21-ci ilin payızı (film, 2011)
21-ci ilin payızı qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında imzalanan Qars müqaviləsinin 90 illiyinə həsr olunub. 2012-ci ildə Türkiyənin Qars şəhərində filmə görə rejissor Tahir Əliyevə Qars Qafqaz Universitetinin diplomu verilmişdir.
21-ci ilin payızı | |
---|---|
Janr | sənədli qısametrajlı tarixi |
Rejissor | Tahir Əliyev |
Ssenari müəllifləri | İlham Tumas Hacalı Nəcəfoğlu |
Operator | Elxan Rüstəmov |
Bəstəkar | Azər Hacıəsgərli |
İstehsalçı | "Salnamə" sənədli filmlər studiyası |
İlk baxış tarixi | 2011 |
Filmin növü | qısametrajlı sənədli film |
Rəng | rəngli |
Müddət | 30 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Məzmun
Film Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış olan Qars sülh müqaviləsindən bəhs edir. Film Qars müqaviləsinin imzalanmasının 90 illiyinə həsr olunub.
Mükafat
2012-ci ildə Türkiyənin Qars şəhərində filmə görə rejissor Tahir Əliyevə Qars Qafqaz Universitetinin diplomu verilmişdir.
Filmin üzərində işləyənlər
Ssenarist: İlham Tumas, Hacalı Nəcəfoğlu
Rejissor: Tahir Əliyev
Operator: Elxan Rüstəmov
Bəstəkar: Azər Hacıəsgərli
İstinadlar
- ↑ 21-ci ilin payızı
- Qars müqaviləsi – tarixin zərurəti
- Qars müqaviləsi
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2011-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı