Wikipedia
Əlliüçüncü ilin soyuq yayı (film, 1987)
« Əlliüçüncü ilin soyuq yayı» (rus. Холодное лето пятьдесят третьего...) — rejissor Aleksandr Proşkinin 1987-ci ildə çəkdiyi film.
Əlliüçüncü ilin soyuq yayı | |
---|---|
rus. Холодное лето пятьдесят третьего... | |
Janr | döyüş dram |
Rejissor | Aleksandr Proşkin |
Ssenari müəllifi | Eqdar Dubrovski |
Baş rollarda | Valeri Priyomıxov Anatoli Papanov |
Operator | Boris Brojovski |
Bəstəkar | Vladimir Martınov |
İstehsalçılar | "Mosfilm" kinostudiyası «Janr» yaradıcılıq birliyi |
İlk baxış tarixi | 1987 |
Rəng | rəngli |
Müddət | 97 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1987 |
IMDb | ID 0095441 |
Məzmun
Filmdəki hadisələr 1953-cü ildə, Lavrenti Beriyanın tezliklə həbs olunmasından sonra baş verir. Filmin baş qəhrəmanları «Luzqa» adlandırılan Sergey Basargin (Valeri Priyomıxov) və «Kopalıç» adlandırılan Nikolay Straboqatovdur (Anatoli Papanov). Luzqa kəşfiyyat polkunun kapitanı olmuş, lakin indi "vətən xaini" adı almışdır, Kopalıça isə "ingilis casusu" adı verilmişdir. Onların yaşadığı kəndin Mankov adlı bir polisi var idi. Həmin polisdə şpaqin avtomatı vardır. Bir gün 6 nəfər həbsxanadan qaçmış quldur onların kəndinə soxulur. Həmin quldurlar "vətən xaini" Luzqa tərəfindən öldürülür...
Film haqqında
- Film aktyor Anatoli Papanovun kinoda son işidir.
- Film SSRİ dövlət mükafatına layiq görülmüşdür.
- Film 1989-cu ildə "Nika" mükafatı ilə təltif olunmuşdur.
- Filmə 1988-ci ildə 41,8 milyon izləyici baxmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi — Eqdar Dubrovski
- Rejissor — Aleksandr Proşkin
- Operator — Boris Brojovski
- Səs operatoru — Aleksandr Sıqankov
- Rəssam — Valeri Filippov
- Montaj — Yelena Mixaylova
- Bəstəkar — Vladimir Martınov
- Dirijor — Vladimir Ponkin
Rollarda
- Valeri Priyomıxov — Sergey Basargin («Luzqa»)
- Anatoli Papanov — Nikolay Staroboqatov («Kopalıç»)
- Yuri Kuznetsov — İvan Zotov
- Vladimir Kapşur — Fadeiç
- Nina Ustaova — Lidiya Matveyevna
- Viktor Stepanov— Mankov
- Zoya Buryak — Şura
- Vladimir Qolovin — Baron
- Aleksey Kolesnik — Kryuk
- Andrey Dudarenko — Mixalıç
- Viktor Kosıx — Muxa
- Sergey Blasov— Vityok
- Yelizaveta Solodova — Kopalıçın arvadı
- Boris Plotnikov — Kopalıçın oğlu
Epizodlarda
- Darya Kaprova — qoca
- Kirill Labutin
- Tatyana Lebedkova
Mükafatları
- SSRİ dövlət mükafatı (1989)
- "Nika" mükafatı — ən yaxşı oynanılmış filmə görə (1989)
- Beynəlxalq kinofestival prizi, Xixone, İspaniya (1989)
- "İlin ən yaxşı filmi" (1988)
- Valeri Priyomıxova ən yaxşı aktyor prizi (1988)
- Anatoli Papanova SSRİ dövlət mükafatı (1989).
Xarici keçidlər
- «Əlliüçüncü ilin soyuq yayı...» — Internet Movie Database saytında.