Wikipedia
Şahzadə Bəyazid (I Əhmədin oğlu)
Şahzadə Bəyazid (1 dekabr 1612 - 27 iyul 1635) - Osmanlı padşahı I. Əhmədin Mahfiruz Xədicə Sultandan doğulan oğludur.
Şahzadə Bəyazid | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | |
Atası | I Əhməd |
Anası | Mahfiruz Xədicə Sultan |
Həyatı
1617-ci ildə atasının vəfatının ardından əmisi I. Mustafa, bir il sonra isə doğma qardaşı II. Osman taxta keçdi. 1622-ci ildə qardaşı II. Osmanın devrilərək qətlə yetirilməsinin ardından ögey qardaşı IV. Murad taxta keçdi. 27 İyul 1635-ci ildə IV. Murad İrəvan Səfərinə çıxmadan öncə atasının Mahfiruz Xədicə Sultandan doğulan qardaşı Şahzadə Bəyazidlə Şahzadə Süleymanı boğduraraq edam etdirdi. Ölümünün ardından atası I. Əhmədin Sultan Əhməd Məscidi yanındakı türbəsinə dəfn edildi.
Məşhur fransız ədəbiyyatçısı və şairi Jean-Baptiste Racine Şahzadə Bəyazidin xatirəsinə 1672-ci ildə "Bajezed" adlı tragediyanı yazmışdır.
Mənbə
- Kahraman, Mehmed Süreyya ; Nuri Akbayar. Eski yazıdan aktaran Seyit Ali (1996). Sicill-i Osmanî. İstanbul: Tarih Vakfı. s. 41. ISBN 9753330383.
- Öldürülen Osmanlı Şehzadeleri ve Devrilen Padişahlar. "Öldürülen Osmanlı Şehzadeleri ve Devrilen Padişahlar". Erişim tarihi: MART 9, 2013 AT 4:41 PM.
- "Tahta çıkamayan Osmanlı şehzadelerinin akıbeti". Erişim tarihi: 1 Ekim 2015.