enir, diastolik AT təyin olunmaya bilər) ilə təzahür edir. Şok əleyhinə terapiya çox zaman az effektivdir.
  • IV dərəcə (çox ağır): ildırımvari şəkildə kollaps (solğunluq, sianoz, sapvari nəbz, AT-in sıfıra qədər kəskin şəkildə enməsi), komatoz vəziyyət (huşun itməsi, qeyri-ixtiyari sidik ifrazı və defekasiya, göz bəbəklərinin genişlənməsi və işığa reaksiya verməməsi), sonda ürək və tənəffüs fəaliyyətinin dayanması baş verir.

Əsas və əlavə diaqnostik meyarlar

  • Huşun səviyyəsinin qiymətləndirilməsi (yuxululuq, huşun itməsi).
  • Dəri örtükləri və selikli qişaların vəziyyətinin qiymətləndirilməsi (solğun və bəzən sianotik, eritema, səpgi, ödem, rinit, konyunktivit simptomlarının aşkar edilməsi).
  • Udma və tənəffüsün qiymətləndirilməsi (udmanın çətinləşməsi, KTÇ əlamətləri)
  • Nəbzin xarakteri (sapvari, ritmin pozulması və s.) və arterial təzyiqin ( 30–50 mm c. süt. qədər aşağı enməsi) təyini.
  • Qusma, qeyri-ixtiyari defekasiya və/və ya sidik ifrazı, uşaqlıq yolundan qanlı ifrazat kimi simptomların təyini.

AŞ-un müalicəsi

Anafilaktik şok təxirəsalınmaz şəkildə qiymətləndirmə və müdaxilə tələb edən, həyat üçün təhlükəli vəziyyətdir. Ağırlıq dərəcəsindən asılı olmayaraq AŞ zamanı hospitalizasiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicə mütləq göstərişdir. Yardım zamanı bütün preparatların inyeksiyası ilk növbədə əzələ daxilinə (daha tez icra olunmasının mümkünlüyü baxımından) edilməlidir. Yalnız bundan sonra periferik və ya mərkəzi venaların kateterizasiyası və sonrakı dərmanların vena daxilinə vurulması məqsədəuyğundur.

Təxirəsalınmaz yardım:

  • Ayaq nahiyələrini azca qaldıraraq xəstəni uzanıqlı vəziyyətə gətirmək, dilin arxaya sallanması, asfiksiya və qusuntu kütlələri ilə aspirasiyanın qarşısını almaq məqsədi ilə başını yan tərəfə çevirmək, alt çənəni irəli çəkmək. Təmiz havanın daxil olmasını təmin etmək və ya imkan varsa, oksigen terapiyası aparmaq.
  • Tənəffüs pozulması olan xəstələrdə tənəffüsün asanlaşması məqsədi ilə oturaq vəziyyətə üstünlük verilə bilər.
  • Hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq məqsədi ilə onların sol böyrü üstə uzadılması.

Allergenin orqanizmə daxil olmasının qarşısının alınması zəruridir:

  • Allergenin parenteral daxil olması zamanı allergen daxil olan yerdən (lokalizasiya imkan verirsə) yuxarı, 30 dəqiqədən çox olmayan müddətə, arteriyaları sıxmadan turna bağlamaq (hər 10 dəqiqədən bir turnanı zəiflətməklə);
  • İnyeksiya və ya sancma yerinin ətraflarına "xaçvari" şəkildə (baş, boyun, əl və pəncələr istisna olmaqla) 5,0 ml izotonik natrium-xlorid məhlulu ilə qarışdırılmış 0,1%-li 0,5 ml epinefrin (adrenalin) inyeksiya etmək (mümkün olduqda venadaxili – hipoperfuziya!);
  • Arı sancması zamanı neştəri bıçaq, dırnaq mişarı və ya dırnağın özü ilə dəri səthi üzərində sürüşən hərəkətlərlə çıxarmaq;
  • Allergen xüsusiyyətli dərmanlar burun yollarına və ya konyunktival kisəyə düşərsə, onları axar su ilə yumaq;
  • Allergenin peroral qəbulu zamanı xəstənin mədəsinin yuyulması məsləhət deyil.

