Wikipedia
Əlibəyli (Qax)
Əlibəyli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Əlibəyli | |
---|---|
41°22′41″ şm. e. 46°49′19″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1821 (2012) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3414 |
Tarixi
Toponimikası
- Əlibəyli oyk., sadə.
- Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Alazan-Həftəran vadisindədir. İlisu sultanı Əlibəy Sultanın (XVII əsrin sonu-XVIII əsrin əvvəli) adı ilə bağlıdır. Yaşayış məntəqəsi Əlibəyə məxsus ərazidə ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaxınlığındakı dağ da Əlibəyli adlanır;
- Tovuz r-nunun eyniadlı i.ə.v.də kənd. Tovuz çayının sahilində, dağətəyi ərazidədir. Kənd Qışlaq və Təpəbaşı adlanan iki hissədən ibarətdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi Əlibəy adlı şəxsə aid qışlaq yerində salındığı üçün belə adlandırılmışdır;
- Zərdab r-nunun Gəlmə i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Əsl adı Abbasəlibəylidir. Etnotoponimdir.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 525 təsərrüfatda hər iki cinsdən toplam 1821 nəfər əhali yaşamaqdadır.
Milli tərkibi
Kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.
Tanınmışlar
- Moisey Georgiyeviç Canaşvili - (19.03.1855 - 19.04.1934) tarixci-etnoqraf.Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi.
Mədəniyyət
- Kənddə Mədəniyyət Evi var.
Abidələri
- Mədəniyyət Evinin binası qarşısında Stalinin heykəli var.
Din
Kənddə "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- Центр Льва Гумилева - Современное евразийство: Территория Грузии искусственно увеличивалась за счет Азербайджана---Ягуб Махмудов, Научное общество кавказоведов
- Региональная общественная благотворительная организация "Союз ингилойцев": История: История Эрети (Саингило): Алибегло[ölü keçid]
- ↑ Gürcülər Stalini Qaxda saxlayırlar. publika.az, 06.02.2015 (azərb.)
- QEYRİ-İSLAM DİNİ İCMALARI. scwra.gov.az (azərb.)
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |