Wikipedia
Ərəbşahverdi (Göyçay)
Ərəbşahverdi — Azərbaycan Respublikasının Göyçay rayonunun Mallı Şıxlı inzibati ərazi vahidində kənd. Göyçay şəhərindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu kənarında, Şirvan düzündə yerləşir.
Ərəbşahverdi | |
---|---|
40°38′22″ şm. e. 47°42′24″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Göyçay rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 356 nəfər |
Tarixi
Toponimikası
- Ərəbşahverdi oyk., sadə.
- Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir;
- Qobustan r-nunun Qurbançı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Ərəbşahverdi XIX əsrdə ərəb mənşəli böyük tayfalardan birinin adı idi. 1870-ci ildə 250 ailədən ibarət olan bu tayfa sonralar üç hissəyə parçalanmışdı. İki hissədən ibarət olan ərəbşahverdi tayfasının 70 ailəlik bir hissəsi həmin illərdə Göyçay qəzasına köçərək indiki Ərəbşahverdi kəndinin əsasını qoymuşdu.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 356 nəfər əhali yaşayır.
Məşğuliyyəti
Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, baramaçılıq və meyvəçiliklə məşğul olur.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427