Anafilaktik şok zamanı ilk yardım alqoritmi

Müalicənin "tipik" səhvləri

  • Ağır kəskin allerqozlar və bronxoobstruktiv sindrom zamanı təkcə antihistamin preparatlarının təyini əsassız vaxt itkisinə gətirib çıxarır.
  • Kiçik dozalı qlükokortikosteroidlərin gecikmiş təyini və ya əsassız tətbiqi proqnozu pisləşdirir və ağır kəskin allergik xəstəliklərin əlamətlərinin aradan qaldırılması müddətini uzadır.
  • Kalsium-qlükonat, kalsium-xlorid, natrium-tiosulfat, hemodez kimi preparatların tətbiqi, onların effektsiz olması və kəskin allerqozun proqnozuna göstərdiyi əvvəlcədən bəlli olmayan təsirə görə tövsiyə edilmir.
  • Diprazinin (pipolfen) istifadəsi hipotoniyanın dərinləşməsi ilə təhlükəlidir.
  • Topik inhalyasion qlükokortikosteroidlərin istifadəsindən imtina qırtlağın allergik stenozu və bronxospazm zamanı aparılan terapiyanın effektini azaldır.
  • Allergik ödemlər zamanı ilgək diuretiklərinin istifadəsi ciddi səhv hesab olunur, çünki xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Profilaktika

Allergiyadan əziyyət çəkən bütün xəstələrə öz yanlarında içərisində adrenalin olan şpris-tübiklər gəzdirmələrini məsləhət görmək lazımdır. Hər bir xəstənin allerqoloji anamnezini ətraflı toplamaq lazımdır. Bununla yanaşı, orqanizmin gizli sensibilizasiyası və istənilən farmakoloji preparata qarşı şok vəziyyətinin inkişafı da mümkündür. Profilaktik tədbirlər etioloji amil ilə müəyyənləşir. Zərqanadlı həşəratların zəhərinə qarşı allergik reaksiyaların profilaktikası üçün həşəratların zəhərindən alınmış allergenlər ilə spesifik immun terapiyası aparılır. Spesifik immun terapiyası allergik reaksiyası IgE mexanizmli olan pasiyentlərdə aparılır. Sancma ehtimalını əhəmiyyətli dərəcədə azaltmaq və ya ondan tamamilə qaçmaq üçün, xəstə bir sıra sadə təhlükəsizlik qaydalarına riayət etməlidir:

► Arı pətəklərindən və həşəratların digər toplanma yerlərindən (bazarlar, zibilxanalar) uzaq olmaq;

► Ot üzərində ayaqyalın gəzməmək (həşəratı basmaq təhlükəsi səbəbindən);

► Arıların bal yığma mövsümündə evdə pəncərələri tor ilə pərdələmək;

► Açıq yerlərdə qidalanmamaq və qida hazırlamamaq (qida arıları cəlb edir);

► Arıların bal yığma mövsümündə ətirli maddələrdən istifadə etməmək (ətirlər, saç üçün laklar, şampunlar və s. həşəratları cəlb edir);

► Bağ və ya bostanlarda işləyərkən bədənin çox az hissəsini açıq saxlamaq, qalın parçadan şalvar və uzun qollu paltarlar, ayaqlara isə qalın altlıqlı ayaqqabı geymək, baş örtüyündən istifadə etmək vacibdir;

► Arı sancması zamanı neştəri barmaqlar ilə tutaraq çıxarmaq olmaz, çünki bu zaman zəhər kisəsi sıxılır və qalmış zəhər yaradan sorulur. Neştəri bıçaq, dırnaq mişarı və ya dırnağın dəri səthi üzərində sürüşkən hərəkətləri vasitəsilə xaric etmək lazımdır.

► Dərmandan AŞ keçirmiş xəstələrə müəyyən dərman preparatları və ya həlledicilərin təkrar daxil edilməsindən ölüm təhlükəsinin olması haqqında xəbərdarlıq edilməlidir. Dərman preparatına qarşı təyin edilmiş həqiqi allergiya zamanı həmin preparatın, onun daxil olduğu müxtəlif kompleks preparatların və onunla eyni kimyəvi qrupdan olan bütün preparatların tətbiqi qadağan olunur.

► Qida məhsuluna qarşı allergik reaksiya zamanı bu qida məhsulu ömürlük və ya uzun illər müddətinə rasiondan çıxarılır. Xəstələrə özləri ilə identifikasiya kartları və ya anafilaksiyaya meyllilik və onun səbəb agenti qeyd olunmuş qolbaqlar gəzdirmək tövsiyə edilir. Yadda saxlamaq lazımdır ki, AÇF inhibitorları və beta-blokatorlar qəbul edən xəstələrdə anafilaksik reaksiyaların inkişaf riski yüksəkdir

Proqnoz

Anafilaktik şokun proqnozu ciddidir. Onun nəticəsi gedişinin ağırlığı, digər orqan və sistemlərin yanaşı gedən xəstəliklərinin mövcudluğu, müalicənin adekvatlığı və vaxtında aparılmasından asılıdır. Letal nəticənin əsas səbəbləri kəskin ürək çatışmazlığı, kəskin tənəffüs çatışmazlığı, həyati vacib orqanlara qansızmalar, trombozlardır. Keçirilmiş anafilaktik şokdan sonra miokardit, hepatit, qlomerulonefrit və sinir sisteminin diffuz zədələnməsi (demiyelinizəedici proses) kimi fəsadlar inkişaf edə bilər. Təkrar anafilaktik şok halları zamanı xəstəliyin ağırlıq dərəcəsi artır.

Mənbə

  • Anafilaktik şok üzrə klinik protokol ( Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi).
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmişdir.

anafilaktik, şok, termini, yunan, mənşəyli, olub, ἀνά, qarşı, φύλαξις, filaksis, qorunma, sözlərinin, birləşməsindən, əmələ, gəlmişdir, dərman, zəhər, yeməyə, qarşı, yaranan, həyat, üçün, təhlükə, yaradan, kəskin, böhranlı, allergik, reaksiyadır, vəziyyət, sür. Anafilaktik sok AS Termini yunan menseyli olub yun ἀna ana qarsi ve yun fyla3is filaksis qorunma sozlerinin birlesmesinden emele gelmisdir derman zeher ve yemeye qarsi yaranan ve heyat ucun tehluke yaradan keskin bohranli allergik reaksiyadir Bu veziyyet suretle inkisaf ederek agir hemodinamik pozgunluqlar toredir orqanizmde derin hipoksiya yaradir heyati vacib orqanlarin zedelenmesi ile musayiet edilir AS suretli immunoloji reaksiya kimi sensibilizasiya olmus orqanizme allergenin tekrar daxil olmasi zamani tosqun huceyrelerden ve bazofillerden mediatorlarin xaric olmasi neticesinde emele gelir Anafilaktik sokAnafilaktik sok zamani musahide olunan deri elametleriXBT 10 T78 2DiseasesDB 29153eMedicine med 128 MeSH D000707 Mundericat 1 Epidemiologiya 2 Etiologiya 3 Patogenez 4 Risk Amilleri 5 Tesnifat 6 Diaqnostika 6 1 Anamnez 6 2 AS nin agirliq derecesi 6 3 Esas ve elave diaqnostik meyarlar 7 AS un mualicesi 7 1 Anafilaktik sok zamani ilk yardim alqoritmi 7 2 Mualicenin tipik sehvleri 8 Profilaktika 8 1 Proqnoz 9 MenbeEpidemiologiya RedakteAnafilaktik sok ekseren allergik xesteliklerden eziyyet ceken sexslerde inkisaf edir Atopik xestelikleri olan sexslerde anafilaktik sokun inkisaf etme tezliyi daha yuksekdir Anafilaktik sok hospitalize olunmus 3000 xesteden 1 de qeyde alinir Derman menseli anafilaktik sokdan olum gostericisi 25 e qeder catir Insekt ari sancmasi anafilaksiyasi sebebinden olum gostericisi 1 000 000 ehaliye 0 4 2 hadise teskil edir Anafilaksiya her yas qrupunda rast gelir Qida etiologiyali anafilaksiya esasen usaqlarda derman menseli ise daha cox boyuklerde musahide olunur Yasli insanlarda yanasi xesteliklerin olmasi sebebinden anafilaktik reaksiyadan olum riski daha yuksekdir Etiologiya RedakteAnafilaktik sok veziyyetini asagidaki sebebler torede biler Derman preparatlari antibiotikler vitaminler albumin benzodiazepin preparatlari yerli anestetikler iltihab eleyhine geyri steroid preparatlari Heteroloji heyvan qanindan alinmis zerdablar vaksinler Zerqanadli heseratlarin zeheri Qida allergenleri toyuq yumurtasi sud soya baliq ve deniz mehsullari araxis ve s Bitki tozcuqlari allergenleri Lateks allergenler cerrahi elcekler endotraxeal borular Soyuga qarsi reaksiyaya meylli sexslerde soyugun tesiri ile bagli amiller Qida allergenlerinin tesirinden sonra fiziki gerginlik Qeyri adekvat aparilmis ASIT Bezen AS nin sebebini teyin etmek mumkun olmur bele ki bir cox hallarda idiopatik AS IgE asili olmayan xarakterli olur Patogenez RedakteEvvelceden sensibilizasiya olmus orqanizme allergenin daxil olmasi bioloji aktiv maddelerin kulli miqdarda ifraz edilmesine ve bu fonda anafilaktik sokun inkisafina getirib cixarir Mediatorlarin ifrazinin suretlenmesi immun ve qeyri immun yolla bas vere biler Anafilaktik reaksiya konkret maddeye qarsi sensibilizasiya olmus sexslerde suretli immun reaksiyadir Anafilaktoid reaksiyalar mediatorlarin bazofil ve tosqun huceyrelerden ifrazi neticesinde qeyri immun mexanizmlerin ise dusmesi ile bas verir Anafilaktik ve anafilaktoid reaksiyalar inkisaf mexanizmlerine gore ferqlenseler bele klinik elametleri tam benzerdir Anafilaktoid reaksiyalar rentgenkontrast maddeler dekstranlar analgetikler iltihab eleyhine qeyri steroid preparatlar ACF inhibitorlari tubokurarin hiperosmolyar maddeler tiopental natrium ve s tetbiq ederken inkisaf ede biler Risk Amilleri RedakteAnamnezde allergik xestelikler Derman preparatlarinin uzun muddet xususen de tekrar kurslar ile istifade olunmasi depo preparatlarin istifadesi polipraqmaziya Penisilline qarsi sensibilizasiya menbeyi olan dermatomikozlarin movcudlugu epidermofitiya Derman preparatlarinin parenteral xususen venadaxili usulla yeridilmesi Allergenle pese ile elaqedar uzun muddetli temas AS zamani letal neticenin risk amilleri Anamnezde allergik xestelikler xususen mualiceye cetin tabe olan bronxial astma Epinefrinin adrenalinin gec tetbiq edilmesi AS toreden preparatin parenteral yolla daxil edilmesi Tesnifat RedakteXBT 10 uzre tesnifat T78 0 Qidaya qarsi patoloji reaksiya hesabina yaranan anafilaktik sok T78 2 Qeyri mueyyen anafilaktik sok T80 5 Zerdab yeridilmesi ile elaqeli olan anafilaktik sok T88 6 Adekvat teyin olunmus ve duzgun tetbiq edilmis derman vasitesine qarsi patoloji reaksiya neticesinde bas veren anafilaktik sok Gedisi xususiyyetlerine gore Keskin bedxasseli gedis Keskin xosxasseli gedis Leng gedis Residivlesen gedis Abortiv gedis Anafilaksiyanin klinik tezahurlerine gore Anafilaksiyanin klinik tezahurlerinden asili olaraq anafilaktik sokun 5 gedis varianti ayird edilir Hemodinamik variant Asfiksik variant Serebral variant Abdominal variant Deri ve selikli qisalarin yanasi zedelenmesi ile geden variantHemodinamik pozgunluqlarin intensivliyine gore Hemodinamik pozgunluqlarin intensivliyinden asili olaraq AS nin 4 agirliq derecesi movcuddur Yungul Orta agir Agir Cox agir Anafilaktik sokun agirliq derecesi allergenin orqanizme daxil olmasindan sonra sokun hansi vaxt erzinde emele gelmesi ile birbasa baglidir En cox olum hallari ildirimvari formada ve allergenin orqanizme daxil olmasindan sonra 3 10 deqiqe erzinde bas veren sok zamani rast gelir Diaqnostika RedakteAnafilaktik sokun diaqnozu klinik elametlerin ve anamnestik melumatlarin duzgun qiymetlendirilmesi esasinda qoyulur Anafilaktik sokun elametleri ve agirliq derecesi allergenin novunden asili olmur Anamnez Redakte Cox zaman allerqoloji anamnezin toplanmasi keskin veziyyetin aradan qaldirilmasina yonelmis terapiya aparildiqdan sonra mumkundur Anamnez toplayarken asagidaki suallarin cavablandirilmasi vacibdir Evveller allergik reaksiyalar olubmu Onlari ne toretmisdi Onlar ne ile tezahur edirdi Mualice meqsedi ile hansi preparatlardan istifade olunmusdu antihistaminler qlukokortikosteroidler adrenalin ve s Bu defe allergik reaksiyanin inkisafi ne ile elaqedardir adi rasiona daxil olmayan qida mehsulu heseratin sancmasi derman qebulu ve s Xeste hansi ozunumualice tedbirlerinden istifade etmis ve onlar ne derecede effektli olmusdur AS diaqnozu asagidaki uc klinik meyar movcud olduqda ehtimal olunur Sok simptomlarinin qefleten baslanmasi ve suretle proqressivlesmesi Teneffus ve ve ya urek qan damar sisteminde heyati tehlukeli pozuntular Deri ve ve ya selikli qisalarin zedelenmesi hiperemiya ovre Kvinke odemi Nezere almaq lazimdir ki deri ve selikli qisalarin tecrid olunmus sekilde zedelenmesi AS deyil suretle proqressivlesen sok deri ve selikli qisalar zedelenmeden inkisaf ede biler mede bagirsaq trakti pozuntulari musahide oluna biler qusma qarin nahiyesinde agrilar diarreya Teneffus yollari keciriciliyinin pozuntulari qirtlaq ve dilin teneffusu v udmani cetinlesdiren odemi ses tutqunlugu ve stridor ile tezahur olunur Teneffus pozgunlugu tengnefeslik fitvari teneffus agir hallarda diffuz sianoz ve teneffusun dayanmasi seklinde uze cixir Qan dovrani pozuntulari elametleri solgunluq soyuq yapisqan ter taxikardiya bradikardiya cox zaman qan dovrani fealiyyetinin dayanmasindan evvel qeyd olunur hipotoniya miokardin isemiyasi EKQ ile tesdiqlenir ve urek dayanmasidir Yuxarida gosterilenler sonda beyin qan dovraninin pozulmasi neticesinde nevroloji pozgunluqlara getirib cixara biler Xestelerde psixomotor oyaniqliq klonik qicolmalar olum qorxusu husun pozulmasi ve ya itirilmesi qeyd oluna biler Diger orqanlar terefinden tezahur eden anafilaksiya elametleri qaraciyer venalarinin saya ezelelerinin spazmi qarin boslugu damarlarinin genislenmesi ve onlarda qanin depolasmasi sidik kisesi ve bagirsaqlarin saya ezelelerinin spazmi qeyri ixtiyari sidik ifrazi ve defekasiya usaqligin saya ezelelerinin spazmi usaqliq yolundan qanli ifrazat hemorragik fesadlarin inkisafi ile neticelenen hipokoaqulyasiya ola biler AS nin en qorxulu simptomlari teneffus yollarinin odemi neticesinde teneffusun cetinlesmesi ve arterial tezyiqin progressiv enmesidir Bunlarin her biri adekvat mualice aparilmadiqda fatal neticeye getirib cixara biler AS nin agirliq derecesi Redakte AS nin agirliq derecesi hemodinamik pozuntularin qabariqligi ile mueyyenlesir I derece yungul inkisaf muddeti bir nece deqiqeden 2 saata qeder olur Sistolik AT 90 mm c sut na qeder enir Xestenin husu aydindir qasinma ovre bas agrilari bas gicellenmesi bas nahiyesinde istilik hissi qulaqlarda kuy taxikardiya artan zeiflik qeyd olunur Bu veziyyet sok eleyhine terapiya ile asanliqla aradan qaldirilir II derece orta agir sistolik AT 90 70 diastolik 40 mm c sut dan asagidir Husun itmesi derhal bas vermir ve ya qeyd olunmur Taxikardiya aritmiya keskin zeiflik qeyd edilir Qirtlagin odemi ve bronxospazm hesabina asfiksiya qusma qeyri ixtiyari sidik ifrazi ve defekasiya bas vere biler III derece agir husun itmesi keskin teneffus ve urek damar catismazligi tengnefeslik sianoz stridoroz teneffus sapvari nebz sistolik AT keskin suretde 60 mm c sut dan asagi enir diastolik AT teyin olunmaya biler ile tezahur edir Sok eleyhine terapiya cox zaman az effektivdir IV derece cox agir ildirimvari sekilde kollaps solgunluq sianoz sapvari nebz AT in sifira qeder keskin sekilde enmesi komatoz veziyyet husun itmesi qeyri ixtiyari sidik ifrazi ve defekasiya goz bebeklerinin genislenmesi ve isiga reaksiya vermemesi sonda urek ve teneffus fealiyyetinin dayanmasi bas verir Esas ve elave diaqnostik meyarlar Redakte Husun seviyyesinin qiymetlendirilmesi yuxululuq husun itmesi Deri ortukleri ve selikli qisalarin veziyyetinin qiymetlendirilmesi solgun ve bezen sianotik eritema sepgi odem rinit konyunktivit simptomlarinin askar edilmesi Udma ve teneffusun qiymetlendirilmesi udmanin cetinlesmesi KTC elametleri Nebzin xarakteri sapvari ritmin pozulmasi ve s ve arterial tezyiqin 30 50 mm c sut qeder asagi enmesi teyini Qusma qeyri ixtiyari defekasiya ve ve ya sidik ifrazi usaqliq yolundan qanli ifrazat kimi simptomlarin teyini AS un mualicesi RedakteAnafilaktik sok texiresalinmaz sekilde qiymetlendirme ve mudaxile teleb eden heyat ucun tehlukeli veziyyetdir Agirliq derecesinden asili olmayaraq AS zamani hospitalizasiya reanimasiya ve intensiv terapiya sobesinde mualice mutleq gosterisdir Yardim zamani butun preparatlarin inyeksiyasi ilk novbede ezele daxiline daha tez icra olunmasinin mumkunluyu baximindan edilmelidir Yalniz bundan sonra periferik ve ya merkezi venalarin kateterizasiyasi ve sonraki dermanlarin vena daxiline vurulmasi meqsedeuygundur Texiresalinmaz yardim Ayaq nahiyelerini azca qaldiraraq xesteni uzaniqli veziyyete getirmek dilin arxaya sallanmasi asfiksiya ve qusuntu kutleleri ile aspirasiyanin qarsisini almaq meqsedi ile basini yan terefe cevirmek alt ceneni ireli cekmek Temiz havanin daxil olmasini temin etmek ve ya imkan varsa oksigen terapiyasi aparmaq Teneffus pozulmasi olan xestelerde teneffusun asanlasmasi meqsedi ile oturaq veziyyete ustunluk verile biler Hamile qadinlarda kaval kompressiyanin qarsisini almaq meqsedi ile onlarin sol boyru uste uzadilmasi Allergenin orqanizme daxil olmasinin qarsisinin alinmasi zeruridir Allergenin parenteral daxil olmasi zamani allergen daxil olan yerden lokalizasiya imkan verirse yuxari 30 deqiqeden cox olmayan muddete arteriyalari sixmadan turna baglamaq her 10 deqiqeden bir turnani zeifletmekle Inyeksiya ve ya sancma yerinin etraflarina xacvari sekilde bas boyun el ve penceler istisna olmaqla 5 0 ml izotonik natrium xlorid mehlulu ile qarisdirilmis 0 1 li 0 5 ml epinefrin adrenalin inyeksiya etmek mumkun olduqda venadaxili hipoperfuziya Ari sancmasi zamani nesteri bicaq dirnaq misari ve ya dirnagin ozu ile deri sethi uzerinde surusen hereketlerle cixarmaq Allergen xususiyyetli dermanlar burun yollarina ve ya konyunktival kiseye duserse onlari axar su ile yumaq Allergenin peroral qebulu zamani xestenin medesinin yuyulmasi meslehet deyil Anafilaktik sok zamani ilk yardim alqoritmi Redakte Mualicenin tipik sehvleri Redakte Agir keskin allerqozlar ve bronxoobstruktiv sindrom zamani tekce antihistamin preparatlarinin teyini esassiz vaxt itkisine getirib cixarir Kicik dozali qlukokortikosteroidlerin gecikmis teyini ve ya esassiz tetbiqi proqnozu pislesdirir ve agir keskin allergik xesteliklerin elametlerinin aradan qaldirilmasi muddetini uzadir Kalsium qlukonat kalsium xlorid natrium tiosulfat hemodez kimi preparatlarin tetbiqi onlarin effektsiz olmasi ve keskin allerqozun proqnozuna gosterdiyi evvelceden belli olmayan tesire gore tovsiye edilmir Diprazinin pipolfen istifadesi hipotoniyanin derinlesmesi ile tehlukelidir Topik inhalyasion qlukokortikosteroidlerin istifadesinden imtina qirtlagin allergik stenozu ve bronxospazm zamani aparilan terapiyanin effektini azaldir Allergik odemler zamani ilgek diuretiklerinin istifadesi ciddi sehv hesab olunur cunki xestenin veziyyetinin pislesmesine getirib cixarir Profilaktika RedakteAllergiyadan eziyyet ceken butun xestelere oz yanlarinda icerisinde adrenalin olan spris tubikler gezdirmelerini meslehet gormek lazimdir Her bir xestenin allerqoloji anamnezini etrafli toplamaq lazimdir Bununla yanasi orqanizmin gizli sensibilizasiyasi ve istenilen farmakoloji preparata qarsi sok veziyyetinin inkisafi da mumkundur Profilaktik tedbirler etioloji amil ile mueyyenlesir Zerqanadli heseratlarin zeherine qarsi allergik reaksiyalarin profilaktikasi ucun heseratlarin zeherinden alinmis allergenler ile spesifik immun terapiyasi aparilir Spesifik immun terapiyasi allergik reaksiyasi IgE mexanizmli olan pasiyentlerde aparilir Sancma ehtimalini ehemiyyetli derecede azaltmaq ve ya ondan tamamile qacmaq ucun xeste bir sira sade tehlukesizlik qaydalarina riayet etmelidir Ari peteklerinden ve heseratlarin diger toplanma yerlerinden bazarlar zibilxanalar uzaq olmaq Ot uzerinde ayaqyalin gezmemek heserati basmaq tehlukesi sebebinden Arilarin bal yigma movsumunde evde pencereleri tor ile perdelemek Aciq yerlerde qidalanmamaq ve qida hazirlamamaq qida arilari celb edir Arilarin bal yigma movsumunde etirli maddelerden istifade etmemek etirler sac ucun laklar sampunlar ve s heseratlari celb edir Bag ve ya bostanlarda isleyerken bedenin cox az hissesini aciq saxlamaq qalin parcadan salvar ve uzun qollu paltarlar ayaqlara ise qalin altliqli ayaqqabi geymek bas ortuyunden istifade etmek vacibdir Ari sancmasi zamani nesteri barmaqlar ile tutaraq cixarmaq olmaz cunki bu zaman zeher kisesi sixilir ve qalmis zeher yaradan sorulur Nesteri bicaq dirnaq misari ve ya dirnagin deri sethi uzerinde surusken hereketleri vasitesile xaric etmek lazimdir Dermandan AS kecirmis xestelere mueyyen derman preparatlari ve ya helledicilerin tekrar daxil edilmesinden olum tehlukesinin olmasi haqqinda xeberdarliq edilmelidir Derman preparatina qarsi teyin edilmis heqiqi allergiya zamani hemin preparatin onun daxil oldugu muxtelif kompleks preparatlarin ve onunla eyni kimyevi qrupdan olan butun preparatlarin tetbiqi qadagan olunur Qida mehsuluna qarsi allergik reaksiya zamani bu qida mehsulu omurluk ve ya uzun iller muddetine rasiondan cixarilir Xestelere ozleri ile identifikasiya kartlari ve ya anafilaksiyaya meyllilik ve onun sebeb agenti qeyd olunmus qolbaqlar gezdirmek tovsiye edilir Yadda saxlamaq lazimdir ki ACF inhibitorlari ve beta blokatorlar qebul eden xestelerde anafilaksik reaksiyalarin inkisaf riski yuksekdir Proqnoz Redakte Anafilaktik sokun proqnozu ciddidir Onun neticesi gedisinin agirligi diger orqan ve sistemlerin yanasi geden xesteliklerinin movcudlugu mualicenin adekvatligi ve vaxtinda aparilmasindan asilidir Letal neticenin esas sebebleri keskin urek catismazligi keskin teneffus catismazligi heyati vacib orqanlara qansizmalar trombozlardir Kecirilmis anafilaktik sokdan sonra miokardit hepatit qlomerulonefrit ve sinir sisteminin diffuz zedelenmesi demiyelinizeedici proses kimi fesadlar inkisaf ede biler Tekrar anafilaktik sok hallari zamani xesteliyin agirliq derecesi artir Menbe RedakteAnafilaktik sok uzre klinik protokol Sehiyye Nazirliyi Ictimai Sehiyye ve Islahatlar Merkezi Azerbaycan Respublikasi Sehiyye Nazirliyi kollegiyasinin 12 iyun 2009 cu il tarixli 17 sayli qerari ile tesdiq edilmisdir Tibb portaliMenbe https az wikipedia org w index php title Anafilaktik sok amp oldid 5988274, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.